Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-665/2022 25.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi iştirakı ilə, «Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum X1ndan miras qalmış Mingəçevir şəhəri, 5-ci Fazil Əzimov döngəsi, 5A ünvanında yerləşən torpaq sahəsinin miras əmlak kimi yalnız onun tərəfindən bütöv şəkildə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında tələbini müdafiə edərək izahatında göstərmişdir ki, X5 onun atası olmuşdur. X9 X6 ilə birgə nikahından o və bacısı Məryəm adlı iki övladları olmuşdur. X1 01.12.2020-ci ildə vəfat etmişdir. X6 isə 23.07.2021-ci ildə vəfat etmişdir. Atasının adına mülkiyyət sənədi üzrə Mingəçevir şəhəri, 5-ci Fazil Əzimov döngəsi, 5A ünvanında yerləşən torpaq sahəsi olmuşdur. Atam vəfat etdikdən sonra sözügedən torpaq sahəsini o, idarə etmiş və onun təfindən faktiki qəbul edilmişdir. Miras əmlakın rəsmi qaydada qəbul edilməsi ilə bağlı müraciət edə bilməmişlər. Lakin mənzildə faktiki yaşamaqla miras əmlakı faktiki qəbul etmişlər. Torpaq sahəsi onun tərəfindən qəbul olunmuş və idarə olunur. O, artıq uzun müddətdir sözügedən mirası qəbul eləmiş və əmlak onun tərəfimdən idarə olunur. Lakin Notariat Kontoruna müraciət etdikdə ona Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi notariusu məktubla “mirasın qəbulu faktı ilə əlaqədar” məhkəməyə müraciət etməyi tövsiyyə etdi. Onun atasından qalmış miras əmlakı başqa yolla qəbul etmək imkanı yoxdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs olan bacısı Maraqlı şəxs2 isə miras əmlakdan onun xeyrimə imtina etmiş və bu barədə notarial qaydada təstiq olunmuş ərizəni iş materiallarına əlavə edir. Ona görə də mərhum X1ndan miras qalmış Mingəçevir şəhəri, 5-ci Fazil Əzimov döngəsi, 5A ünvanında yerləşən torpaq sahəsinin miras əmlak kimi yalnız onun tərəfindən bütöv şəkildə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş ölüm haqqında şəhdətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 01.12.2020-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş ölüm haqqında şəhdətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 23.07.2021-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Mingəçevir şəhəri 5-ci Fazil Əzimov döngəsi 5A ünvanda yerləşən 0,059 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X3 adına qeydə alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontorunun xüsusi notariusu Elçin Həsənovun 27 oktyabr 2021-ci il tarixli 2023 saylı məktubundan görünür ki, “Miras açıldıqdan müəyyən edilən müddət keçdikdən sonra mirasın qəbuluna yol verilmir” və bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Mülki işə əlavə olunmuş Maraqlı şəxs2 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, X1 01.12.2020-ci ildə vəfat etmişdir. Onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Onun ölümündən sonra mirası nədə idfadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmişdir. Öz vərəsələik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Gələcəkdə mirasın qəbul edilmə müddətinin bərpası və miras əmlakın bölüşüdürlməsi ilə əlaqədar məhkəməyə müraciət etməyəcək. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi mərhum X3 oğludur. X5 vəfat etmiş və onun birinci növbə vərəsələri isə övladları Ərizəçi və Maraqlı şəxs2dır. Maraqlı şəxs2 isə atasından miras qalmış əmlakdan qardaşı Ərizəçi xeyrinə imtina etmişdir. Ona görədə Ərizəçi ərizə tələbi təmin olunmalı və atası X2 miras qalmış Mingəçevir şəhəri, 5-ci Fazil Əzimov döngəsi, 5A ünvanında yerləşən torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum X1ndan miras qalmış Mingəçevir şəhəri, 5-ci Fazil Əzimov döngəsi, 5A ünvanında yerləşən torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-665/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-665/2022
25.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver