Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-649/2022 12.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 və onun vəkili X1 iştirakı ilə Ərizəçi doğum qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi etibarnamə üzrə nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək, uşaqları xx.xx.1981-ci il tarixdə doğulmuş Ərizəçi doğum qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclası zamanı Ərizəçi etibarnamə üzrə nümayəndəsi X5 əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, X3 ilə nikahlarını 22.08.2014-cü ildə Mingəşevir şəhər Qeydiyyat Şöbəsində pozmuşlar. Birgə yaşayışlarından xx.xx.1981-ci il tarixdə Ərizəçi adlı uşaqları doğulmuşdur. Uşaqları küçmiş Ermənistan SSR Masis rayonunda doğulmuş, lakin onların doğumunu vaxtında qeydiyyat orqanında qeyd etdirmədikləri üçün uşaqların doğumu haqqında şəhadətnamə ala bilməmişlər. Hazırda ərizəçinin doğum haqqında şəhadətnaməsinin olmaması problem yaratdığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmin faktın başqa cür müəyyən edilməsi mümkün deyildir. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi vəkili əsasən ərizənin məzmununa uyğun izahat verdi və ərizədə göstərilən doğum faktının başqa cür müəyyən edilməsi mümkün olmamasnı əsas gətirərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub təqdim edərək mülki işə onların nümayəndəsinin iştirakuı olmadan baxıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi X2 və vəkilinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-127/15 saylı, 17.12.2021-ci il tarixli müraciətə cavab məktubundan görünür ki, 1981-2021-ci illər üzrə Maraqlı şəxs Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılan akt qeydləri, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar yoxlanılmış və xx.xx.1981-ci il tarixdə doğulmuş uşağın doğumunun qeydə alınması müəyyən edilməmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçixx.xx.1981-ci il tarixdə Ermənistan SSR Masis rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X4 xx.xx.1981-ci il tarixdə Namiq adlı uşaqları Ermənistan SSR Masis rayonunda doğulmuşdur. Lakin onun doğumunu vaxtında qeydiyyat orqanında qeyd etdirmədiyi üçün uşaqların doğumu haqqında şəhadətnamə ala bilməmişdir. Belə ki, o, Maraqlı şəxsnə müraciət etmiş, lakin oğlunun doğumu barədə şəhadətnamə təqdim edə bilmədiyinə görə ona uşaqlarının doğumu barədə şəhadətnamənin verilməsi mümkün olmamışdır. Hazırda oğlunun doğum haqqında şəhadətnamələrinin olmaması problem yaratdığından, oğlunun doğulmunun qeydə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3–cü maddəsinə görə məhkəmə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə işin müəyyən olunmuş hallarına tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçi qeydiyyat orqanına uşaqlarının doğumu barədə tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün uşaqların doğumunun qeyd edilərək bu barədə şəhadətnamənin verilməsi mümkün olmadığından, uşaqların doğumun qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM–in 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, doğum faktının müəyyən edilməsi ərizəçiyə uşaqlarının doğumu haqqında şəhadətnamənin verilməsi üçün zəruridir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə Ermənistan SSR Masis rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1981-ci il tarixdə Ermənistan SSR Masis rayonunda doğulmasıın qeyd edilmə faktı müəyyən edilsin. Qətnamə doğumu haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Hüseynov Ələkbər
Məhkəmə qərarları › İş №2(051)-649/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-649/2022
12.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver