Məhkəmə qərarları › İş №2(051)-626/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-626/2020

12.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-626/2020 12.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 80/25 № li evin 46 № li mənzili dövlət fondu mənzilidir. Mənzil 2000-ci ildə onun və ailə üzvlərinin istifadəsinə verilmişdir. Mənzildə 2005-ci ildən ailəsi ilə birlikdə yaşayır. Cavabdeh onun bibisi oğludur. Cavabdeh Mingəçevir şəhərində işə düzəlmək üçün onun mənzilinə qeydiyyata düşmüşdür. Cavabdeh onların istifadəsinə verilmiş Mingəçevir şəhəri H.Əliyev prospekti 80/25 № li evin 46 № li mənzilində qeydiyyatda olsa da uzun müddətdir ki, həmin ünvanda yaşamır. Ona görə də iddianın təmin olunmasını, Cavabdeh Mingəçevir şəhəri H.Əliyev prospekti 80/25 № li evin 46 № li mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkündür. Şahid x4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, iddiaçı ilə 2001-ci ildən qonşudur. Bir-birlərinin evinə gedib-gəlirlər. Cavabdeh həmin mənzildə görməmişdir. Şahid x3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, iddiaçı ilə 2000-ci ildən qonşudur. Cavabdehin Mingəçevir şəhəri H.Əliyev prospekti 80/25 № li evin 46 № li mənzilə gəlib-getdiyini görməmişdir. Məhkəmə iddiaçını, şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Mingəçevir şəhər XDS İK-nin №-li 30 dekabr 1982-ci il tarixli qərarı əsasında verilmiş 006174 №-li 12 iyun 2000-ci il tarixli orderdən görünür ki, Mingəçevir şəhəri M.Ə.Rəsulzadə(hazırda H.Əliyev) prospekti 80/25 №-li evin 46 №-li mənzili İddiaçı adına qeyd edilməklə mənzil onun, arvadı Mustafayeva Çöhrə Bayram qızı, oğlanları x1 və Mustafayev Röyal Andrey oğlunun istifadəsinə verilmişdir. İşdə olan 4 №-li MİS-dən verilmiş 135 №-li 29 fevral 2020-ci il tarixli 2 №-li forma arayışdan görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 80/25 №-li evin 46 №-li mənzili dövlət fondu mənzilidir, mənzildə 6 nəfər qeydiyyatdadırlar, o cümlədən Cavabdeh da 12 fevral 2005-ci ildən həmin mənzildə qeydiyyatdadır. İşə əlavə olunmuş Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı, Mustafayeva Çöhrə Bayram qızı, x1 və Mustafayev Röyal Andrey oğlu, o cümlədən cavabdeh Məmmədov x2 şəhəri H.Əliyev prospekti 80/25 №-li evin 46 №-li mənzilində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materialları ilə müəyyən edildi ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 80/25 №-li evin 46 №-li mənzili dövlət fondu mənzilidir. Mənzil Mingəçevir şəhər İcra Hakimiyyətinin 10 iyul 2000-ci il tarixli qərarı ilə 006794 №-li 12 iyun 2000-ci il tarixli orderlə İddiaçı adına qeyd edilməklə onun, arvadı Mustafayeva Çöhrə Bayram qızı, oğlu x1 və Mustafayev Röyal Andrey oğlunun istifadəsinə verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh mübahisələndirilən mənzildə qeydiyyatda olsa da həmin mənzildə yaşamır. 01.10.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddənin sonuncu hissəsinə uyğun olaraq şəxsin, müəyyən etdiyindən artıq müddətdə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərinin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsi olan hüquqlarından məhrum etmir. Göründüyü kimi Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar olduqda icarədar və ya onun ailə üzvü altı ay və daha çox müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi üçün əsasdır. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatdadır, lakin uzun müddətdir həmin mənzildə yaşamır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh Mingəçevir şəhəri H.Əliyev prospekti 80/25 №li evin, 46 №li mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia təmin olunsun. Cavabdeh Mingəçevir şəhəri H.Əliyev prospekti 80/25 №li evin, 46 №li mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar