Məhkəmə qərarları › İş №2(051)-644/2023

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-644/2023

09.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-644/2023 09.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X10 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X10 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 08 may 2009-cu il təvəllüdlü qızı Nazlı Manafova ilə birlikdə Mingəçevir şəhəri Koroğlu küçəsi 21 A saylı evin 22 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri Koroğlu küçəsi 21A saylı evin 22 saylı mənzili 03 avqust 2021-ci ildən onun şəriksiz mülkiyyətindədir. Mənzildə anası və qardaşlarından başqa qardaşı Elnur Manafovun keçmiş arvadı Günay qeydiyyatdadır. X34 Manafova arasındakı 11 mart 2009-cu ildə qeydə alınmış nikah Mingəçevir şəhər məhkəməsinin 12 dekabr 2014-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş onların 08 may 2009-cu il təvəllüdlü qızları Nazlı Cavabdeh yanında saxlamışdır. Cavabdeh və onun az yaşlı qızı ona məxsus mənzildə qeydiyyatda olsa da yaşamır. Artıq 8 ildir ki, onlar bu mənzildə yaşamırlar. Qeyd edir ki Cavabdeh valideyinləri ilə birlikdə Ağdaş rayonu Dəhnə kəndində yaşayır və və qızı Nazlı da həmin kənd məktəbində oxuyur. Onlara məxsus hər hansı əmlak onun mənzilində yoxdur. Cavabdeh onların mənzilə gəlin köçərkən mənzil anası Dürdanə Manafovanın adına mülkiyyət hüquqları əsasında qeydə alınsa da sonradan ona bağışlanmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 sayı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 12 fevral 2019-cu il tarixli Vəkil ünvanlanmış məktubdan görünür ki, Mingəçevir şəhər H.Əliyev prospekti 70 nömrəli binanın 20 saylı mənzili üzərində X11 tam mülkiyyət hüququ xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Mingəçevir şəhəri Koroğlu küçəsi 21A nömrəli binanın 22 saylı mənzili üzərində X4 tam mülkiyyət hüququ xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir Şəhər İcra Hakmiyyəti Aparatının 15 aprel 1996-cı il tarixli 373 saylı sərəncamı ilə xx.xx.1996-cı il tarixli, 005025 saylı orderin surətindən görünür ki, Sahib Babayev və onun ailə üzvləri Məhbubə, Günay, Səməd və Zaura mənzil ilə təmin olunması üçün Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində 70 nömrəli evin, 42 saylı mənzil onların istifadəsinə verilmişdir. İşdə olan xx.xx.1996-cı il tarixli 2159 saylı arayışdan görünür ki, X2 şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 70, mənzil 42 ünvanda ailə üzvləri ilə birlikdə qeydiyyatdadır və yaşayır. İşdə olan X14 tərəfindən Mingəçevir şəhər mexanii inventarlaşdırma bürosunun rəisi İ.S.Əliyevə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, yaşadığı mənzilin həyat yoldaşı X12 adına özəlləşdirilməsinə razıdır. İşdə olan Mingəçevir şəhər TİMHQİ-nin 16 saylı 21 iyun 1996-cı il tarixli qərarından çıxarışdan görünür ki, Mingəçevir şəhər M.Ə.Rəsulzadə küçəsi 70 saylı evin 42 saylı mənzili X12 mülkiyyətinə keçirilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının X17 Daşınmaz Əmlakın Dövlət Reyetrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 43,38 kv.m , yaşayış sahəsi 31,13 kv.m və yardımçı sahəsi 12,24 sahəsindən ibarət 2 otaqlı 70 saylı evin 20 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan AN-İ№ li ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X29 alıcı X15 ünvan 4 ünvanda yerləşən ümumi 43,17 kv.m, yaşayış sahəsi 31,13 kv.m, yardımçı sahəsi 12,24 kv.m olan mənzili satmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının X17 Daşınmaz Əmlakın Dövlət Reyetrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 43,38 kv.m , yaşayış sahəsi 31,13 kv.m və yardımçı sahəsi 12,24 sahəsindən ibarət 2 otaqlı 70 saylı evin 20 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X18 adına daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan AN-İ№ li ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X23 alıcı X24 ünvan 4 ünvanda yerləşən ümumi 43,17 kv.m, yaşayış sahəsi 31,13 kv.m, yardımçı sahəsi 12,24 kv.m olan mənzili satmışdır. İşdə olan 3660 nömrəli 26 iyun 1996-cı il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Mingəçevir şəhə M.Ə.Rəsulzadə küçəsində yerləşən ümumi sahəsi 43,37 kv.m, yaşayış sahəsi 31,13 kv.m iki otaqdan ibarət olan ev 70 mənzil 20 şəxsi mülkiyyət hüququ əsasında Mingəçevir şəhər İcra Hakmiyyətinin 26 iyun 1996-cı il tarixli 3 M1-346 reyestr saylı müqavilə ilə X12 adına qeydə alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının X17 Daşınmaz Əmlakın Dövlət Reyetrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Koroğlu küçəsində yerləşən 21A saylı evin 22 nömrəli mənzilİ, yeni qaydalarla 54 saylı evin M1 m2 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 98 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan X16 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış ərizədən görünür ki, X1 şəhəri Koroğlu küçəsi Bina 21-A ünvanıda yerləşən 22 saylı mənzili onun adına özəlləşdirməyi və mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. İşdə olan İddiaçı, X7, X8 və X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı ərzələrdən görünür ki, ünvan 5 22 saylı mənzilin X5 adına özəlləşçdirilməsinə və mülkiyyət hüququnun verilməsinə etiraz etməmişlər. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 6 ünvanda X26, X19, Cavabdeh və X20 qeydiyyatdadırlar. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının X17 Daşınmaz Əmlakın Dövlət Reyetrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Koroğlu küçəsində yerləşən 21A saylı evin 22 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına 03 avqust 2021-ci il tarixdə qeydə alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, cavabdeh və qızıünvan 6 ünvanında 2014-cü ildən yaşamırlar. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, mübahisəli mənzil iddiaçının atası Sədaqət Manafovun adına Mingəçevir şəhər X28 İcraiyyə Komitəsi Mənzil Uçotu və Bölgüsü Şöbəsinin 31 iyul 1987-ci il il tarixli, 5479 saylı order əsasında 2 otaqdan ibarət mənzil Sədaqət Manafov və ailə üzvüləinin, istifadəsinə verilmişdir. Daha sonra qeyd olunan mənzil İddiaçı, X7, X8 və X13 tərəfindən mənzilin özəlləşdirilməsinə razılıqları barədə verilmiş notarial razılıq ərizələri əsasında özəlləşdirilmiş və xx.xx.2018-ci il tarixdə ********** nömrəsi ilə X5 adına Daşınmaz Əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mingəçevir şəhər Asan xidmət mərkəzi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə- 1470 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Mingəçevir şəhəri Koroğlu küçəsi 21A saylı evin 22 nömrəli mənzili X16 tərəfindən İddiaçı bağışlanmış və onun mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixində ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı hazırda ailə üzvüləri ilə birlikdə qeyd edilən mənzildə yaşayır. Sözü gedən mənzildə qeydiyyatda olan Cavabdeh X21 ilə aralarında olan nikah məhkəmə qaydasında pozulduqdan sonra artıq uzun müddətdir ki, həmin mənzildən köçmüş və orada yaşamır. Qeydiyyatda olmasına baxmayaraq, Cavabdeh həmin mənzildə uzun müddət yaşamamışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququ mövcuddur. Məhkəmə hesab edir ki, Cavabdeh X21 ilə nikahı 11 mart 2009-cu il tarixdə qeydə alındığından, mübahisənin həllinə xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda siə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 60-cı maddənin 6-cı hissəsində isə qeyd olunur ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 85–ci maddəsinə əsasən İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi–buluğa çatmış qalan üzvülərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi baağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanununun 5–ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvülərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvülərinin ümumi (paylı,birgə) mülkiyyətinə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Cavabdeh 2014-cü ildə ünvan 7-ni tərk edərək, hələ də geri qayıtmaması onun həmin mənzili daimi tərk etdiyini göstərir. Daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi üçün Cavabdeh yaşayış sahəsi saxlanıla bilməz. Odur ki, o, Mingəçevir şəhəri Y.Muradov küçəsi ev 39, mənzil 14-ə olan istifadə hüququnu itirmiş hesab edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 7 ünvanında yerləşən mənzil İddiaçı qanuni istifadəsi və mülkiyyətindədir və həmin evə faktiki sahibliyi də iddiaçı həyata keçirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı qanuni istifadəçi- mülkiyyətçi kimi Cavabdeh münasibətdə mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin olunsun. Cavabdeh Mingəçevir şəhəri, Koroğlu küçəsi, 21A saylı evin, 22 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab olunsun. Hazırkı qətnamə Cavabdeh Mingəçevir şəhəri, Koroğlu küçəsi, 21A saylı evin, 22 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında Mingəçevir Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar