Məhkəmə qərarları › İş №2(051)-668/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-668/2021

27.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-668/2021 27.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxslər X13 və X6 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, Ağdaş rayonun Şıxlı kəndində yerləşən fərdi yaşayış evi və 0.2750 ha torpaq sahəsi mərhum anası Osmanova Zərqələm Ömər qızının mülkiyyətində olmuşdur. X18 06 oktyabr 2006-cı ildə vəfat etmişdir. Hazırda anasından miras qalmış torpaq sahəsi və fərdi yaşayış evindən özü istifadə edir. Bacısı Nahidə və qardaşı Nazim ilə aralarında razılığa gələrək analarından miras qalmış əmlakları o, qəbul etməsi ilə bağlı notariat kontoruna müraciət etmişlər, lakin onlara məhkəməyə müraciət etməyi tövsiyyə olundu. Anasından miras qalmış əmlakları başqa yolla əldə edə bilmir. Buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin olunmasını, anasından miras qalmış Ağdaş rayonun Şıxlı kəndində yerləşən fərdi yaşayış evi və 0.2750 ha torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Maraqlı şəxs X14 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ərizəçi onun bacısıdır. X2, anaları Osmanova Zərxanım Umar qızıdır. X28 1942-ci ildə Böyük Vətən müharibəsində həlak olmuşdur. X18 06 oktyabr 2006-cı ildə vəfat etmişdir. Anasından Ağdaş rayonu Şıxlı kəndində fərdi yaşayış evi və 0,2750 ha torpaq sahəsi miras qalmışdır. Həmin yaşayış evi və torpaq sahəsindən bacısı Ərizəçi istifadə edir, mirası ancaq bacısı Xanım qəbul etmişdir. O, anasından qalmış mirası qəbul etməmişdir, həmin mirasdan pay istəmir, gələcəkdə də bu barədə iddia qaldırmayacaqdır. Maraqlı şəxs X12 da məhkəmə iclasında X10 ifadəsinə uyğun ifadə verərək ərizəçinin onun bacısı olduğunu, anasından qalmış mirası ancaq bacısı Ərizəçi qəbul etdiyini, həmin mirasdan pay istəmədiyini bildirdi. Məhkəmə iclasında şahid kimi ifadə verən X16 ifadəsində Ərizəçi ilə bir kənddə yaşadığını, qonşu olduqlarını, anasından miras qalmış, Ağdaş rayonu Şıxlı kəndində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ərizəçinin istifadə edtiyini bildirdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur. O, Ağdaş rayonu Şıxlı kəndində yaşayır. Ərizəçi də anasından miras qalmış, həmin kənddə yerləşən fərdi yaşayış evində yaşayır və anasından miras qalmış torpaq sahəsindən istifadə edir. Məhkəmə ərizəçini, maraqlı şəxsləri və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li RX seriyalı Çıxarışlardan görünür ki, Ağdaş rayonun Şıxlı kəndində yerləşən fərdi yaşayış evi və Ağdaş rayonun Şıxlı kəndində yerləşən 0.2750 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X5 adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 06 oktyabr 2006-cı ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 11 iyun 1996-cı ildə vəfat etmişdir. İşdə olan Ağdaş rayon hərbi komissarlıqdan verilmiş arayışda göstərilir ki, X15 27.03.1942-ci ildə Böyük Vətən müharibəsində həlak olmuşdur. Əsas BVM-də həlak olanların 1388 №-li kitabı, səh.32 İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun Ərizəçi 17 fevral 2021-ci il tarixli cavab məktubundan görünür ki, onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunumşdur. İşdə olan Ağdaş rayon Qeydiyyat Şöbəsindən verilmiş 20 aprel 2021-ci il tarixli 1076 №-li arayışdan görünür ki, X5 vərəsələri oğlanları X17, X14, qızları X12 və Ərizəçidır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 17 noyabr 1936-cı il təvəllüdlü Ərizəçi, 05 yanvar 1939-cu il təvəllüdlü X14 və 12 mart 2940-cı il təvəllüdlü X8 valideynləri X15 və X9r. İşə əlavə edilmiş X12 və X10 notarial qaydada təstiq edilmiş ərizələrində anaları X5 06 oktyabr 2006-cı il tarixdə vəfat etməsi, analarından miras qalmış Ağdaş rayonun Şıxlı kəndində yerləşən fərdi yaşayış evi və Ağdaş rayonun Şıxlı kəndində yerləşən 0.2750 ha torpaq sahəsinə heç bir iddiaları olmaması, həmin sahədən pay istəməmələri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. İş materialları ilə müəyyən edildi ki, Ərizəçi miras qoyanın qanun üzrə birinci növbəli vərəsəsidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında, müəyyən edildi ki, Ərizəçi anasından miras qalmış Ağdaş rayonun Şıxlı kəndində yerləşən fərdi yaşayış evi və 0.2750 ha torpaq sahəsinə sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, X4 miras qalmış Ağdaş rayonun Şıxlı kəndində yerləşən fərdi yaşayış evi və 0.2750 ha torpaq sahəsinə Ərizəçi sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Ona görə də ərizə təmin olunmalı, X4 miras qalmış, Ağdaş rayonunun Şıxlı kəndində yerləşən fərdi yaşayış evi və 0.2750 ha torpaq sahəsinə vərəsə Ərizəçi tərəfindən sahiblik etməklə qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. X5 mülkiyyətində olan və miras qalmış Ağdaş rayonunun Şıxlı kəndində yerləşən fərdi yaşayış evi və 0.2750 ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar