Məhkəmə qərarları › İş №2(051)-647/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-647/2025

17.06.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-647/2025 17.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 oğunun Cavabdeh qarşı əşyaların mənzildən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 oğunun Cavabdeh qarşı əşyaların mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan 77 adda əşyaların ünvan 1 ünvandan əşyaların çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh iə oğlu İddiaçı2 ailə həyatı qurmuşlar. Onların nikahı məhkəmə yolu ilə pozulmuşdur. Lakin cavabdehin mitilləri evdə qalmışdır. Hazırda onun cavabdehlə heç bir əlaqəsi yoxdur. Belə olan halda cavbdehə məxsus olan əşyaarın onun mənzilindən çıxarılması vacibdir. Ona görə ki, Mingəçevir şəhəri N.Nərimanov prospekti ev 44, mənzil 14-də yerləşən mənziin mülkiyyətçisi odur. Həmin əşyalar bunardır. 1 ədəd taxta döşəyi, 2. 3 ədəd yorğan, 1 ədəd böyük balınc, 2 ədəd uşaq balmcı, 2 ədəd balaca baş altı balınc, 2 ədəd uşaq yorğanı, 1 ədəd uşaq kalyaskası üçün döşək, 2 ədəd qara rəng kurtka, 1 ədəd boz palto, 1 ədəd çəhrayı uşaq paltarı, 1 ədəd boz, papaqlı uzun palto, 1 ədəd qəhvəyi köynək, 1 ədəd qara setka kofta, 1 ədəd qara uzun polver, 1 ədəd tünd qırmızı şalvar dəsti, 1 ədəd yaşıl şalvar dəsti, 1 ədəd boz gödəkçə, 1 ədəd qırmızı uzun vadalazka, 1 ədəd uşaq ədyalı, 1 ədəd ağ-qara don, 1 ədəd qəhvəyi jaket, 1 ədəd qırmızı papaqlı jaket, 1 ədəd açıq yaşıl kofta, 1 ədəd bənövşəyi kofta, 1 ədəd çəhrayı kofta, 1 ədəd qırmızı yataq şalvarı, 1 ədəd ağ qolsuz jaket, 1 ədəd sarı papaqlı jaketlə şalvar dəsti 1 ədəd qəhvəyi şərf, 1 ədəd qarışıq rəng baş yaylığı, 1 ədəd qəhvəyi bellik, 1 ədəd papaq 1 ədəd qara kofta, 1 ədəd qırmızı xələt, 1 ədəd sarı yataq yun şalvar, ədəd qara şalvar, 2 ədəd qara şortik, 1 ədəd qara yaxaası açıq kofta, 1 ədəd qarışıq rəng yataq şalvarı, 1 ədəd krem rəng, yaxası zamoklu kofta, 1 ədəd qəhvəyi şalvar, 1 ədəd tünd mavi şalvar, 1 ədəd qəhvəyi yataq şalvarı, 1 ədəd ağ mayka, 1 ədəd mavi mayka, 1 ədəd qırmızı mayka, 1 ədəd mavi qolsuz xələt, 1 ədəd tünd çəhrayı kofta, 1 ədəd qarışıq rəng yataq şalvarı, 1 ədəd açıq yaşıl yataq şalvarı, 1 ədəd bənövşəyi xələt, 1 ədəd qırmızı don, 1 ədəd krem rəng mayka, 1 ədəd açq boz rəngdə don, 1 ədəd qırmızıqara kimano don, 1 ədəd ağ-boz gödək don, 1 ədəd sokçəkən maşın, 1 ədəd narıncı uşaq paltarı, 1 ədəd ağ ayı kukla, 1 ədəd ağ-narıncılı balaca dəvə kukla, 1 ədəd gön adyal, 1 ədəd ağ adyal, 1 ədəd güllü adyal, 1 ədəd qırmızı qış donu, 2 ədəd çəhrayı uşaq yorğanı, 1 ədəd yaşıl uşaq adyalı, 1 ədəd qırmızı uşaq adyalı, 2 ədəd göy uşaq adyalı, 1 ədəd açıq qırmızı uşaq adyalı, 2 ədəd narıncı uşaq yorğanı, 1 ədəd narıncı uşaq balncı, 1 ədəd yaşıl uşaq balncı, 2 ədəd balaca balınc, 1 cüt narıncı güllü krasovka, 1 cüt ağ krasovka, 1 cüt qara sapaşki. Hesab edir ki, cavabdehin qeyd olunan əşyaları onun evindən çıxarılmalıdır. Odur ki, məhkəmədən Cavabdeh qarşı əşyaların mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan 77 adda əşyaların ünvan 1 ünvandan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyöun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki Məhkəmə icasında iştirak edən cavabdeh izahatında göstərmişdir ki, Ailə qurduqları gündən münaqişələri çox olurdu. Bu səbəbdən uşağını da götürüb evdən ayrılmışdır. Evdən ayrılarkan uşağına yalnız bir dəst paltar götürmüşdür. Əşyaları ilə yanaşı qızıl-zinət əşyaları da həmin evdə qalmışdır. Özü hazırda bununla bağlı iddia qaldırmışdır. Odur ki, izahatında qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan X1 İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 53,12 kv.m yaşayış sahəsi 28,59 kv.m iki otaqdan ibarət olan ev 44, mənzil 14 yaşayış mənzili şəxsi mülkiyyət hüququ əsasında X1 İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi 23 saylı 20 avqust 1996-cı il tarixli qərarı əsasında İddiaçı1 verilmişdir. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı2 və ünvan 2 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, Cavabdeh əşyalarının sözügedən mənzildə olması iddiaçıların istifadə hüquqlarını pozmaqdadır. İddiaçıların cavabdehə qarşı əşyalarının evdən çıxarılması tələbinə dair iddiası təmin edilməli və cavabdehə məxsus əşyalar iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus 77 adda əşya - 1 ədəd taxta döşəyi, 2. 3 ədəd yorğan, 1 ədəd böyük balınc, 2 ədəd uşaq balıncı, 2 ədəd balaca baş altı balınc, 2 ədəd uşaq yorğanı, 1 ədəd uşaq kalyaskası üçün döşək, 2 ədəd qara rəng kurtka, 1 ədəd boz palto, 1 ədəd çəhrayı uşaq paltarı, 1 ədəd boz, papaqlı uzun palto, 1 ədəd qəhvəyi köynək, 1 ədəd qara setka kofta, 1 ədəd qara uzun polver, 1 ədəd tünd qırmızı şalvar dəsti, 1 ədəd yaşıl şalvar dəsti, 1 ədəd boz gödəkçə, 1 ədəd qırmızı uzun vadalaska, 1 ədəd uşaq ədyalı, 1 ədəd ağ-qara don, 1 ədəd qəhvəyi jaket, 1 ədəd qırmızı papaqlı jaket, 1 ədəd açıq yaşıl kofta, 1 ədəd bənövşəyi kofta, 1 ədəd çəhrayı kofta, 1 ədəd qırmızı yataq şalvarı, 1 ədəd qəhvəyi yataq şalvarı, 1 ədəd ağ qolsuz jaket, 1 ədəd sarı papaqlı jaketlə şalvar dəsti 1 ədəd qəhvəyi şərf, 1 ədəd qarışıq rəng baş yaylığı, 1 ədəd qəhvəyi bellik, 1 ədəd papaq 1 ədəd qara kofta, 1 ədəd qırmızı xələt, 1 ədəd sarı yataq yun şalvar, 2 ədəd qara şalvar, 2 ədəd qara şortik, 1 ədəd qara yaaası açıq kofta, 1 ədəd qarışıq rəng yataq şalvarı, 1 ədəd krem rəng, yaxası zamoklu kofta, 1 ədəd qəhvəyi şalvar, 1 ədəd tünd mavi şalvar, 1 ədəd qəhvəyi yataq şalvarı, 1 ədəd ağ mayka, 1 ədəd mavi mayka, 1 ədəd qırmızı mayka, 1 ədəd mavi qolsuz xələt, 1 ədəd tünd çəhrayı kofta, 1 ədəd qarışıq rəng yataq şalvarı, 1 ədəd açıq yaşıl yataq şalvarı, 1 ədəd bənövşəyi xələt, 1 ədəd qırmızı don, 1 ədəd krem rəng mayka, 1 ədəd açıq boz rəngdə don, 1 ədəd qırmızı-qara kimano don, 1 ədəd ağ-boz gödək don, 1 ədəd sokçəkən maşın, 1 ədəd narıncı uşaq paltarı, 1 ədəd ağ ayı kukla, 1 ədəd ağnarıncılı balaca dəvə kukla, 1 ədəd gön adyal, 1 ədəd ağ adyal, 1 ədəd güllü adyal, 1 ədəd qırmızı qış donu, 2 ədəd çəhrayı uşaq yorğanı, 1 ədəd yaşıl uşaq adyalı, 1 ədəd qırmızı uşaq adyalı, 2 ədəd göy uşaq adyalı, 1 ədəd açıq qırmızı uşaq adyalı, 2 ədəd narıncı uşaq yorğanı, 1 ədəd narıncı uşaq balncı, 1 ədəd yaşıl uşaq balncı, 2 ədəd balaca balınc, 1 cüt narıncı güllü krasovka, 1 cüt ağ krasovka, 1 cüt qara sapaşki İddiaçı1 məxsus olan ünvan 1 ünvanda olan mənzilindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar