Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-678/2021 28.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ İş № 2(051)-678/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ 28 aprel 2021-ci il Mingəçevir şəhəri Mingəçevir Şəhər Məhkəməsi Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi etibarnamə üzrə nümayəndəsi X1 və Maraqlı şəxs rəisi Sevinc Hüseynovanın iştirakı ilə, Ərizəçi: X2 «Doğum akt qeydinə düzəliş edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 12 iyul 1960-cı il tarixli, 115 saylı doğum haqqında akt qeydinə düzəliş edilərək adının Səadət kimi qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında izahatında göstərmişdir ki, o xx xxx 1960-cı il tarixdə Şəmkir rayonnun Qılıncbəyli kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnamə itirildiyindən onun dublikatınının verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Həmin zaman məlum olmuşdur ki, onun adı doğum haqqında akt qeydində “Səadət” deyil “Sadə” kimi qeyd olunmuşdur. Halbu ki, ona verilən doğum haqqında şəhadətnamədə eyni zamanda hazırda şəxsiyyət vəsiqəsində və ümumiyyətlə bugünədək ona məxsus bütün sənədlərdə adı “Səadət” kimi qeyd olunmuşdur. Məhz bu səbəbdən tərəfindən Maraqlı şəxsnə 02.12.2020-ci il tarixdə müraciət edilərək 12 iyul 1960-cı il taixli, 115 saylı doğum haqqında akt qeydində düzəliş edilməsi xahiş olunmuşdur. 03 dekabr 2020-ci il tarixli məktubla ərizəsinin təmin edilməsindən imtina olunmuşdur. Buna görə də, 12 iyul 1960-cı il tarixli, 115 saylı doğum haqqında akt qeydinə düzəliş edilərək ərizəçinin adının Səadət kimi qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs rəisi Sevinc Hüseynova ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ərizəçinin və onun etibarnamə üzrə nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin halları ilə müəyyən olunur ki, tələb olunan faktın müəyyən olunması ilə bağlı mübahisə yoxdur. Ərizəçi hüquqi əhəmiyyətli olan faktını başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcuddur. Ona görə də ərizəçinin tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: Ərizəçinin tələbi təmin edilsin. Ərizəçi 12 iyul 1960-cı il tarixli, 115 saylı doğum haqqında akt qeydinə düzəliş edilərək adı “Səadət” kimi qeyd edilsin. Qətnamə akt qeydində müvafiq dəyişiklik edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-678/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-678/2021
28.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver