Məhkəmə qərarları › İş №2(051)-679/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-679/2025

08.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-679/2025 08.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi: Ərizəçi nümayəndəsi (vəkili) Vəkil Maraqlı şəxs rəisi X5 iştirakı ilə Ərizəçi doğum qeydi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasının İcevan rayonunun Haqqıxlı kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilməsi, ata adının X8, ana adının X3 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçinin nümayəndəsi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası İcevan rayonunun Haqqıxlı kəndində doğulmuşdur. X2, anası X3 olmuşdur. Doğumu qeydə alınmış və təmsil etdiyi şəxsə doğum haqqında şəhadətnamə verilmişdir. Məlum hadisələrlə bağlı yaşadıqları yerdən qaçqın düşərkən naməlum səbəblərdən doğum şəhadətnaməsini itirmişdir. Təmsil etdiyi şəxsə şəxsiyyət vəsiqəsi verilmiş və həmin vəsiqədə doğum tarixi düzgün olaraq xx.xx.1964-cü il yazılmışdır. Doğumun qeyd edilməsi faktının müəyyən edilməsi üçün Maraqlı şəxsnə müraciət edilsə də, xahiş təmin edilməmiş və bu barədə xx.xx.2025-ci il tarixli 3-16-5/7-16-821/2025 nömrəli imtina məktubu verilmişdir. Təmsil etdiyi şəxsin anası X3 xx.xx.2009-cu ildə, X2 xx.xx.2016-cı il tarixdə vəfat etmişlər. Odur ki, ərizənin təmin olunması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs rəisi X9 məhkəmə iclası zamanı qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş xx.xx.1958-ci il tarixdə doğulmuş X12 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır. Həqiqətən, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası İcevan rayonunun Haqqıxlı kəndində doğulmuşdur. Doğumu qeydə alınmış və doğum haqqında şəhadətnamə verilmişdir. Məlum hadisələrlə bağlı yaşadıqları yerdən qaçqın düşərkən doğum haqqında şəhadətnaməsi yoxa çıxmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş xx.xx.1959-cu il tarixdə doğulmuş X13 ifadəsində göstərdi ki, ərizəçi onun qaynıdır. Ərizəçinin bacısı X12 onun arvadıdır. Ərizəçini uşaqlıqdan tanıyır. Səlmi ilə də sinif yoldaşı olmuşdur. Balaca qardaşları şəhid olmuşdur. X1 da Səlminin qardaşı, həmçinin eyni kənddən olduğu üçün yaxından tanımışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxslərin izahatlarını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslıdır. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X3 arasında xx.xx.1956-cı il tarixdə Ermənistan SSR-nin İcevan rayonunda rəsmi nikah bağlanmışdır. İşdə olan şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3 xx.xx.2009cu il tarixdə, X8 xx.xx.2016-cı tarixdə vəfat etmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə doğulmuş X4 anası X3, X2dur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən Vəkil ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, onun xx.xx.1964-cü il tarixdə Ermənistan, İcevan rayonu (Karvansaray rayonu), Haqqıxlı kəndində anadan olmuş Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi haqqında Maraqlı şəxsnə daxil olmuş sorğusuna baxılmışdır. Bildirilmişdir ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəanın 14cü bəndinə əsasən, itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəanın 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Odur ki, doğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilmədiyi üçün xahişinin təmin edilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məsələyə aydınlıq gətirdikdən sonra doğum haqqında şəhadətnamənin verilməsi məsələsinə baxıla bilməsi qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, Ərizəçi, X2, anası X3 olmaqla xx.xx.1964-cü il tarixdə Ermənistan SSR-nin, İcevan rayonu (Karvansara rayonu), Haqqıxlı kəndində doğulmuş, onun doğumu müvafiq orqanlar tərəfindən qeydiyyata alınmış, doğum haqqında şəhadətnamə verilmiş, lakin həmin sənəd itirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM–in 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3–cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktını müəyyən edə bilər. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə doğum haqqında şəhadətnamənin itirilməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsində göstərilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi X2, anası X3 olmaqla xx.xx.1964-cü il tarixdə Ermənistan SSR-nin, İcevan rayonu (Karvansara rayonu), Haqqıxlı kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307-311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi X2, anası X3 olmaqla, xx.xx.1964-cü il tarixdə Ermənistan SSR, İcevan rayonu (Karvansara rayonu), Haqqıxlı kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Ərizəçi doğumun qeyd edilmə faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin doğumunun qeyd edilməsi və doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar