Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-636/2021 27.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı və etibarnamə üzrə nümayəndəsi və vəkili X8 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun, yəni İddiaçı həyat yoldaşı X2 və az yaşlı övladı – 19 may 2019-cu il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və onun üzrəində inşa olunmuş fərdi yaşayış evinə köçürülmələlərini və həmin torpaq sahəsi və fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən edilməsi haqqındaqətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğu izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhəri Kür küçəsi 39-B ünvanda yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi anası, Cavabdeh mülkiyyətindədir. Belə ki, onlar həmin ünvana köçməmişdən əvvəl ünvan 3mışıq. Qeyd olunan mənzili 2011-ci ildə satmışlar və ünvan 2 ünvanda yerləşən torpaq sahəsini onun adına almışlar. Həmin torpaq sahəsini aldıqdan sonra onlar orada fərdi yaşayış evi inşa etmişlər. Fərdi yaşayış evinin tikilməsində əsas onun vəsaitindən istifadə olunmuşdur. Bundan sonra o anası Cavabdeh ilə yaşamağa başlamışlar. Onlar ailədə 1 oğlan və 2 qız olmaqla 3 övladdırlar. Bacıları və o ailə qurmuşlar. Belə ki, o 14 dekabr 2017-ci ildə X2 ilə ailə qurmuşdur. Birgə nikahdan onların 19 may 2019cu ildə Fatimə adlı 1 uşaqları dünyaya gəlmiş və bu yaxınlarda da 1 övladı dünyaya gələcəkdir. O Səyalı Süleymanzadə ilə ailə qurduqdan sonra o, onlara məxsus, ünvan 4 ünvana gəlin köçmüş və ona məxsus cehiz əmlaklar da onlara məxsus evə yerləşdirilmişdir. ünvan 4 ünvanda yerləşən torpaq sahəsi 21 may 2020-ci il tarixə kimi onun mülkiyyətində olmuşdur. Cavabdeh, anası İlahə Abdullayeva ilə belə razılığa gəlmişlər ki, o, torpaq sahəsini anasının adına bağışlasın və anası da bunun əsasında həm torpaq sahəsi, həm də onun üzərinə inşa olunmuş fərdi yaşayış evinə dair çıxarış alsın. Anası ilə aralarında olan razılığa əsasən anası gələcək torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evini onlara verməsi barədə söz vermişdir. Lakin o qeyd olunan torpaq sahəsini anasının adına bağışlayan kimi, anası onu, həyat yoldaşını və az yaşlı qızlarını həmin ünvanda yaşamağa imkan verməmişdir. O dəfələrlə anası ilə söhbət edib mübahisəni həll etməyə çalışmışdır. Lakin anası onunla razılaşmamış, ondan Polis Şöbəsinə şikayət etmişdir. Onları isə qeyd olunan evdən qovub çıxartmışdır. Onun ailə üzvləri ilə birlikdə yaşamağa heç bir yerləri yoxdur. ünvan 4 ünvanda yerləşən torpaq sahəsini 26 sentyabr 2011-ci ildə o almışdır. Onun üzərində yerləşən fərdi yaşayış evini o inşa etmişdir. Qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evindən onun və ailə üzvlərinin istifadə hüquqları yaranmışdır. onun, yəni İddiaçı həyat yoldaşı X2 və az yaşlı övladı – 19 may 2019-cu il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və onun üzrəində inşa olunmuş fərdi yaşayış evinə köçürülmələlərini və həmin torpaq sahəsi və fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X12 iddinın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli evi 1983-cü ildə özü almışdır. 2011-ci ildə torpaq sahəsini oğlunun adına almışdır. Oğlu 2016-cı ildə evlənib ailəsinidə onun evinə gətirmişdir. Oğlunun yoldaşı oğrudur özüdə bilir dəfələrlə evdən oğrluq edibdir. Qaldığı otağa açar düzəldibki evdən çıxanda qapını balayıb gedirdi. Əks halda otağına girərək oğrluluq edirdi. Oğlunun 31 yaşı var ailəsini də götürüb başqa yerdə yaşasın. Çünki onlarla birlikdə yaşaya bilmir yoldaşı onu söyüb təhqir təhqir edir. Hətta bir dəfə polisə müraciət edib onu inzibati qaydada həbs ediblər. Onlarla birlikdə yaşamaq istəmir.Ona görə də iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28 fevral 1991-ci il təvəllüdlü İddiaçı anası Cavabdehdır. Məhkəməyə təqdim olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Kür küçəsi 39 mənzili 2/7 pay hissəsi ilə X9, 1/7 pay hissəsi ilə X5, 1/7 pay hissəsi ilə X4 X6, 1/7 pay hissəsi ilə X7, 1/7 pay hissəsi ilə X10 mülkiyyətindədir. X1 adına 07.09.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın AN-İ № ******* saylı, 26.09.2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Yevlax Ərazi İdarəsi tərəfindən 07.09.2011-ci il tarixdə verilmiş 5989 nömrəli arayışa əsasən 0,43 hektar torpaq sahəində yerləşən, 2 (iki) otaqlı, ümumi sahəsi 126,17 yaşayış sahəsi 77,78 kv.metr olan ünvan 5 ünvanında yerləşən fərdi-yaşayış evinin həyətyanı torpaq sahəsinin cənub-qərb tərəfdən 665,46 kv.metr-i alıcının mülkiyyətinə verir. Alıcı torpaq sahəsinin müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nəqd şəkildə satıcıya tam ödəyəcək. Həmin məbləğin 3560 (üç min beş yüz altmış) manatını hal-hazırda qalan 1640,00 (bir min altı yüz qırx) manatını isə 30.03.2012-ci il tarixədək ödəyəcək. Məhkəməyə təqdim olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanı, 0.0664 ha torpaq sahəsi İddiaçı xüsusi, tam mülkiyyətinədir. Qeydiyyat tarixi 06.05.2020-ci il tarixli, qeydiyyat nömrəsi **********-dır. Məhkəməyə təqdim olunmuş Daşınmaz Əmlakın 21 may 2020-ci il tarixli Bağışlanması Müqaviləsindən görünür ki, Hədiyyə verən İddiaçı 0.0665 ha torpaq sahəsini anası hədiyyə alan Cavabdeh bağışlamışdır. Məhkəməyə təqdim olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanı, 0.0665 ha, kvadrat metrlə 96.60 ərazi Cavabdeh xüsusi, tam mülkiyyətinədir. Qeydiyyat tarixi 01.06.2020-ci il tarixli, qeydiyyat nömrəsi 202005686-dır. Məhkəməyə təqdim olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanı, 0.0664 ha torpaq sahəsi Cavabdeh xüsusi, tam mülkiyyətinədir. Qeydiyyat tarixi 30.06.2020-ci il tarixli, qeydiyyat nömrəsi 202006352-dir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mənzilə köçürülmə ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mənzil və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı mübahisəli mənzildən istifadə üzrə hüquq münasibəti mənzil əldə olunduğu vaxtdan yaranmışdır. Bu halda iddia tələbi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Həmin Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilirdi ki, yaşayış evinin mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərməmişsə, evdə yaşayış sahəsində onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi(paylı,birgə) mülkiyyətinə verilə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsinə əsasən mənzilləri(evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə(evlərə) öz mübahisələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verilir: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə(evə) mülkiyyət hüququnun həyata keçirilməsi barədə şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenunumun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsinin birinci hissəsindən göründüyü kimi özəlləşdirilmiş mənzilin mülkiyyətçisi həmin mənzilin mülkiyyətçisi olmayan ailə üzvlərinin razılığını almadan mənzillə bağlı heç bir əqd bağlaya və onun vəsiyyət edə bilməz. Bu məhdudiyyətin məqsədi mülkiyyətçi olmayan və özəlləşdirmə zamanı müvafiq mənzildə faktiki yaşayan mülkiyyətçinin ailə üzvlərinin həmin mənzildə yaşamaq hüququnun müdafiəsinə yönəlmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Məhkəmə işin hallarını 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələri əsasında təhlil edib hüquqi qiymət verərək hesab edir ki, iddiaçı övladı ilə Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/2 saylı evin, 34 saylı mənzildə istifadə hüququ mövcud olduğu üçün sözügedən mənzilə köçürlməlidir. Çünki, mübahisəli mənzil tərəflərə verilərkən bütün ailə üzvləri nəzərə alınmaqla verilmiş. Bundan sonra sözügedən mənzil özəlləşdirildikdə Vüsal Nağıyevdə özəlləşmədə iştirak etmişdir. Bundan əlavə V.Nağıyev ailə üzvü kimi evin sahibi ilə bir yerdə mübahisəli mənzildə yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin hallarını 01 oktyabr 2009-cu ildən sonra yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında təhlil edib hüquqi qiymət verərək hesab edir ki, iddiaçının ünvan 1 ünvanından istifadə hüququ tanınmalı və həmin mənzilə köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ət etdi: İddia tələbi təmin edilsin. İddiaçı həyat yoldaşı X2 və az yaşlı övladı 19 may 2019-cu il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülsünlər və həmin torpaq sahəsi və fərdi yaşayış evinə istifadə hüquqları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-636/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-636/2021
27.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver