Məhkəmə qərarları › İş №2(051)-627/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-627/2025

13.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-627/2025 13.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi, ərizəçinin vəkili Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizə: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, daha sonra ərizəçinin vəkili Vəkil dəqiqləşdirməyə dair ərizə verərək Ərizəçi doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırılması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Qərbi Azərbaycanda (Ermənistan), Amasiya rayonu, Göllü kəndində anadan olmuş və Amasiya rayonu Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Lakin 1988-ci ildə o, ailəsi ilə deportasiya olduğundan doğum haqqında şəhadətnamə və digər sənədlər ermənilər tərəfindən yandırılmış və məhv edilmişdir. Ərizəçi valideynlərinin məskunlaşdığı ünvan 1 ünvanında yaşadığından Mingəçevir Qeydiyyat şöbəsinə müraciət edərək doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmişdir. Qeydiyyat şöbəsi doğum haqqında akt qeydinin bərpa edilməsindən imtina etmişdir. Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi tələbi onun doğum haqqında şəhadətnaməsinin Maraqlı şəxsndən alınması və gələcəkdə ona aid mülkiyyətin üzərində, eləcə də vərəsə kimi mirası qəbul edib sərəncam vermək hüququnun əldə edilməsi zərurətindən irəli gəlir. İşdə iştirak edən şəxslərin izahat və ifadələri: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili Vəkil izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Maraqlı şəxs rəisi Sevinc Hüseynova izahatında bildirdi ki, Ərizəçi Qeydiyyat Şöbəsinə müraciət edərək doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Ərizəçi doğumu haqqında hər hansı məlumatı aşkar olunmamışdır. Ərizəçi Mingəçevir Şəhər Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. Qeydiyyat şöbəsinin rəisi ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 öz izahatında bildirdi ki, Ərizəçi atasıdır. X6 həyat yoldaşıdır. Şahin onların birgə nikahından xx.xx.1972-ci il tarixdə Qərbi Azərbaycan (Ermənistan), Amasiya rayonu, Göllü kəndində anadan olmuşdur. 1988-ci il tarixdə ermənilərin azərbaycanlıları deportasiya etməsi səbəbindən Şahinin doğum haqqında şəhadətnaməsini və digər sənədlərini götürə bilməmişlər. X16 Federasiyası vətəndaşıdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 öz izahatında bildirdi ki, Ərizəçi onun əmisi oğludur. xx.xx.1975-ci ildə Qərbi Azərbaycan (Ermənistan), Amasiya rayonu, Göllü kəndində anadan olmuşdur. Şahinlə birlikdə həmin kənddə böyümüşlər. Doğum faktının müəyyən edilməsinin Şahinə şəhadətnamənin alınması üçün lazım olmasını qeyd etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Rusiya Federasiyası pasportundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Ərizəçi Rusiya Federasiyası vətəndaşıdır. xx.xx.2023-cü il tarixli 315 №li 4 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Mustafayev X4 şəhəri, Tərəvəzçilik sovxozunda, fərdi yaşayış evində xx.xx.1989-cu ildən qeydiyyatda olub. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə 80793054 №li bildirişdən görünür ki, Ərizəçi xx.xx.2020-ci il tarixli müraciəti əsasında ünvan 1 ünvanında qeydiyyata alınmışdır. 23 noyabr 1972-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X2 ilə X8 həmin tarixdə rəsmi nikah qeyd etdirmişlər. Nikah bağlandıqdan sonra kişinin soyadı Mustafayev, qadının soyadı Musafayevə olmuşdur. xx.xx.2024-cü il tarixli Maraqlı şəxs Ərizəçi müraciətinə cavabdan görünür ki, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ya ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Odur ki, doğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilmədiyi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İşin müəyyən olunmuş halı: Ərizəçi xx.xx.1972-ci il tarixdə Qərbi Azərbaycan (Ermənistan), Amasiya rayonu, Göllü kəndində doğulmuşdur. Həmin vaxt doğum haqqında şəhadətnamə verilmişdir. 1988-ci ildə oradan deportasiya olunduğlarından doğum haqqında şəhadətnamə və digər sənədləri orada məhv edilmişdir. X1, anası X3r. Ərizəçi gələcəkdə miras əmlakı qəbul etmək üçün doğum faktının müəyyən edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmənin mövqeyi: Ərizəçi xx.xx.1972-ci il tarixdə Qərbi Azərbaycanda (Ermənistan), Amasiya rayonu, Göllü kəndində doğulması faktı öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən Ərizəçi xx.xx.1972-ci il tarixdə Qərbi Azərbaycanda (Ermənistan), Amasiya rayonu, Göllü kəndində doğulması faktı təsdiq olunmalı, xx.xx.1972-ci ildə Ermənistan SSR, Amasiya rayonu, Göllü kəndində doğulmuş Ərizəçi doğum haqqında akt qeydində doğum tarixi qrafasında xx.xx.1972-ci il, doğum yeri qrafasında Ermənistan SSR, Amasiya rayonu, Göllü kəndi, atası qrafasında (milliyyətcə azərbaycanlı olan) X5, anası qrafasında (milliyyətcə azərbaycanlı olan) X6 göstərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1972-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonu, Göllü kəndində doğulması faktı təsdiq olunsun. xx.xx.1972-ci ildə Ermənistan SSR, Amasiya rayonu, Göllü kəndində doğulmuş Ərizəçi doğum haqqında akt qeydində doğum tarixi qrafasında xx.xx.1972-ci il, doğum yeri qrafasında Ermənistan SSR, Amasiya rayonu, Göllü kəndi, atası qrafasında (milliyyətcə azərbaycanlı olan) X5, anası qrafasında (milliyyətcə azərbaycanlı olan) X6 göstərilsin. Doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar