Məhkəmə qərarları › İş №2(051)-616/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-616/2021

19.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-616/2021 19.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Ərizəçi X6, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, doğum haqqında şəhadətnamənin ilkin qeydinin düzgün olmamasının müəyyən edilməsi və ləğv olunmasına dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi X6 məhkəməyə müraciət edərək, oğlu Ərizəçi2 verilmiş doğum haqqında şəhadətnamənin ilkin qeydinin düzgün olmamasının müəyyən edilməsi və ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X6 ərizəsini müdafiə edərək izahatında bildirdi ki, onun yetkinlik yaşına çatmayan oğlu X7 xx xxxxx 2004-cü il tarixdə X10 şəhərində anadan olmuşdur. Həmin müddətdə onlar ailəliklə Omsk şəhərində yaşamışlar. Qumral adlı uşaqları da xx.xx.2003-cü ildə Omsk şəhərində doğulmuşdur. Tural doğulandan sonra əvvəl yaşadıqları Yevlax rayonun Ərəş kəndinə gəlmişlər. Turalın doğum şəhadətnaməsi olmadğından Yevlax rayon Qeydiyyat şöbəsinə müraciət edərək Turala xx xxxxxxx 2004cü il tarixdə 810 qeydiyyat nömrəsi ilə qeydə alınmış AZ-1530981 №-li doğum şəhadətnaməsi verilmişdir. Bundan sonra yenidən Omsk şəhərinə qayıtdıqlarına görə Omsk şəhər Oktyabrsk rayon VVAQ idarəsinə müraciət edərək Turala doğulduğu yer üzrə doğum şəhadətnaməsi verilməsini xahiş etmişlər və Turala həmin idarə tərəfindən xx.xx.2010-cu il tarixli 1116 qeydiyyat nömrəli doğum şəhadətnaməsi verilmişdir. Onlar hazırda birlikdə Mingəçevir şəhərində yaşayırlar. Hal-hazırda Turalın 16 yaşı tamam olmuşdur və ona şəxsiyyət vəsiqəsi verilməlidir. Lakin onlra bildirmişlər ki, iki doğum şəhadətnaməsi olduğuna görə şəxsiyyət vəsiqəsi vermək mümkün deyil. Ona görə də Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixdə 810 qeydiyyat nömrəsi ilə qeydə alınmış AZ-1530981 №-li doğum şəhadətnaməsinin löğv edilməsi üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Qeydiyyat şöbəsi xx.xx.2021-ci il tarixli 05/q- 02/15 №-li məktubla doğum şəhadətnaməsinin ləğv edilməsindən imtina etmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də xx xxxxx 2004-cü il tarixdə anadan olmuş Ərizəçi2 Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixdə 810 qeydiyyat nömrəsi ilə qeydə alınmış AZ- ******* №-li doğum şəhadətnaməsinin ilkin qeydinin düzgün olmamasının müəyyən edilməsi və ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi X3 nümayəndəsi və vəkili Nümayəndə da məhkəmə iclasında ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Ərizəçi2 məhkəmə iclasında bildirdi ki, 19 aprel 2004-cü ildə anadan olmuşdur. Valideynlərinin dediyinə görə bilir ki, o, Rusiya Federasiyasının Omsk şəhəridə anadan olmuşdur. Həmin illərdə valideynləri Omsk şəhərində yaşayıblar. Lakin ona iki doğum haqqında şəhadətnamə alınmışdır. Şəhadətnaməni əvvəl Yevlax rayon VVADQ şöbəsindən, sonra isə Omsk vilayətində Qeydiyyat şöbəsindən almışlar. O, Yevlax rayon VVADQ şöbəsindən verilmiş doğum haqqında şəhadətnamənin ləğv olunmasını xahiş edir. Ona görə ki, həmin şəhadətnamədə doğulduğu tarix düzgün yazılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin iştirakı olmadan baxılması mümkündür. X19 Akif qızı məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Rüxsarə Cahangirova onun bacısıdır. X20 Cahangirovla ailə qurduqdan sonra bir neçə il X11 şəhərində yaşamışlar. Həmin şəhərdə yaşayan zaman xx xxx 2003-cü ildə Qumral, xx xxxxx 2004-cü ildə isə Tural adlı uşaqları olmuşdur. O, bacısına zəng edib təbrik də etmişdir. Əvvəl Tural adlı uşağa doğum şəhadətnaməsi ala bilməmişlər. Uşağa doğum haqqında şəhadətnamə ala bilmədikləri üçün bacısı uşaqla birlikdə Azrbaycana gələ bilmirdilər. Ona görə də onun atası Yevlax VVADQ şöbəsindən uşağa doğum şəhadətnaməsi almışdır. Lakin həmin şəhadətnamədə uşağın doğulduğu gün, ay, yer səhv yazılmışdır. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Rüxsarə onun qardaşı qızıdır. Rüxsarənin Tural adlı uşağı həqiqətən də, xx xxxxx 2004-cü ildə Omsk şəhərində anadn olmuşdur. Həmin vaxt Rüxsarə əri Zöhrabla birlikdə Omsk şəhərində yaşayırdı. Uşaq doğulandan sonra o, zəng edib Rüxsarəni təbrik etmişdir. İşdə olan Yevlax rayon VVADQ şöbəsi tərəfindən xx xxxxxxx 2004-cü ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxx 2004-cü ildə Yevlax rayon Ərəş kəndində doğulmuşdur. X1, anası X4r. İşə əlavə edilmiş məhkəmənin sorğusuna Yevlax rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilir ki, təlimatda göstərilən işlərin nomenklaturasına uyğun olaraq bir sıra doğum haqqında tibbi şəhadətnamələr, doğumun dövlət qeydiyyatına alınması haqqında ərizə və ona əlavə edilən digər sənədlər məhv edildiyindən Ərizəçi2 doğum haqqında tibbi şəhadətnaməsi Yevlax rayon Qeydiyyat şöbəsində saxlanılmır. İşə əlavə edilmiş “Yevlax rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin cavab məktubunda göstərilir ki, Cahangirova Rüxsarə Akif qızının “Doğuş və digər məsələlər barədə” 2004-cü il ərzində Yevlax rayon Mərkəzi xəstəxanasına və Xaldan tibb məntəqəsinə müraciəti barədə hər hansı bir qeyd və ya tibbi sənəd aşkar edilməmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cahangirov Tural Zöhrab oğlu xx xxxxx 2004-cü ildə X11 vilayətinin Omsk şəhərində doğulmuşdur. Atası X9, anası Cahangirova Rüxsarə Akif qızıdır. Doğum Omsk vilayəti VVAQ şöbəsində qeydə alınmışdır. İşə əlavə olunmuş Omsk vilayəti, 4 №-li doğum evindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli arayışda göstərilir ki, 2004-cü ildə doğulanların jurnalında göstərilir ki, X3 oğlan uşağı xx.xx.2004-cü ildə saat 20:10-da doğulmuşdur, çəkisi 3000 qram, boyu 52 sm-dir. İşdə olan Maraqlı şəxs ərizəçiyə xx xxxxxx 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, 2004-cü il təvəllüdlü Cahangirov Tural Zöhrab oğlunun adına 23.10. 2004-cü il tarixli 810 saylı Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən, xx.xx.2010-cu il tarixli 1116 saylı Omsk vilayəti, Oktyabrski VVAQ şöbəsi tərəfindən tərtib olunmuş doğum haqqında akt qeydləri tərtib olunmuşdur. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cahanirova Qumral Zöhrab qızı xx xxx 2003-cü ildə Rusiyanın Omsk vilayətinin Omsk şəhərində anadan olmuşdur. X1, anası X4r. Doğum Omsk vilayəti VVAQ idarəsində qeydə alınmışdır, şəhadətnamə xx xxxx 2003-cü ildə verilmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, ərizəçinin 2004-cü il təvəllüdlü uşağı- Ərizəçi2 adına həm Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən 810 №-li xx xxxxxxx 2004cü il tarixli, həm də Omsk vilayəti Oktyabrski VVAQ şöbəsi tərəfindən tərtib edilmiş 1116 №-li xx xxxx 2010-cu il tarixli doğum haqqında akt qeydləri tərtib olunmuş, onun adına iki doğum haqqında şəhdətnamə yazılmışdır. Ərizəçi Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 810 №-li xx.xx.2004-cü il tarixli ilkin qeydin düzgün olmamasının müəyyən olunması və ləğv edilməsini xahiş etmişdir. İş materialları ilə Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 810 №-li xx.xx.2004-cü il tarixli akt qeydinin tərtib edilməsinin hüquqi əsaslarının olması müəyyən edilmədi. İşə əlavə olunmuş Omsk vilayəti 4 №-li doğum evindən verilmiş arayışda isə göstərilir ki, “2004-cü ildə doğuşların jurnalı”nda X3 xx xxxxx 2004-cü ildə saat 20:10-da çəkisi 3000 qram, boyu 52 sm olan oğlan uşağı doğulmuşdur. “Yevlax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin cavab məktubundan da görünür ki, X3 “Doğuş və digər məsələlər barədə” 2004-cü il ərzində Mərkəzi Xəstəxanaya və ya tibb məntəqəsinə müraciəti qeydə alınmamışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin Qumral adlı uşağı da xx xxx 2003-cü ildə Omsk vilayətinin Omsk şəhərində doğulmuşdur. Bundan əlavə Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş akt qeydində Tural Cahagirovun doğum günü və ayı 23 iyul qeyd edilmişdir. Lakin ərizəçi və şahidlər məhkəmə iclasında bildirdilər ki, uşaq xx xxxxx 2004-cü il tarixdə doğulmuşdur. Həmçinin, Omsk şəhərinin 4 №-li doğum evindən verilmiş arayışdan da görünür ki, ərizəçinin xx xxxxx 2004-cü ildə oğlan uşağı doğulmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizəçinin xx xxxxx 2004-cü ildə anadan olmuş uşağının-Ərizəçi2 adına Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 810 №-li xx xxxxxxx 2004-cü il tarixli doğum akt qeydi düzgün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, xx xxxxx 2004-cü ildə anadan olmuş Ərizəçi2 adına Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 810 №-li xx xxxxxxx 2004-cü il tarixli doğum akt qeydi düzgün olmamasına görə ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. xx xxxxx 2004-cü il tarixdə anadan olmuş Ərizəçi2 Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 810 №li xx xxxxxxx 2004-cü il tarixli doğum aktı qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar