Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-662/2022 05.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi Oktay qızının iştirakı ilə, «Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi Oktay qızı ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum əri X4 miras qalmış Mingəçevir şəhəri, X16 küçəsi 17 saylı evin 36 saylı mənzilinin və “Hynudai Sonata” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi Oktay qızı məhkəmə iclasında tələbini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.1968-ci ildə anadan olmuşdur. Mərhum əri X11 ilə 12 dekabr 1988-ci il tarixdə ailə qurmuşlar. Onların birgə nikahdan 16.09.1989-cu il təvəllüdlü Əfşan 30.06.1991-ci il təvəllüdlü Fərid adlı iki nəfər övladı olmuşdur. Birgə nikah dövründə yoldaşı X9 şəhəri X16 küçəsində yerləşən 17 saylı evin 36 saylı mənzilini və HUYUNDAİ SONATA minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını almışdır. Əmlakların sənədlərinin təsdiq olunmuş məhkəməyə təqdim edib. Mərhum əri X11 18.05.2021-ci ildə vəfat etmişdir. Mərhum ərindən miras qalmış Mingəçevir şəhəri X16 küçəsində yerləşən 17 saylı evin 36 saylı mənzilin və HUYUNDAİ SONATA minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını adına rəsmiləşdirmək istədikdə ona Notariusa müraciət etmək lazım olduğunu bildirmişlər. O, artıq uzun müddətdir sözügedən mirasları qəbul eləmiş və onun tərəfindən idarə olunur. Lakin Notariat Kontoruna müraciət etdikdə ona X10 xidmət” Mərkəzinin xüsusi notariusu məktubla “mirasın qəbulu faktı ilə laqədar” məhkəməyə müraciət etməyi tövsiyyə etdi. Mərhum əri X6 birinci növbə vərəsələri o, oğlu və qızıdır. Qızı və oğlu onun xeyrimə öz paylarından imtina edəcək. Onun ərindən qalmış miras əmlakı başqa yolla qəbul etmək imkanım yoxdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Ona görə də mərhum əri X4 miras qalmış Mingəçevir şəhəri, X16 küçəsi 17 saylı evin 36 saylı mənzilinin və “Hynudai Sonata” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş ölüm haqqında şəhdətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 18.05.2021-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş nikahın bağlanması haqqında şəhdətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 və Ərizəçi arasındakı nikah 12 dekabr 1988-ci ildə Yevlax rayonu Salahlı kənd Sovetində 21 nömrə ilə qeydə alınmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Mingəçevir şəhəri X16 küçəsində istifadədə olan 0,0552 ha torpaq sahəsində yerləşən 17 nömrəli 5 mərtəbəli binanın 3-cü girişində 1-ci mərtəbəsində yerləşən 44,55 kvm ümumi 31 kvm yayayş sahəsindən ibarət 2 otaqlı 36 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş AD N 308148 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hynudai Sonata” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşın X6 adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontorunun xüsusi notariusu Elxan Hüseynovun 14 yanvar 2022-ci il tarixli 55 saylı məktubundan görünür ki, “Miras açıldıqdan müəyyən edilən müddət keçdikdən sonra mirasın qəbuluna yol verilmir” və bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Mülki işə əlavə olunmuş X2 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, atası X11 18.05.2021-ci ildə vəfat etmişdir. Onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Onun ölümündən sonra mirası nədə idfadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmişdir. Öz vərəsələik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Gələcəkdə mirasın qəbul edilmə müddətinin bərpası və miras əmlakın bölüşüdürlməsi ilə əlaqədar məhkəməyə müraciət etməyəcək. Mülki işə əlavə olunmuş X7 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, atası X11 18.05.2021-ci ildə vəfat etmişdir. Onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Onun ölümündən sonra mirası nədə idfadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmişdir. Öz vərəsələik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Gələcəkdə mirasın qəbul edilmə müddətinin bərpası və miras əmlakın bölüşüdürlməsi ilə əlaqədar məhkəməyə müraciət etməyəcək. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi mərhum X6 arvadıdır. X11 vəfat etmiş və onun birinci növbə vərəsələri isə arvadı Ərizəçi, X1 və X8r. X1 və X12 isə atasından miras qalmış əmlakdan anası Ərizəçi xeyrinə imtina etmişdir. Ona görədə Ərizəçi ərizə tələbi təmin olunmalı və əri X4 miras qalmış Mingəçevir şəhəri, X16 küçəsi 17 saylı evin 36 saylı mənzilinin və “Hynudai Sonata” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının miras əmlak kimi qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum əri X4 miras qalmış Mingəçevir şəhəri, X16 küçəsi 17 saylı evin 36 saylı mənzilinin və “Hynudai Sonata” minik markalı və **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının miras əmlak kimi Ərizəçi tərəfindən qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-662/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-662/2022
05.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver