Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-645/2021 02.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, ərizəçi: Ərizəçi maraqlı şəxs: Mingəçevir Regional “Asan Xidmət” X7 qarşı, «hüquqi əhəmiyyətli faktın təsdiqi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum X2 adına olan Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 80A- 2 sot məhləli fərdi yaşayış evi onun tərəfindən qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi və həmin əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Mingəçevir Regional “Asan Xidmət” X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Ü.Hacıbəyov küçəsi 80A- 2 sot məhləli fərdi yaşayış evi mərhum anası X2 adına olmuşdur. Anası xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İki bacısı var. Aralarında heç bir mübahisə yoxdur. Anasından miras qalmış əmlakı, Mingəçevir şəhər Ü.Hacıbəyov küçəsi 80A- 2 sot məhləli fərdi yaşayış evi qəbul etmişdir. Mingəçevir şəhər notariat kontoruna müraciət etməsinə baxmayaraq vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Bu faktı başqa qaydada müəyyən etmək mümkün deyil ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum anası X2 adına olan Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 80A- 2 sot məhləli fərdi yaşayış evi onun tərəfindən qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi və həmin əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu ildə ölmüşdür. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhəri, Üzeyir Hacıbəyov küçəsindəki 80A saylı fərdi yaşayış yeri və 0.02 ha torpaq sahəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx xxxx 2014-cü il tarixdə qeydə alınmışdır. İddia ərizəsinə əlavə olunmuş MKT İstehsalat Birliyinin xx xxx 2018-ci il tarixli, 591 saylı arayışından görünür ki, X1 şəhərinin Babək küçəsində yerləşən 5 saylı evində gəlinləri, qardaşı qızları, qardaşı oğlu, qızı və oğlu ilə birlikdə yaşayış hüququ olmaqla qeydiyyatdadır. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mülki mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10-cu bölməsinin müddəaları tətbiq edilməklə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə görə bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinin tələbinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin mirasın bölüşdürülməsinin anlayışını müəyyən edən 1274-cü maddəsində göstərilmişdir ki, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Məhkəmə sadalanan hüquq normalarını sistemli təhlil edib belə nəticəyə gəlir ki, vəfat etmiş X2 miras payı onun vərəsəsi olan övladı Ərizəçi tərəfindən qəbul edilməlidir. Vəfat etmiş Zərifə Mustafayevadan miras qalmış Mingəçevir şəhər Ü.Hacıbəyov küçəsi 80A- 2 sot məhləli fərdi yaşayış evi Ərizəçi tərəfindən müəyyənləşdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Ərizəçi miras payı müəyyən edilməklə ərizəsi təmin olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub qət e t d i: Ərizə təmin edilsin. Ərizəçi mərhum anası X8 qızından miras qalmış, Mingəçevir şəhəri, Ü,Hacıbəyov küçəsi 80A- 2 sot məhləli fərdi yaşayış evinin onun tərəfindən miras kimi qəbul edilməsi üçün ötürülmüş müddət bərpa edilsin, miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-645/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-645/2021
02.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver