Məhkəmə qərarları › İş №2(051)-655/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-655/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-655/2021 15.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, 3-cü şəxs X11 və onun nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mirasın qəbulundan imtina barədə ərizənin etibarsız sayılması və qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh və 14 saylı Mənzil İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, X6 miras qalmış əmlakdan miras payından imtinaya dair Mingəçevir Regional «Asan xidmət» X4 yazdığı xx xxxxxx 2020-ci il tarixli ərizəsinin etibarsız sayılması və verilmiş həmin tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsini ona aid hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, onun X12 ilə olan evliliyindən xx xxxxxxx 1989-cu il təvəllüdlü Oruc Nəcəfli adlı oğulları olmuşdur. Oğlu X1 ilə xx xxxx 2018-ci ildə nikaha girməklə evlənmiş və birgə evlilikdən onların xx xxxxxx 2019-cu il təvəllüdlü Rövşanə adlı qızları olmuşdur. Oğlu Oruc xx xxxxxxx 2020-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə döyüş meydanında başın açıq yarası diaqnozu ilə vəfat etsə də oğlunun meyidi ona uzun müddət keçdikdən sonra, xx xxxxxx 2020-ci ildə tapılmış, analiz olduqdan sonra xx xxxxxx 2020-ci ildə onlara vermişlər. Həmin vaxt onlara İcra Hakimiyyətindən nümayəndələr gəlmiş və oğlunun ölümü ilə əlaqədar onlara 11000 manat sığorta ödənişi, həmçinin aylıq 500 manat müavinət veriləcəyi bildirilmiş və müvafiq sənədləşdirmə aparılmalı olduğu tələb olunmuşdur. Həmin sənədlərin hazırlanması ilə oğlu Orucun arvadı Pərvanə və onun qardaşı Ayaz Kərimov məşğul olmuş və Pərvanə onunla birgə yaşayacağı vədini verib pulların ayrı-ayrı kartlara yüklənməsinə zərurət olmadığını bildirmişdir. Onun bu sözlərinə inanıb həmin 11000 manat pulun alınması üçün Notariat Ofisinə gedib tələb olunan ərizəni imzalamışdır. Oğlunun ölümündən çox sarsıldığına görə gərgin gərgin vəziyyətdə olması səbəbindən ərizənin hansı səbəbdən yazılmasını başa düşməmişdir. Sonradan başa düşmüşdür ki, mirası qəbul etməkdən imtina ərizəsi ilə o, oğlundan ona miras qalan əmlakdan tamamilə məhrum olmuşdur. Aldadıldığını başa düşmüş və oğlunun vəfatı onda yaratdığı dərin kədər hissi onu nə etdiyi barədə çaşdırmışdır. Ona bildirirlər ki, bu ərizəyə görə o, şəhid ailəsi statusunu itirmişdir.Artıq aldadıldığını başa düşmüş və notariat kontoruna gedib ərizəni qeydə almamağı xahiş etmişdir. Ancaq ona bildirmişlər ki, xx xxxxxx 2020-ci il tarixdə həmin 11000 manat sığorta ödənişi ilə əlaqədar X11 və X8 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göstərilən hallar onun hüquqlarını pozur. Ona görə də X6 miras qalmış əmlakdan miras payından imtinaya dair Mingəçevir Regional «Asan xidmət» X4 yazdığı xx xxxxxx 2020-ci il tarixli ərizəsinin etibarsız sayılması və verilmiş həmin tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsini ona aid hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmədə verdiyi izahatında göstərdi ki, X14 ilə xx xxxx 2018-ci ildə rəsmi nikaha girməklə evlənmiş və birgə evlilikdən onların xx xxxxxx 2019-cu il təvəllüdlü Rövşanə adlı qızları olmuşdur. Həyat yoldaşı X19 uğrunda gedən döyüşlərdə şəhid oldu. İcra Hakimiyyətindən gələn nümayəndələr şəhid ailəsi kimi onlara, yəni vərəsələrə 11000 manat pul verilməli olduğunu bildirmişlər. Qaynanası İddiaçı oğlunun mirasından imtina etdiyini bildirmişdi. Razılaşdılar ki, həmin pul hamısı bir karta köçürülsün, sonra lazımi yerə xərclənər. Bundan sonra birlikdə “Asan” xidmət mərkəzinə getmişlər, İddiaçı miras əmlakdan imtina barədə xx xxxxxx 2020-ci il tarixdə ərizə yazmışdır. Qaynanası olan İddiaçı sonradan mübahisə edərək, oğlundan miras qalmış payından imtina etmədiyini, ərizənin aldadılaraq yazıldığını bildirmişdir. O, qaynanasına notariat orqanına gedib, öz paylarına uyğun vərəsəlik şəhadətnaməsi almaları və öz aralarında razılığa gəlmələrini bildirmişdir. Lakin iddiaçı məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasına etiraz etmir. Cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edilmiş X3 etibarnamə üzrə nümayəndəsi X13 da məhkəmə iclasında eyni məzmunlu izahat verdi. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 atası X12, anası İddiaçıdır. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 və X11 arasında nikah xx xxxx 2018-ci ildə Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 və X3 birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü Rövşanə adlı uşaqları doğulmuşdur. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2020-ci il tarixdə başın açıq yarası səbəbindən döyüş meydanında ölmüşdür. İşə əlavə edilmiş İddiaçı tərəfindən yazılmış ərizədən görünür ki, İddiaçı oğlu X14 xx.xx.2020-ci ildə vəfat etmişdir ondan miras əmlak qalmışdır. O, həmin mirası qəbul etməmiş və etməyəcək. Ona miras qalan əmlakdan pay istəmir və gələcəkdə bu barədə iddia qaldırmayacaq. Digər vərəsələrə (varisə) bütövlükdə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razıdır. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X9 vərəsələri X11 və X10r. İşə əlavə olunmuş Cavabdeh xüsusi notariusunun xx.xx.2021-ci il tarixli 175 №-li məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X6 qalmış miras əmlaka dair Mingəçevir şəhər “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində xx.xx.2020-ci il tarixdə V-383/2020 saylı vərəsəlik işi açılmış, Mİngəçevir şəhər “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində mərhumun vərəsələrinə xx.xx.2020-ci il tarixli, 2V-801 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, xx xxxxxxx 1989-cu il təvəllüdlü Oruc Nəcəfli İddiaçı oğludur. X1 ilə xx xxxx 2018-ci ildə nikaha girməklə evlənmiş və birgə nikahlarından onların xx xxxxxx 2019-cu il təvəllüdlü Rövşanə adlı qızları olmuşdur. Oruc Nəcəfli xx xxxxxxx 2020-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə döyüş meydanında başın açıq yarası diaqnozu ilə vəfat etmişdir. xx.xx.2020-ci il tarixdə ölmüş X6 miras əmlak qalmışdır. O.Nəcəflinin qanun üzrə vərəsələri anası İddiaçı, arvadı Pərvanə Nəcəfli və qızı Rövşanə Nəcəflidir. O.Nəcəflinin anası İddiaçı notariusda ərizə yazaraq oğlundan miras qalmış əmlakdan imtina etmişdir. Lakin sonradan İddiaçı aldadıldığını və ümumilikdə bütün mirasdan və şəhid ailəsi statusundan məhrum olduğunu başa düşdüyü üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014- cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Məhkəmə iş materiallarını təhlil edərkən və bu normalara istinad edərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması üçün əsaslar var. Belə ki, iş materiallarından görünür ki, İddiaçı mərhum Oruc Nəcəflinin doğma anası olmaqla onun qanun üzrə vərəsəsidir. Lakin iddiaçının güclü həyacan vəziyyətində olması nəticəsində sözügedən imtina barədə ərizəni yazması və notarius tərəfindən ərizənin hüquqi nəticələrinin tam formada izah olunmaması onun qanun üzrə vərəsəlik hüquqları pozulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X6 miras qalmış əmlakdan miras payından imtinaya dair Mingəçevir Regional «Asan xidmət» X4 İddiaçı tərəfindən yazılmış xx xxxxxx 2020-ci il tarixli ərizə etibarsız sayılsın və verilmiş həmin tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi İddiaçı aid hissədə ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar