Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-675/2021 16.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi hüquqi varisi X2 etibarnamə üzrə nümayəndəsi və vəkili X11 iştirakı ilə, «Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum X3 miras qalmış ünvan 1 ünvanda yerləşən əmlakın yalnız onun tərəfindən bütöv şəkildə qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 25.02.2021-ci ildə vəfat etdiyinə görə onun qızı X6 hüququ varisi kimi işə cəlb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 58-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi hüquqi varisi X2 etibarnamə üzrə nümayəndəsi və vəkili X17 məhkəmə iclasında tələbini müdafiə edərək izahatında göstərmişdir ki, miras qoyan X12 Ərizəçi əridir. Onlar arasındakı nikah 1972-ci ildə bağlanmışdır. Onların birgə evliyiyindən 4 nəfər uşaqları olmuşdur. X12 18 fevral 2017-ci ildə vəfat etmişdir. X1 mərhum əri X5 ünvan 1 ünvanda yerləşən 42,89 kv metr sahədən ibarət ev miras qalmışdır. Yaşayış evində mərhum Ərizəçi yaşamışmərhum ərinin miras əmlakı mərhum Ərizəçi sahibliyində və idarəçiliyində olmuşdur. Digər vərəsələr mirası qəbul etmədiklərini atalarından qalan qalan mirasın mərhum Ərizəçi adına keçməsinə razıdırlar. Bunanla bağlı aralarında heç bir mübahisə yoxdur. Ona görə də mərhum X3 miras qalmış ünvan 1 ünvanda yerləşən əmlakın yalnız Ərizəçi tərəfindən bütöv şəkildə qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçinin vəkilinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 16 fevral 2017-ci il-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontorunun xüsusi notariusu Elxan Hüseynov 31 avqust 2020-ci il tarixli 1064 saylı məktubundan görünür ki, “Miras açıldıqdan müəyyən edilən müddət keçdikdən sonra mirasın qəbuluna yol verilmir” və bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşə əlavə olunmuş Qeydiyyat Vəsiqəsində görünür ki, Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ümumi sahəsi 42,89 kvm ibarət olan ev 11, mənzil 23 saylı yaşayış mənzili şəxsi mülkikyyət hüququ əsasında X8 adına qeydə alınmışdır. İşə əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/Q- 110/15 saylı 19 fevral 2021-ci il tarixli məktubdan görünür ki, X8 adına Mingəçevir “ASAN XİDMƏT” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən 18.02.2017-ci il tarixli 101 saylı ölüm haqqında akt qeydi tərtib olunmuş, sonuncu yaşayış yeri olaraq Mingəçevir şəhəri M.Ə.Rəsulzadə qeyd edilmişdir. İşə əlavə olunmuş X9 notariat kontoruna ünvanladığı ərizəsindən görünür ki, anası Ərizəçi 25.02.2021-ci il tarixdə vəfat etmişdir. O, mirasdan imtina etdiyini bildirdi. Miras Mingəçevir şəhərində yerləşən mənzildən və qızıl-zinət əşyalarından ibarətdir. İşə əlavə olunmuş X9 notariat kontoruna ünvanladığı ərizəsindən görünür ki, anası Ərizəçi 25.02.2021-ci il tarixdə vəfat etmişdir. O, mirasdan imtina etdiyini bildirdi. Miras Mingəçevir şəhərində yerləşən mənzildən və qızıl-zinət əşyalarından ibarətdir. İşə əlavə olunmuş Rüstəmov Taleh SAüleyman oğlunun notariat kontoruna ünvanladığı ərizəsindən görünür ki, anası Ərizəçi 25.02.2021-ci il tarixdə vəfat etmişdir. O, mirasdan imtina etdiyini bildirdi. Miras Mingəçevir şəhərində yerləşən mənzildən və qızılzinət əşyalarından ibarətdir. İşə əlavə olunmuş X10 notariat kontoruna ünvanladığı ərizəsindən görünür ki, anası Ərizəçi 25.02.2021-ci il tarixdə vəfat etmişdir. O, mirasdan imtina etdiyini bildirdi. Miras Mingəçevir şəhərində yerləşən mənzildən və qızıl-zinət əşyalarından ibarətdir. İşə əlavə olunmuş X12 tərəfindən məhkəməyə təqdim olumuş ərizədən görünür ki, o, anası Ərizəçi atası X5 miras qalmış ünvan 2 ünvanda yerləşən əmlakın yalnız onun tərəfindən qəbul edilməsinin və miras əmlaka bütöv şəklildə iddia qaldırığını qeyd etmişdir. Bildirir ki, onun atası 16 fevral 2017-ci ildə vəfat etmişdir. Atasında Mingəçevir şəhəri Rəsulzadə küçəsi ev 11, mənzil 23 yerləşən ev qalmışdır. O, mirası qəbul etmədiyini həmin mənzilin anası Ərizəçi adına miras əmlak qaydasında keçirilməsinə razıdır. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, ərizəçi mərhum Ərizəçi mərhum X8 arvadıdır. X12 vəfat etmiş və onun vərəsələri Ərizəçi, X13, X14 və X15 və X4r. Lakin digər vərəsələr X13, X14 və X15 mirasdan notarial qaydada imtina etmişlər. Ona görədə mərhum Ərizəçi ərizə tələbi təmin olunmalı və X5 miras qalmış Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ümumi sahəsi 42,89 kvm ibarət olan ev 11, mənzil 23 miras əmlak kimi qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Mərhum Ərizəçi mərhum əri X5 miras qalmış Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ümumi sahəsi 42,89 kvm ibarət olan ev 11, mənzil 23 miras əmlak kimi yalnız onun tərəfindən bütöv şəkildə qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-675/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-675/2021
16.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver