Məhkəmə qərarları › İş №2(051)-674/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-674/2021

27.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-674/2021 27.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X3, Cavabdeh1 və Cavabdeh4 qarşı mənzilə köçürülmə tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, X3, Cavabdeh1 və Cavabdeh4 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Ağdam rayonun Salahlı kəndindən məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşmışdır. 02 aprel 2012-ci ildə Cavabdeh1 ilə ailə qurmuşdur. Birgə nikahlarından 22.04.2014-cü il təvəllüdlü Nuray və 31.05.2016-cı il təvəllüdlü Məhəmməd adlı iki nəfər uşaqları olmuşdur. Cavabdeh Ramil Musatafayev ailə üzvləri ilə birlikdə Mingəçevir şəhər 16 saylı məktəbdə məskunlaşmışlar, Ramillə ailə qurduqdan sonra o da onlarla birlikdə 16 №-li məktəbdə məskunlaşıb yaşamışdı. Mingəçevir şəhəri H.Əliyev prospektində məcburi köçkünlər üçün tikilmiş evlərdən 10 № li evin 5 № li mənzili 2014-cü ildə onun və cavabdehlərin istifadəsinə verilmişdir. 2020-cı ilin aprel ayında Cavabdeh1lə münasibətləri pozulmuş və onu evdən qovmuşdur. Hazırda övladları ilə birlikdə valideynlərinin yanında müvəqqəti yaşayır, lakin onların da ailə üzvləri çox olduğundan bir evdə yaşamaq mümkün deyil. Kirayədə yaşamağa da maddi imkanı yoxdur. O, uşaqları ilə birlikdə istifadəsinə verilmiş mənzilə köçüb orada yaşamaq istəyir. Hesab edir ki, onun mübahisəli mənzildə yaşamaq hüququ vardır. Ona görə də iddianın təmin olunmasını, onu uşaqları ilə birlikdə Mingəçevir şəhəri H.Əliyev prospektində məcburi köçkünlər üçün tikilmiş 504 mənzilli yaşayış qəsəbəsindəki 10 № li evin 5 № li mənzilinə köçürlüməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının onun oğlu Ramil ilə ailə münasibətləri pozulmuş, aralarındakı nikah ləğv edilmişdir. Artıq onların bir mənzildə yaşamaqları mümkün deyil. Bundan əlavə son illər ailə üzvlərinin sayı çoxalmışdır. Mənzil iddiaçının da uşaqları ilə birlikdə köçüb yaşamaları üçün çox darısqaldır. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Cavabdeh X3 məhkəmə iclasında iddianı qəbul etmədi və eyni məzmunda izahat verərək iddiaçı ilə bir mənzildə yaşamaqları mümkün olmadığı üçün iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru X6 ilə Cavabdeh2 arasında bağlanmış 455 № li 2013-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 10 № li evin 5 № li mənzili Ə.Mustavayevin və onun ailə üzvlərinin-arvadı X3, oğlanları Cavabdeh1, Cavabdeh4 və gəlini İddiaçı istifadəsinə verilmişdir. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasındakı nikahın pozulması 27 oktyabr 2020-ci ildə qeydə alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 22.04.2014cü il təvəllüdlü Nuray, 31.05.2016-cı il təvəvllüdlü Məhəmməd adlı uşaqların valideynləri Cavabdeh1, X2r. İşdə olan 1 saylı MKİS-dən verilmiş 198 № li 09 aprel 2021-ci il tarixli arayışdan görünür ki, Ağdam rayonundan olan İddiaçı məcburi kökünlər üçün salınmış 504 mənzilli yaşayış qəsəbəsindəki 10 №-li evin 5 №-li mənzilində yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər Ağdam rayonundan olan məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşmışlar. İddiaçı Cavabdeh1 ilə 02 aprel 2012ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Mübahisəli mənzil-Mingəçevir şəhəri H.Əliyev prospektində qaçqın və məcburi köçkünlər üçün salınmış 504 mənzilli yaşayış qəsəbəsindəki 10 № li evin 5 № li mənzili Cavabdeh2lə kirayə müqaviləsi bağlanmaqla Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh2 və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. Sonradan aralarındakı ailə münasibətləri, iddiaçı ilə Cavabdeh1 arasındakı nikah pozulduğuna görə cavabdehlər iddiaçının həmin mənzildə yaşamasına razı deyil. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1 və 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Mənzil Məcəlləsinin 96-cı maddəsinə görə məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçının məcburi köçkün kimi onun və ailə üzvlərinin istifadəsinə verilmiş mübahisəli mənzilə istifadə hüququ vardır və o, azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia təmin olunsun. İddiaçı 22.04.2014-cü il təvəllüdlü Nuray və 31.05.2016-cı il təvəvllüdlü Məhəmməd adlı uşaqları ilə birlikdə Mingəçevir şəhəri H.Əliyev prospektində Qaçqın və Məcburi köçkünlər üçün salınmış 504 mənzilli yaşayış qəsəbəsindəki 10 № li evin 5 № li mənzilinə köçürülsün . Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar