Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-712/2020 13.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi, vəkil X9 və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi vəkil X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasıüzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onların Mingəçevir şəhərinin H.Əliyev küçəsindəki 1/2 saylı evin 21 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməməsi və ona məxsus olan Mingəçevir şəhəri, H.Əliyev küçəsindəki 1/2 saylı evin 21 saylı mənzildən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclasında ilkin iddia tələbində qalaraq və qarşılıqlı iddia tələbini isə qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə xx xxxxxxx 2009-cu ildə ailə qurmuşlar. Onların birgə evliliyindən xx xxxxxx 2010-cu il təvəllüdlü Ebru, xx xxxx 2015-ci il təvəllüdlü Yeganə adlı uşaqları olmuşdur. Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə onların arasındakı nikah ləğv edilmişdir. Birgə evlilik zamanı babası tərəfindən onlara yayayış yeri kimi yataqxanada otaq almış və hər ikisi Mingəçevir şəhəri H.Əliyev küçəsi 1/2 saylı evin 21 saylı mənzilinə qeydiyyata düşmüşlər. Cavabdeh onunla ailəli olduğu müddətdə həmin mənzildə başqa kişi ilə içki məclisi qurmuşdur. Bu səbəbdən ailələri dağılmışdır. Hazırda uşaqları da həmin mənzildə yaşayır. Başqa yaşayış yeri yoxdur. Buna görə də, onun Mingəçevir şəhərinin H.Əliyev küçəsindəki 1/2 saylı evin 21 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı etibarnaməüzrə nümayəndəsi, vəkili X9 da İddiaçı izahatına oxşar məzmunlu izahat vermiş, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia tələbi ilə razı olmadığını bildirmiş və qarşılıqlı iddia tələbini müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, 2015-ci ildən özünə məxsus olan Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən 1/2 saylı evin 21 saylı mənzilində yaşayır. Həmin mənzilə məxsus olan sənədlərdə də bu əksini tapmışdır. Mingəçevir şəhəri H.Əliyev prospekti ev 1/2, mənzil 21 əmlak kirayəsi üzrə ona məxsusdur. Həmin mənzildə azyaşlıövladları 2010-cu il təvəllüdlü Ebru Qurbanova və 2015-ci il təvəllüdlü Yeganə Qurbanova ilə birgə yaşayır. Onun keçmiş həyat yoldaşı İddiaçı demək olar ki, həmin mənzildə 2015-ci ildən 2018-ci il tarixədək təxminən 1 ay yaşamışdır. Ona görə ki, o, həmin müddət ərzində Yevlax rayonu Hürüşağı kəndində və Bakı şəhərində yaşamış, onunla və evladları ilə heç bir əlaqəsi olmamışdır, onlarla maraqlanmamış və maddi cəhətdən heç bir köməklik göstərməmişdir. Bundan başqa İddiaçı 2018-ci ilin yanvar ayından ona məxsus olan ünvan 1 mənzil 21 ünvanda yaşamamışdır. İddiaçı əsassız olaraq ona hər yanda şər və böhtan atır. İddiaçı ünvan 1 mənzil 20 ünvanda başqa bir evləri vardır. Həmçinin onların Mingəçevir şəhərində toxuculuq kombinantı ilə üzbə-üz 5 mərtəbəli binada mənzilləri vardır. xx xxxx 2020-ci il tarixli 5 saylı MİS-nin tərtib etdiyi aktda qonşuların iştirakı və imzası ilə təsdiq olunmuşdur ki, İddiaçı ona məxsus olan mənzildə yaşamamışdır. İddiaçı onunla heç bir qohumluq əlaqəsi yoxdur. Cavabdehlə onun arasında olan nikah xeyli müddətdir ki, pozulmuşdur. Buna görə də ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh etibarnaməüzrə nümayəndəsi, vəkil X7 da Cavabdeh izahatına oxşar məzmunlu izahat vermiş, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş edir. Mülki işə əlavə olunmuş Mingəçevir şəhər 5 saylı MİS-nin xx xxxx 2019-cu il tarixli, 826 saylı arayışından görünür ki, Qurbanov X5 şəhərinin 20 Yanvar küçəsindəki 1/2 saylı evin 21 saylı mənzildə keçmiş arvadı, qızları ilə birlikdə yaşamaq hüququ olmaqla qeydiyyatdadır. Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(051)-950/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan xx xxxxxxx 2009-cu ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış 388 saylı nikah qeydi pozulmuş, müvəqqəti təyin edilmiş xx xxxxxx 2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmasıüçün hər ay 100 (bir yüz) manat və xx xxxx 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (bir yüz) manat olmaqla, ayda cəmi 200 (iki yüz) manat aliment tutulması daimi hesab edilmiş, ünvan 1 mənzil 21 ünvanda yaşayan İddiaçı xx xxxxxx 2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (bir yüz) manat və xx xxxx 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmasıüçün hər ay 100 (bir yüz) manat olmaqla, ayda cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub, ünvan 4 ünvanda yaşayan Cavabdeh verilməsi qət edilmişdir. Mülki işə əlavə olunmuş Mingəçevir şəhər 5 saylı MİS-nin xx xxxx 2020-ci il tarixli, 224 saylı arayışından görünür ki, Qurbanova X3 şəhərinin 20 Yanvar küçəsindəki 1/2 saylı evin 21 saylı mənzildə keçmişəri və qızları ilə birlikdə yaşamaqla qeydiyyatdadır. İşə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, aşağıda akta imza edənlər öz imzaları iləı təsdiq etmişlər ki, həqiqətən də ünvan 1 mənzil 21 ünvanda yaşayan Cavabdeh ərizəsinə əsasən aparılan yoxlama zamanı müəyyən edilmişdir ki, onun keçmişəri İddiaçı 2018-ci il tarixdən H.Əliyev küçəsi ev ½, mənzil 21 ünvanda yaşamayıb və hal hazırda da yaşamır. Məhkəməyə təqdim olunmuş 283 saylı xx xxxxxx 2017-ci il tarixli Xüsusi təyinatlı yaşayış sahəsini kirayə müqaviləsindən görünür ki, Mingəçevir şəhərinin H.Əliyev küçəsindəki 1/2 saylı evin 21 saylı mənzili X1 və istifadəsinə verilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnaməçıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə İddiaçı ilə Cavabdeh arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ verilməsi ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli Qərarında göstərilir ki: 1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailəüzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailəüzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailəüzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailəüzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinin tələbinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailəüzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailəüzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailəüzvləri həmin yaşayış sahəsindən təyinatıüzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd olunanlara əsasən ilkin iddia tələbinin təmin olunmasıüçün heç bir əsas yoxdur və ilkin iddia tələbi təmin edilməməlidir. Cavabdeh ilə İddiaçı arasında yaranmış hüquq münasibətləri mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, məhkəmə sadalanan sübutların məhkəmə iclasında tədqiq olunması nəticəsində o nəticəyə gəlir ki, göstərilən sübutlar qarşılıqlı iddia tələbinin əsaslı olduğu qənaitinə gəlməyə əsas verməklə biri digərini tamamlayır. Sübutlar işə aid olmaqla cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) tələbində göstərilən faktiki hallara uyğun gəlir. Onlar arasında heç bir ziddiyyət yoxdur. Məhkəmədə əldə olunmuş sübutların məcmusu əsasında müəyyən edilmişdir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) sözügedən mənzildə qeydiyyatda olsa da, uzun müddətdir ki, orada yaşamamış. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehlərin) mənzilə qeydiyyatı formal xarakter daşıyır. Onun mənzildən istifadə hüququnun davam etməsi mülkiyyətçisinin qanundan irəli gələn hüquqlarını məhdudlaşdırır. İddiaçı sosial kirayə müqaviləsi əsasında sahiblikdə olan mənzildə qeydiyyatda olması ilə bağlı isə məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli qanununun 1-ci maddəsinə əsasən vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınması, onların dövlət, cəmiyyət və başqa şəxslər qarşısında vəzifələrini yerinə yetirmək, özlərinin hüquq və azadlıqlarını (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətəçağırış, məhkəmə qərarlarının icrası, seçki və s.) realizə etmək məqsədilə həyata keçirilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yaşayış sahəsinə pasport qeydiyyatına alınma inzibati akt olmaqla mənzilə yaşayış hüququnun verilməsi ilə nəticələnmir. MülkiMəcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailəüzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. MülkiMəcəllənin 228.2-ci maddəsinə əsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. MülkiMəcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailəüzvləri (əri,arvadı,valideynləri,uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailəüzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailəüzvlərinin (ərin,arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarına əsasən, MülkiMəcəllənin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan, notariat qaydada təsdiqlənən razılaşmanı nəzərdə tutur. Bundan başqa həmin qərarda göstərilmişdir ki, mülkiyyətçinin ailəüzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailəüzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkilləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailəüzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranmasıüçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. MPM-nin 13.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Qurbanov X5 şəhəri, 20 Yanvar küçəsindəki 1/2 saylı evin 21 saylı mənzilinə qeydiyyata düşməsinə baxmayaraq, o, həmin mənzildə uzun müddət yaşamamışdır. Bununla da, məhkəmə hesab edir ki, İddiaçı Mingəçevir şəhəri, 20 Yanvar küçəsindəki 1/2 saylı evin 21 saylı saylı mənzilinə istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi:
İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin olunmasın. Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun olmamasının müəyyən olunması tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. İddiaçı Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən 1/2 saylı evin 21 saylı mənzilindən istifadə hüququnun olmaması müəyyən edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
HAKİM Hüseyn Mirzəliyev.