Məhkəmə qərarları › İş №2(051)-68/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-68/2022

24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-68/2022 24.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yolun açılması tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yolun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı onun anasıdır. Mingəçevir şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 52/1 №li qərarına əsasən Mingəçevir şəhəri “Mingəçevir kəndi” adlanan ərazidən anası İddiaçı faktiki istifadəsində olan 0.07 ha torpaq sahəsi anasının mülkiyyətinə verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinə, yəni 0.07 ha əraziyə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli mülkiyyət sənədi çıxarışı almışdır. Lakin iddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsində heç bir tikinti işləri apara bilmir. Belə ki, iddiaçı ilə qonşuluqda torpaq sahəsi olan və fərdi mənzil tikib yaşayan Cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolunu hasara alaraq bağlamışdır. İddiaçı dəfələrlə cavabdehdən xahiş etməsinə baxmayaraq, Cavabdeh qəsdən yolu açmır. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.07 ha torpaq sahəsinin yolunun açılmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0.07 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2022-ci il tarixli, 10/4611 №-li rəyində göstərilir ki, ünvan 1 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun Cavabdeh tərəfindən tutulduğu və həmin torpaq sahəsinə başqa istiqamətdən giriş-çıxış yolunun nəzərdə tutulmadığı və ya açılmasının mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı tələbində mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışın məhdudlaşdırılmasını bildirərək, mülkiyyətində olan həmin torpaq sahəsinə giriş-çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə tutmuş olduğu torpaq sahəsinin onun mülkiyyətində olması ilə bağlı heç bir sənəd təqdim etməmiş, ona məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışı bağlamaqla onun mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.07 ha torpaq sahəsinə Cavabdeh tərəfindən bağlanmış giriş-çıxış yolu açılmalıdır. İş üzrə ekspertiza xərci olan 50 manat Cavabdeh alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. ünvan 1 ünvanda yerləşən, İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsinə Cavabdeh tərəfindən tutulmuş giriş-çıxış yolu açılsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Cavabdeh alınıb aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilsin. Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu 3, Ekspertiza xərci SAP (XİİS) hesabı, X4 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, HESAB AZ34CTRE******************** Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar