Məhkəmə qərarları › İş №2(051)-67/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-67/2022

21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-67/2022 21.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və nümayəndəsi (vəkili) Vəkil1 Cavabdeh: Cavabdeh nümayəndəsi (vəkili) X9 iştirakı ilə İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, X5 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini Cavabdeh vəsiyyət etməsi barədə xx.xx.2018-ci il tarixli, 2V-300 saylı vəsiyyətnamənin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, mərhum X10 və X5 uşaqlarıdır. O, uşaq vaxtı Bəydulla Niftəliyev və Lətifə Niftəliyeva tərəfindən övladlığa götürülmüşdür. Bu barədə ona Mingəçevir şəhər VVADQ şöbəsi tərəfindən şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə onun atası kimi X10, anası kimi isə X8 göstərilmişdir. X14 07 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ünvan 2 ünvanda yerləşən 35.03 kv.metr yaşayış sahəsindən ibarət yaşayış evi miras qalmışdır. Bundan sonra o, həyat yoldaşı və anası qeyd olunan evi miras əmlak kimi qəbul etmişlər və orada yaşamışlar. O özü hərbiçi olduğu üçün çox vaxt işdə olmuş və təlimlərə qoşulmuşdur. Elə bundan istifadə edən cavabdeh ona qarşı pis mövqe tutmağa başlamışdır. Belə ki, anası Lətifə Niftəliyeva 01 avqust 2018-ci il tarixdə vəfat edəndən sonra Qənirə ona yaşadıqları və ünvan 1 ünvanda yerləşən evin ona məxsus olduğunu bildirmiş və onların oradan çıxmalarını tələb etmişdir. Bunun səbəbini soruşduqda cavabdeh ona bildirmişdir ki, anası Lətifə evi ona vəsiyyət etmişdir. Daha sonra, yəni 2020-ci ilin sentyabr ayının əvvəllərində, “Vətən Müharibəsi” ərəfəsində Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisindən ona zəng gəlmiş və onu notariat ofisinə dəvət etmişlər. Bir müddət sonra ora gedəndə ona məlum olmuşdur ki, Cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı vərəsəlik hüququ üzrə mübahisələr tələbinə dair iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin 05 mart 2020-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin olunmuşdur. Bundan sonra o, qeyd olunan qətnamə ilə razılaşmamış və apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən apelyasiya şikayəti qismən təmin olunmuşdur. Cavabdeh bilə-bilə ki, o, Bəydulla Niftəliyevin oğludur, işə Mingəçevir Şəhər Məhkəməsində baxılan zaman onu işə cəlb etməmiş və bu halları məhkəmədən gizlətmişdir. Eyni zamanda da anası Lətifə Niftəliyevanın 14 iyul 2018-ci il tarixdə atasından miras qalmış əmlakı cavabdehə vəsiyyət etməsi heç bir məntiqə uyğun gəlmir. Belə ki, anasının son zamanlar psixoloji problemləri var idi. Anasının cavabdehə vəsiyyətnamə verməsi onda cavabdehin anasına təzyiq göstərərək vəsiyyətnaməyə imza etdirməsi barədə kifayət qədər şübhələr yaratmışdır. Anası öz hərəkətlərinin mənasını başa düşmürdü. Eyni zamanda da anası 01 avqust 2018-ci ildə rəhmətə getmişdir. Buradan da belə nəticəyə gəlmək olar ki, cavabdeh anasının xəstə olmasından istifadə edərək 14 iyul 2018-ci il tarixdə anasına təzyiq göstərərək ona vəsiyyətnamə verməsinə nail olmuşdur. Belə olan halda onun cavabdehə vəsiyyətnamə verməsi etibarsızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddiaçı ilə eyni məzmunlu izahat verərək, onun göstərdiyi halları təsdiq etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, Lətifə Niftəliyeva cavabdehin əmisi Bəydulla Niftəliyevin arvadıdır, əmisi vəfat etdikdən sonra tək yaşamışdır. O, iflic olmuş, özünü idarə edə bilmədiyi üçün, təmsil etdiyi şəxs ona baxmışdır. İddiaçı Lətifənin və Bəydullanın qızı Baharın oğludur və Lətifə ilə Bəydulla onu övladlığa götürmüşlər. Lakin Natiq 8 ildir ki, evdən çıxıb getmişdir. Cavabdeh əmisigillə bir həyətdə yaşamışlar. Lətifənin qızı Bahar Türkiyədə yaşadığı üçün valideynlərinin yasında iştirak etməmişdir. İddiaçı Lətifəyə baxmamışdır. Lətifə öldükdən sonra iddiaçı dəfnə gəlmişdir. İddiaçının qardaşı isə mərhum Lətifənin qızıldan protez dişlərini satıb dəfn xərcini vermişdir. Lətifənin ölümündən əvvəl evi təmsil etdiyi şəxsin adına vəsiyyət etmək üçün notariusu çağırmış, qonşuların və bacısı Sevincin iştirakı ilə həmin vəsiyyətnaməni onsuz tərtib etmişlər. Həmin vəsiyyətnaməni qanuni hesab edir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, iddiaçı və cavabdehlə qonşudur. Vəsiyyətnamə tərtib edilən zaman iştirak etmişdir. Həmin vaxt mərhum X8 bir neçə dəfə bildirmişdir ki, əmlakını Qənirəyə vəsiyyət edir. Natiq ora arada gəlirdi. Son zamanlar mərhum Lətifəyə Qənirə qulluq edirdi. Kommunal xərcləri ödəmək üçün mərhum kartını ona vermişdir. Bazarlığı isə yaxındakı mağazadan özü edirdi. Hərəkət məhdudiyyəti olsa da hər hansı əqli geriliyi yox idi. Vəsiyyətnamə tərtib olunan vaxt o, şahid kimi imza etmişdir. Həmin vaxt ucadan oxundu və izah edildi, ondan sonra X8 notariusun və onların yanında vəsiyyətnaməyə imza əvəzinə adını yazmışdır. . Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, iddiaçı və cavabdehlə qonşudur. Qənirə ona yaxınlaşaraq bildirmişdir ki, Lətifə xala narahat olduğundan vəsiyyətnamə verir. Ona görə də gəlib ona şahid durmasını xahiş etmişdir. Mərhum Lətifə həmin vəsiyyətnaməni verən zaman orada olmuş və vəsiyyətnaməyə imza etmişdir. Lətifə vəsiyyətnaməyə imza əvəzinə adını yazmışdır. Həmin vaxt notarius da onlara vəsiyyətnamədə yazılanları izah etmişdir. Həmin vaxt X8 ağlı başında normal vəziyyətdə olmuşdur. Ona heç kim təsir göstərməmişdir. Əksinə, özü həmişə evi Qənirəyə verəcəyini demişdir. Məhkəmə iddianın dəlillərini, tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşdə olan DƏDRX-dən olan çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 35.03 kv.m sahədən ibarət fərdi yaşayış evi X7 mülkiyyətində olmuşdur. İşdə olan xx.xx.2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, X8 ölən günə kimi ona məxsus olan bütün əmlaklarını, o cümlədən istənilən daşınar və daşınmaz əşyalarını ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh vəsiyyət etmişdir. İşdə olan DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 95.11 kv.m hissəsi , torpaq sahəsi isə tam Cavabdeh mülkiyyətindədir. İşdə olan Gəncə Şəhər Psixonevroloji Dispanserinin məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X5 2017-ci ilin iyul ayından sonrakı dövrdə psixi vəziyyəti haqqında hər hansı məlumat olmadığından, məhkəmə tərəfindən qoyulmuş suallara cavab vermək mümkün olmamışdır İş üzrə keçirilmiş əlavə Məhkəmə Psixiatirik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ekspertinin xx.xx.2022-ci il tarixli, 972 saylı rəyində isə ekspert qarşısında qoyulmuş suallara Lətifə Niftəliyevaya xx.xx.2021-ci il tarixdə qoyulmuş “Kəskin beyin-qan dövranının pozğunluğu. Beyin körpüsünün işemik tip insultu. Sol beyin yarımkürəsi işemik insultdan sonrakı vəziyyəti. Sağ tərəfin hemiparezi” diaqnozu əsasında “mərhum X1 yaranmış pozuntu nəticəsində psixi vəziyyətində dəyişikliklər, koqnitiv funksiyaların zəifləməsi və yaddaş pozuntuları qeyd edilə bilərdi”, “bu zaman öz hərəkətlərinin mənasını başa düşməyə və öz hərəkətlərini idarə etmək iqtidarında olmaya bilərdi” və “diaqnozda göstərilən xəstəlikdən əziyyət çəkdiyi halda, xx.xx.2018-ci il tarixdə, 2V-300 reyestr nömrəli vəsiyyətnaməni verdiyi zaman öz hərəkətlərini başa düşməyə və onlara rəhbərlik etməyə bilərdi” şəklində cavablar verilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-1773/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Mingəçevir Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna qarşı vərəsəlik hüququ üzrə mübahisələr tələbinə dair iddiasının X6 miras qalmış ünvan 5 ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız X8 tərəfindən qəbul edilməsi, X4 miras qalmış ünvan 5 ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız Cavabdeh tərəfindən qəbul edilməsinin müəyyən olunması, həmin əmlaka bütöv şəkildə Cavabdeh adına vərəsəlik hüququna dair şəhadətnamə verilməsi hissəsi qismən təmin edilmiş, X6 miras qalmış ünvan 5 ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi X8 tərəfindən qəbul edilməsi, X4 miras qalmış ünvan 5 ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi Cavabdeh tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. Beləliklə, Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Beydulla Niftəliyev və Lətifə Niftəliyevin qanun üzrə 1-ci dərəcəli vərəsəsidir. Beydulla Niftəliyevdən qalan mirası qanun üzrə vərəsələr-Lətifə Niftəliyeva ilə İddiaçı qəbul etmişlər. X16 ölümündən bir müddət öncə bir sıra xəstəliklərdən əziyyət çəkmiş, yataq xəstəsi olmuş, bu müddətdə ona qaynının qızı Cavabdeh qulluq göstərmişdir. Buna görə də, o öz əmlakını Cavabdeh vəsiyyət etmək qərarına gəlmiş və bunu notariusun iştirakı ilə həyata keçirmişdir. Məhkəmə araşdırması zamanı, etibarsız hesab edilməsi tələb edilən Mingəçevir Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoru (ofisi) vasitəsilə verilmiş xx.xx.2018ci il tarixli 2V-300 nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədi. İş materiallarından da göründüyü kimi vəsiyyətnamə tərtib edilərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə tam riayət edilmişdir. X2 vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi də iş materialları ilə sübut olunmur. Belə ki, iş üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli məhkəmə-psixiatrik ekspertizasının rəyində göstərilmişdir ki, X5 2017-ci ilin iyul ayından sonrakı dövrdə psixi vəziyyəti haqqında hər hansı məlumat olmadığından məhkəmə tərəfindən qoyulmuş suallara cavab vermək mümkün deyil. İş üzrə keçirilmiş əlavə məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 972 saylı rəyində isə ekspert qarşısında qoyulmuş suallara Lətifə Niftəliyevaya xx.xx.2017-ci il tarixdə qoyulmuş “Kəskin beyin-qan dövranının pozğunluğu. Beyin körpüsünün işemik tip insultu. Sol beyin yarımkürəsi işemik insultdan sonrakı vəziyyəti. Sağ tərəfin hemiparezi” diaqnozu əsasında “mərhum X1 yaranmış pozuntu nəticəsində psixi vəziyyətində dəyişikliklər, koqnitiv funksiyaların zəifləməsi və yaddaş pozuntuları qeyd edilə bilərdi”, “bu zaman öz hərəkətlərinin mənasını başa düşməyə və öz hərəkətlərini idarə etmək iqtidarında olmaya bilərdi” və “diaqnozda göstərilən xəstəlikdən əziyyət çəkdiyi halda, xx.xx.2018-ci il tarixdə, 2V-300 reyestr nömrəli vəsiyyətnaməni verdiyi zaman öz hərəkətlərini başa düşməyə və onlara rəhbərlik etməyə bilərdi” şəklində cavablar verilmişdir. Sonuncu ekspert rəyindən göründüyü kimi, X5 xx.xx.2018-ci il tarixdə, 2V-300 reyestr nömrəli vəsiyyətnaməni verdiyi zaman psixi vəziyyəti ilə bağlı suallar Lətifə Niftəliyevaya xx.xx.2017-ci il tarixdə qoyulmuş diaqnozda qeyd edilən xəstəliklərin xx.xx.2018-ci il tarixdə də mövcud olması ehtimalı nəzərə alınmaqla, ehtimal kimi də cavablandırılmışdır. Həmin ekspert rəyində ekspert qarşısına qoyulmuş “X8 14 iyul 2018-ci il tarixdə fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilərdimi” sualının Lətifə Niftəliyevanın həmin tarixdə ekspert tərəfindən müayinə edilmədiyindən cavablandırılmasının mümkün olmadığının qeyd edilməsini, həmçinin rəydə Lətifə Niftəliyevanın psixi vəziyyəti ilə bağlı suallara qəti cavab verilməməsini nəzərə alan Məhkəmə qeyd edilən ekspert rəyini X5 xx.xx.2018-ci il tarixdə, 2V-300 reyestr nömrəli vəsiyyətnaməni verdiyi zaman hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyini təsdiq edən sənəd kimi qiymətləndirmir. Əksinə, Lətifə Niftəliyevanın xx.xx.2018-ci il tarixdə, 2V-300 reyestr nömrəli vəsiyyətnaməni verdiyi zaman öz hərəkətlərini başa düşməməsi digər sübutlarla təkzib edilir. Belə ki, vəsiyyətnamənin tərtib edilməsində iştirak etmiş şahidlərin hazırki iş üzrə verdikləri ifadələrlə müəyyən edilir ki, vəsiyyətnamə tərtib edilərkən X8 tam anlaqlı olmuş, öz iradəsini aydın şəkildə ifadə edərək, ölən günə kimi ona məxsus olan bütün əmlakını Cavabdeh vəsiyyət etmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, ekspert rəyində Lətifə Niftəliyevaya xx.xx.2021-ci il tarixdə qoyulmuş diaqnoz əsasında qeyr-qəti fikir yürüdülsə də, onun xx.xx.2017-ci il tarixdə xəstəxanadan kafi vəziyyətdə evə yazıldığı nəzərə alınmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Lətifə Niftəliyevayanın psixi problemlərinin olması ətrafdakılar tərəfindən aydın sezilə bilən olardı ki, bununla bağlı onun ölümünə qədər ailə üzvləri və digər qohumları tərəfindən müəyyən tibbi, eyni zamanda hüquqi prosedurlar başlanıla bilərdi. Eyni zamanda vəsiyyətnamə tərtib edilərkən notariusun X5 öz hərəkətinin mənasını başa düşə və öz hərəkətini idarə edə bilmədiyini hiss etməməsi də inandırıcı deyil. Belə ki, notarius notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olan şəxsdir. Notariat haqqında Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinə əsasən Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 3 ildən az olmayaraq iş stajına, mənəvi keyfiyyətlərə və peşə biliklərinə malik Azərbaycan Respublikasının vətəndaşı notarius ola bilər. İş materiallarından görünür ki, vəsiyyət edən X5 xəstəliyi ilə əlaqədar notariat kontoruna gələ bilməməsinə görə notarius X5 yaşadığı yerə dəvət olunmuşdur. X3 olduğundan vəsiyyətnaməni şahidlərin iştirakı ilə texniki vasitədən istifadə etməklə notarius özü tərtib etmiş, vəsiyyətnaməni özü və başqa şəxs imzalamışdır. Vəsiyyət şahidləri vəsiyyətnamənin tərtib edilməsində iştirak etmələrinə dair vəsiyyətnaməyə imza etmişlər. Vəsiyyət şahidləri yetkinlik yaşına çatmış, onların fəaliyyət qabiliyyəti olmayan sayılmaları müəyyən edilməmiş, həmçinin şahidlər arasında vəsiyyət üzrə vərəsə Cavabdeh yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, əri olmamışdır. Buradan da görünür ki, tərtib edilərkən vəsiyyətnamənin formasına tam riayət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1166-cı maddəsində göstərilir ki, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsində qeyd olunur ki, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Mülki Məcəllənin 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Mülki Məcəllənin 1182-ci maddəsinə görə əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Mülki Məcəllənin 1183.2-ci maddəsinə görə kor və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır. Mülki Məcəllənin 1184-cü maddəsində göstərilir ki, Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Mülki Məcəllənin 1188-ci maddəsində qeyd olunur ki, vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. Mülki Məcəllənin vəsiyyətnamınin etibarsızlığını nəzərdə tutan 1225-ci maddəsində göstərilir ki, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.(1225.1) Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır.(1225.2) Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. (1225.3) İddia ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əqdlərin etibarsızlığı və vəsiyyətnamənin forması ilə bağlı bir sıra maddələrinə istinad edilməklə, iddia tələbində haqlı olduğu göstərilsə də, məhkəmə araşdırması zamanı vəsiyyətnamə tərtib edilərkən qeyd edilən maddələrin tələblərinin pozulması halı müəyyən edilmədi. Mülki Məcəllənin 339-cu maddəsi qarşılıqlı bağlanmış əqdlərlə bağlı etibarsızlıq hallarını müəyyən etdiyindən, Məhkəmə qeyd edir ki, həmin maddə birtərəfli əqdlərə şamil edilmir. Qeyd edilənlərdən başqa işə əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-1773/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Mingəçevir Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna qarşı vərəsəlik hüququ üzrə mübahisələr tələbinə dair iddiasının X6 miras qalmış ünvan 5 ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız X8 tərəfindən qəbul edilməsi, X4 miras qalmış ünvan 5 ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi yalnız Cavabdeh tərəfindən qəbul edilməsinin müəyyən olunması, həmin əmlaka bütöv şəkildə Cavabdeh adına vərəsəlik hüququna dair şəhadətnamə verilməsi hissəsi qismən təmin edilmiş, X6 miras qalmış ünvan 5 ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi X8 tərəfindən qəbul edilməsi, X4 miras qalmış ünvan 5 ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsinin miras əmlak kimi Cavabdeh tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. Qeyd edilən qətnamənin çıxarıldığı mülki iş üzrə Məhkəmə hazırki işin predmetini təşkil edən xx.xx.2018-ci il tarixli 2V-300 nömrəli vəsiyyətnaməni sübut kimi qəbul etmiş, həmin vəsiyyətnamə işin hüquqi əsasını təşkil etmişdir. Belə ki, digər sübutlarla yanaşı, qeyd edilən vəsiyətnaməyə də qiymət verən Şəki Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə X8 ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən daşınar və daşınmaz əmlakını ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh vəsiyyət etmişdir. X8 01 avqust 2018-ci ildə ölmüş, vərəsəlik açılmış, ondan miras qalmış ünvan 5 ünvanında yerləşən 35.03 kv.metr sahədən ibarət yaşayış sahəsi vəsiyyət üzrə vərəsəlik qaydasında Cavabdeh tərəfindən qəbul edilmiş, onun vərəsəsi olan məcburi pay hüququna malik oğlu- İddiaçı Beydulla oğlu da mirası qəbul etmişdir. İddiaçı Beydulla oğlu qeyd edilən iş üzrə birinci instansiya məhkəməsində işin baxılmasında iştirak etməmiş, apellyasiya şikayətini işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunduğu üçün digər şəxs kimi vermişdir. Apellyasiya məhkəməsində iştirak etməklə İddiaçı Beydulla oğlunun iş üzrə statusu dəyişmiş, o, işdə iştirak edən şəxs statusu əldə etmişdir. Göründüyü kimi, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)- 1773/2020 saylı qətnaməsində X5 ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən daşınar və daşınmaz əmlakını ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh vəsiyyət etməsi işin faktiki halı kimi İddiaçı iştirakı ilə keçirilmiş məhkəmə iclasında müəyyən edilmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verməmişdir. Azərbaycan Respublikasının Mülki-prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Göründüyü kimi, 2(107)-1773/2020 saylı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi qeyd edilən vəsiyyətnaməni etibarlı sənəd kimi qəbul etmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı X5 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini Cavabdeh vəsiyyət etməsi barədə xx.xx.2018-ci il tarixli, 2V-300 saylı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar