Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-648/2021 30.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı, nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir şəhər 6 №-li tam orta məktəbin direktoruna qarşı bir stavka dərs yükü ilə təmin edilmə tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Mingəçevir şəhər 6 №-li tam orta məktəbin direktoruna qarşı bir stavka dərs yükü ilə təmin edilmə tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Mingəçevir şəhər 06 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirir ki, o, 2001-ci il tarixdə Azərbaycan Pedaqoji Universitetini İbtidai təhsil pedaqogikası və metodikası ixtisası üzrə bitirmiş və Bakı şəhərində fəaliyyət göstərən ilk özəl ümumtəhsil məktəb kompleksi olan Müasir Təhsil Kompleksində xx.xx.2001-ci il tarixli 23 k/İQ-01 saylı əmrlə ibtidai sinif müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Mingəçevir şəhər Təhsil şöbəsinin müdirinin xx.xx.2016-cı il tarixli İ-397 saylı razılıq məktubuna əsasən Mingəçevir şəhəri 6 №-li tam orta məktəbin direktorunun xx.xx.2016-cı il tarixli 428№-li əmri ilə məktəbin 1a sinfinə köməkçi müəllim vəzifəsinə təyin olunmuş və məktəb direktoru ilə onun arasında həmin tarixdə ibtidai sinif müəllimi (köməkçi müəllim) vəzifəsinə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Bundan sonra, həmin məktəbin direktorunun xx.xx.2017-ci il tarixli 475 №-li əmri ilə 6 saylı tam orta məktəbə 5 yaşlıların məktəbə hazırlıq qrupuna müəllim vəzifəsinə təyin olunmuş və onunla məktəb direktoru arasında xx.xx.2018-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və bu əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alınmışdır. xx.xx.2017ci il tarixdə o, Təhsil Nazirliyinin Təhsil X3 İnstitutunu “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası üzrə ixtisasartırma proqramam bitirərək 20634 qeydiyyat nömrəli ixtisasartırma təhsili haqqında İC№015151 saylı SERTİFİKAT almışdır. Lakin, 6 №-li tam orta məktəbin direktoru X4 heç bir əsas olmadan xx xxxx 2018-ci il tarixli 593№-li əmri ilə onu xx.xx.2018-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən işdən azad etmiş və onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam vermişdir. Lakin, o, həmin əmrlə razılaşmadığına görə məktəb direktorunun əmrinin etibarsız hesab edilməsi və işə bərpa barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdi və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(051)-2088/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Mingəçevir şəhəri B.Şıxəliyev adına 6 saylı tam orta məktəbin direktorunun xx.xx.2018-ci il tarixli 593 saylı əmrinin etibarsız hesab edilməsi və onun əvvəlki vəzifəsinə müddətsiz əmək müqaviləsi üzrə bərpa edilməyim qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən 6 №-li tam orta məktəbin direktorunun 616 №-İi xx xxxxxxxx 2018-ci il tarixli əmri ilə öz işinə bərpa edildi və digər növbəti əmrlə - 616/1 saylı xx xxxxxxxx 2018-ci il tarixli əmrlə ibtidai sinif müəllimi vəzifəsinə keçirilərək 6 (altı) saat dərs yükü (2 saat həyat bilgisi, 2 saat texnologiya və 2 saat musiqi) ilə təmin edildi. Onunla məktəb direktoru arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bağlandı. Hal-hazırda həmin məktəbdə ibtidai sinif müəllimi işləyir və aylıq əmək haqqı 138,75 manatdır. Bu isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqından da aşağı məbləğdir. O, 2018/2019 tədris ilində ibtidai sinif müəllimi kimi qanunla müəyyən edilmiş tam dərs yükü ilə təmin edilməyini məktəb direktorundan xahiş və tələb etdi, məktəb direktoru isə növbəti dərs ilində tam dərs yükü ilə təmin edəcəyinə çalışacağını bildirdi. Çox təəssüf ki, məktəbin direktoru nə 2019/2020, nə də 2020/2021-ci tədris ilində onu tam dərs yükü ilə təmin etmədi və bəhanəsi də belə oldu ki, MİQ-dən (müəllimlərin işə qəbulu) və diaqnostik qiymətləndirmədən keçməmişdir. Buna görə tam dərs yükü ilə təmin etmək mümkün deyil. Buna görə də, Mingəçevir şəhər 06 №-li tam orta məktəbdə işləyən ibtidai sinif müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və qanuna müvafiq qətnamənin çıxarılmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia əsaslı olduğundan təmin edilməlidir. İşə əlavə edilmiş A seriyalı, 075553 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 2001-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin “İbtidai təhsilin pedaqogika və metodikası” fakültəsini bitirmişdir. İşə əlavə olunmuş 6 №li məktəb tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 04 №-li arayışdan görünür ki, İddiaçı 2016-cı ildən hal-hazıradək Mİngəçevir şəhərində 06 № li tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir və dərs yükü 6 saatdır. İşdə olan əmək kitabçasının və əmrlərin surətindən görünür ki, iddiaçı Müassir Təhsil Kompleksinə işə qəbul olunanadək əmək stajı almamış, xx.xx.2001ci il tarixli 23k/İQ-01 saylı əmrlə 6 ay sınaq müddətinə bir ay sınaq müddətilə ibtidai sinf müəllimi təyin edilmiş, xx xxxx 2002-ci il tarixdə 206k/İQ-02 saylı əmrlə tutduğu vəzfədən azad edilmiş, xx.xx.2002-ci il tarixli 157 №; li əmrlə 2 № li orta məktəbə müəllim təyin edilmiş, xx.xx.2007-ci il tarixli 42 saylı əmrə əsasən başqa uişə deyişilməsi ilə əlaqədar işdən azad edilmiş, xx xxxxxx 2007-ci il tarixli 61 saylı əmrlə Nehrəm kənd 3 saylı orta məktəbə müəllim təyin edilmiş, xx.xx.2012-ci il tarixli 127 № li əmrlə ərizəsi əsasında işdən azad olunmuş, xx xxxxxxxx 2016-cı il tarixli 428 № li əmrlə İ a sinfinə köməkçi müəllim vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixli 593 № li əmrlə əmək məcəlləsinin 68.2 maddəsinin d bəndinə əsasən işdən azad edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən yenidən işə bərpa edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları (bundan sonra mətndə Qaydalar) Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsini, pedoqoji işçilərin işə qəbulu və yerdəyişməsini tənzimləyir, bu sahədə təhsil idarəetmə orqanlarının ərazi maliyyə hesablaşma mərkəzlərinin, müəssisə rəhbərlərinin səlahiyyət və vəzifələrini müəyyən edir (Qaydaların 1.2-ci bəndi). «Qaydalar» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 994 saylı sərəncamına və həmin «Qaydalar»ın 1.1-ci bəndində sadalanan digər səlahiyyətli orqanların normativ aktlarına uyğun olaraq hazırlanmışdır. «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 994 №li Sərəncamına, xx xxxxxx 2017-ci il tarixdə dəyişiklik edilərək 1-1-ci hissə əlavə edilmiş, həmin hissəyə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulurlar. «Qaydalar»ın 4.1-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Həmin «Qaydalar»ın 5.2-ci bəndinə əsasən işə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər. İşin faktiki hallarından göründüyü kimi iddiaçı işə götürülərkən işəgötürən «Qaydalar»ın 4.1-ci bəndinin tələbini pozaraq iddiaçı ilə müsabiqədən kənar xx.xx.2017-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlamış, sonradan xx.xx.2017-ci il tarixli 186 №li əmrinə il tarixli əmək müqaviləsinə xitam versə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(051)-5123/2017 saylı qətnaməsi ilə sözügedən əmr etibarsız hesab edilmiş və iddiaçı müddətsiz əmək müqaviləsi ilə 18 №li tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunmuşdur. Göründüyü kimi, «Qaydalar»ın 4.1-ci bəndinə görə işəgötürən işçini müddətsiz müqavilə ilə işə qəbulunu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirməli idi. Belə olan vəziyyətdə cavabdeh iddiaçıya müsabiqədən kənar işə qəbul olunduğu üçün diaqnostik qiymətləndirməyə buraxmamaqda haqlı deyildir. Çünki, sözügedən «Qaydalar»ın 5.2-ci bəndi buna imkan vermir. Belə ki, orada göstərilmişdir ki, işə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər. Məhkəmə cavabdehin «Ümumi Təhsil Müəssislərində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması» Qaydalarının 5.5-ci bəndinə istinad etməsi ilə də razılaşmamışdır. Belə ki, həmin bənddə diaqnostik qiymətləndirmədə iştirak edərək hər-hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükünün (6 saat) müəyyənləşdirilməsindən söhbət gedir ki, bunun da iddiaçıya heç bir aidiyyəti yoxdur. Ona görə ki, o, ümumiyyətlə yuxarıda göstərilən səbəbdən diaqnostik qiymətləndirməyə buraxılmamışdır. Həmin “Qaydalar”ın 7.2-ci bəndinə əsasən yerli təhsili idarəetmə orqanları imtahanda iştirak edəcək heyət haqqında məlumatın www.dq.edu.az saytına daxil edilməsi, məlumatların dürüstlüyünün təmin edilməsi, eləcə də diaqnostik qiymətləndirmənin məqsədinin heyətə düzgün formada çatdırılması öhdəliyini daşıyırlar. Həmin “Qaydalar”ın 7.3-cü maddəsinə əsasən yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələrinin rəhbərləri müəyyənləşdirilmiş vaxtda heyətin diaqnostik qiymətləndirmədə iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi üçün birbaşa məsuliyyət daşıyırlar. Məhkəmə, həmçinin bunu da qeyd edir ki, Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli, 236/1 №li əmri ilə təsdiq edilmiş «Qaydalar» AR Təhsil Nazirinin xx.xx.2019-cu il tarixli F-595 saylı Əmri ilə qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2019-cu il tarixli 397 № li əmri ilə bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü- 18 saat müəyyən edilmişdir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 82.3-cü maddəsinin tələbinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara maddi və prossesual hüquq normalarının tələbi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçı Müslümova X1 şəhər 06 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı Müslümova X1 şəhər 18 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi kimi 18 saatdan az olmayan dərs yükü ilə təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-648/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-648/2021
30.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver