Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-690/2021 03.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Ərizəçi mənzilin özəlləşdirilməsi barədə ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri X2 verilmiş mənzilin oğlu X1 iştirakı olmadan özəlləşdirilməsi barədə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizə xüsusi icraat qaydasında baxılmalı işlər üzrə ərizənin formasına uyğun tərtib edilsə də, mahiyyət etibarı ilə iddia ərizəsinə məxsus xüsusiyyətləri özündə ehtiva etsə də, ərizənin məzmunundan aydın olur ki, Ərizəçi ilə oğlu Rafiq Kazımov arasında mənzil mübahisəsi vardır. Bundan başqa ərizədəki tələbin hər hansı faktın müəyyən edilməsinə yönəlmədiyi, nəinki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində qeyd edilən hüquqi əhəmiyyəti olan faktlara, hətta Həmin Məcəllənin 305-ci maddəsində nəzərdə tutulan xüsusi icraat qaydasında baxılmalı olan işlərin dairəsinə də daxil deyildir. Göründüyü kimi ərizəçi qeyd olunan mənzilin oğlu X1 iştirakı olmadan özəlləşdirilməsi faktının müəyyən olunmasını məhkəmədən xahiş etmiş, halbuki, bununla bağlı ərizəçi ilk növbədə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X3 müraciət etməli olduğu halda, birbaşa məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçinin qeyd olunan mənzilin oğlu X1 iştirakı olmadan özəlləşdirilməsi faktının müəyyən olunmasına hüquqi əhəmiyyətli fakt kimi xüsusi icraat qaydasında baxılması mümkün deyildir. Belə ki, qeyd olunan faktla bağlı mübahisə olduğundan, işə xüsusi iraat qaydasında baxılması istisna edilir, ən başlıcası isə həmin faktın məhkəmədən kənar qaydada əldə edilməsi mümkündür. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində hüquqi əhəmiyyətli faktlara baxılması o zaman mümkün sayılmışdır ki, ərizəçi ona lazım olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Ərizəçi mərhum əri X2 verilən mənzilin oğlu X1 iştirakı olmadan özəlləşdirilməsi barədə ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X3 müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-690/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-690/2021
03.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver