Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-685/2021 20.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, xx xxxx 1957-ci ildə Tovuz rayonunda anadan olub. Hazırda ailəsi ilə birlikdə ünvan 1 ünvanda yerləşən 0.05 ha torpaq sahəsini mərhum X4 alqı-satqı yolu ilə almaq istəmiş, lakin notariusda rəsmiləşdirmə zamanı onlara aydın olmuşdur ki, həmin torpaq sahəsi bələdiyyə torpağıdır və 5 il ərzində alqısatqısı mümkün deyil. Onlar öz aralarında şifahi razılığa gələrək həmin torpağın pulunu mərhum X8 ödəmişdir. X22 xx.xx.2016-cı ildə ona həmin torpaq sahəsi ilə bağlı notarial qaydada təsdi olunmuş vəsiyyətnamə vermişdi. Mərhumla normal münasibətləri olub, aralarında heç bir mübahisə və ya narazılıq olmayıb. X14 2018-ci ildə vəfat etmişdir. 2016-cı ildən Mingəçevir şəhəri 6-cı Bağ küçəsi 9A ünvanda yerləşən 0.05 ha torpaq sahəsinin faktiki olaraq sahibidir. Həmin torpaq sahəsini öz ailə üzvlərilə birgə müxtəlif ağaclar əkib bağ kimi istifadə edirlər. Torpağı öz adına sənədləşdirmək üçün Mingəçevir şəhər Regional Asan Xidmət mərkəzində Notariat ofisinə və Reyestr xidmətinə müraciət etmiş, ona mirasın qəbul edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ərizənin təmin olunmasını, mərhum X4 miras qalmış Mingəçevir şəhəri 6-cı Bağ küçəsi 9A ünvanda yerləşən 0.05 ha torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, ərizəçi ilə iş yoldaşı, həm də bağ qonşusudur. 5-6 il olar ki, Mingəçevir şəhəri 6-cı Bağ küçəsi 9A ünvanda yerləşən 0.05 ha torpaq sahəsinə Ərizəçi sahiblik edir, həmin torpaq sahəsində onun işlədiyini, ağaclara qulluq etdiyini görür. X3 məhkəmə iclasında ifadəsində şahid Qadir Bağıyevin ifadəsinə oxşar ifadə verdi. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li RX seriyalı Çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X6 adına xx.xx.2016-cı ildə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş xx xxxx 2016-cı il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Mingəçevir şəhəri Ə.Vahid küçəsi, 4/1 №-li evin 67 №-li mənzilində yaşayan X2 şəhəri 6-cı Bağ küçəsi 9A ünvanda yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsini ünvan 3 №-li evin 13 №-li mənzilində qeydiyyatda olan Ərizəçi vəsiyyət etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxxxx 2018-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx xxxxxx 1993-cü ildə vəfat etmişdir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun Ərizəçi xx xxxxxx 2021-ci il tarixli cavab məktubundan görünür ki, onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunumşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 05/Q- 90/15 №-li arayışdan görünür ki, X7 vərəsələri oğlanları X16, X17, qızları X20 qızı, X21 qızı və X23 qızı qızıdır. İşə əlavə edilmiş X17, X20 qızı, X21 qızı və X23 qızının notarial qaydada təstiq edilmiş ərizələrində ataları X6 xx xxxxxx 2018-ci il tarixdə vəfat etməsi, atalarının xx xxxx 2016-cıil tarixdə Ərizəçi vəsiyyət etdiyi Mingəçevir şəhəri 6-cı Bağ küçəsi 9A ünvanda yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinə heç bir iddiaları olmaması, həmin sahədən pay istəməmələri göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında, müəyyən edildi ki, ərizəçi N.X1 miras qalmış Mingəçevir şəhəri 6-cı Bağ küçəsi 9A ünvanda yerləşən 0.05 ha torpaq sahəsinə sahiblik etməklə ona vəsiyyət edilmiş mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, X4 miras qalmış Mingəçevir şəhəri 6-cı Bağ küçəsi 9A ünvanda yerləşən 0.05 ha torpaq sahəsinə Ərizəçi sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Ona görə də ərizə təmin olunmalı, M.İsmayılovdan miras qalmış, mirasın kütləsinə daxil edilmiş X4 miras qalmış Mingəçevir şəhəri 6-cı Bağ küçəsi 9A ünvanda yerləşən 0.05 ha torpaq sahəsinə vəsiyyət üzrə vərəsə Ərizəçi tərəfindən sahiblik etməklə qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. X4 miras qalmış Mingəçevir şəhəri 6-cı Bağ küçəsi 9A ünvanda yerləşən 0.05 ha torpaq sahəsinin vəsiyyət üzrə vərəsə Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-685/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-685/2021
20.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver