Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-625/2021 06.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 nümayəndəsi X1 iştirakı ilə doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə ərizəyə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Ərizəçi2 ərizəsini müdafiə edərək izahatında bildirdi ki, valideynləri X9 ilə X11 nikahlarını xx xxxxxxxx 1973-cü ildə Ağdaş rayon Qəsil kənd sovetliyində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Valideynlərinin birgə nikahlarından o və xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi1 Saleh oğlu, xx.xx.1976-cı il təvəllüdlü X12 və xx.xx.1983-cü il təvəllüdlü X13 adlı dörd övladları olmuşdur. Onun, Ruhiyyə və Rəşidin doğum haqqında şəhadətnamələrində ata adları düzgün qeyd edilməmişdir. Belə ki, ata adları “Saleh” olduğu halda “Salik” kimi qeyd edilmişdir. Lakin digər bacısı Pərvanənin doğum haqqında şəhadətnaməsində isə ata adı düzgün olaraq “Saleh” kimi qeyd edilmişdir. Onlar hər üçü ayrı-ayrılıqda ata adlarına düzəliş edilərək təkrar doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsələr də onların doğum haqqında şəhadətnamələrində düzəliş etməmişlər və məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Ərizənin təmin olunmasını, ona məxsus doğum akt qeydində düzəliş edilərək, ata adının Saleh yazılması barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçilər Ərizəçi3 və Ərizəçi1 nümayəndəsi X2 da məhkəmə iclasında oxşar məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs, Maraqlı şəxs rəisi S.Hüseynova məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçilərlə 1985-ci ildən qonşudular. Ataları ilə münasibətləri çox yaxşı olub. Ərizəçilərin atalarının adı həqiqətən də Saleh olub. X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçilərlə yaxın qonşu kimi münasibətləri olub. Hamı onların atalarını Saleh kimi tanıyır. Məhkəmə ərizəçiləri, şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin sürətindən görünür ki, X10 ilə X15 arasında xx xxxxxxxx 1973-ci ildə nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Gözəlova soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin sürətlərindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi1, xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi2, xx.xx.1976-cı il təvəllüdlü X5 atası X10, anası X7r. xx.xx.1983-cü il təvəllüdlü X6 atası X9, anası X7r. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 oğlu xx xxxxx 1994-cü ildə vəfat etmişdir. İşdə olan Maraqlı şəxs 05/Q-13/15 №- li xx xxxxxx 2021-ci il, 05/Q-14/15 №- li xx xxxxxx 2021-ci il ,169 №-li xx xxxxxx 2018-ci il tarixli cavab məktublarından görünür ki, doğum akt qeydində düzəliş olunmasına imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə görə məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə, hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, ərizəçilərin doğum akt qeydində adları düzgün qeyd olunmamış, ata adı “Saleh” əvəzinə “Salik” yazılmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizəçilər öz tələblərində haqlıdırlar. Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 barədə doğum akt qeydində ata adının düzgün olmaması müəyyən edilməli, doğum akt qeydində düzəliş edilərək ata adı “Salik” deyil “Saleh” yazılmalıdır. Mülki Prosessual Məcəllənin 341-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 doğum akt qeydində düzəliş edilərək “ata” adı X9 yazılsın. Qətnamə doğum akt qeydində düzəliş edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-625/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-625/2021
06.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver