Məhkəmə qərarları › İş №2(051)-673/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-673/2021

26.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-673/2021 26.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Ərizəçinn qəyyum təyin edilməsi tələbinə dair ərizəsinə məhkəmə iclasından kənar qaydada baxaraq, Müəyyən etdi: Ərizəçi qəyyum təyin edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı təyin edir. Ona görə də məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim ərizəni qəbul etməkdən imtina edir. Həmçinin, ərizəçiyə izah edilməlidir ki, həmin tələblə qəyyumluğa ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım : Ərizəçi ərizəsinin qəbul olunmasından imtina edilsin. Ərizəçi qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqana müraciət etməli olması izah olunsun. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar