Məhkəmə qərarları › İş №2(051)-722/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-722/2022

16.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-722/2022 16.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağkişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, atalığın etiraf olunması faktının müəyyən edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, sonradan ərizə tələbini dəqiqləşdirərək atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi 13 aprel 2012-ci ildə Hüseynov İmamverdi Mehman oğlu şəxslə el adəti ilə toy edib ailə münasibətlərinə daxil olmuş, lakin nikahlarını rəsmi qeyd etdirməmişlər. Onların birgə münasibətlərindən 23 yanvar 2013-cü il təvəllüdlü Yağmur adlı bi uşaqları olmuş, rəsmi nikahları olmadığından atalığın müəyyən edilməsi haqqında şəhadətnamə əsasında X7 doğum haqqında şəhadətnamə almışlar. Ərizəçinin əri X9 qəflətən 07 dekabr 2021-ci ildə vəfat edib. Həmin vaxt ərizəçi hamilə olub. 13 yanvar 2022-ci ildə ərizəçinin mərhum X9 ilə faktiki ailə münasibətlərindən oğlu olub. Ərizəçinin rəsmi nikahı olmadığı və əri vəfat etdiyi üçün uşağa doğum haqqında şəhadətnama almaqda çətinlik çəkir. Ona görə də X4 13 yanvar 2022-ci ildə doğulmuş Mehmanın atası olmasının etiraf olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs, Maraqlı şəxs rəisi S.Hüseynova məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Səidə Namazova bacısı Zenfiranın gəlini, bacısının oğlu İmamverdinin arvadı olub. İmamverdi 2021-ci ilin dekabr ayında vəfat edib. İmamverdi öləndə Səidə hamilə idi. İmamverdinin qırxı çıxandan sonra Mehman adlı uşaq dünyaya gəldi. Şahid X13 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Səidə onun əmisi oğlu İmamverdinin arvadı olub. Ancaq onların arasında rəsmi nikah qeydə alınmayıb. İmamverdi 2021ci ilin dekabr ayında vəfat etmişdir. İmamverdi öləndə Səidə hamilə idi. İmamverdinin qırxı çıxandan sonra Mehman adlı oğlu doğulmuşdur. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı İmamverdinin arvadı olub. Qardaşının iki uşağı olmuşdu. İkinci uşaq Mehman qardaşı vəfat edəndən sonra doğulmuşdur. Uşağa babasının adını qoymuşlar. Həqiqətən də 13 yanvar 2022-ci ildə doğulan Mehman adlı uşaq qardaşı İmamverdinin uşağıdır. İşə əlavə edilmiş doğum haqqında arayışdan görünür ki, 13 yanvar 2022-ci il təvəllüdlü X6 valideynləri X11 və Ərizəçidır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov İmamverdi Mehman oğlu 07 dekabr 2021-ci ildə vəfat etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 307.2.10-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi X14 oğlu ilə 2012-ci ildə qeyri-rəsmi ailə qurmuşlar. Onların qeyri rəsmi nikahlarından 13 yanvar 2022-ci il təvəllüdlü Mehman adlı bir nəfər uşaqları olmuşdur. Rəsmi nikahları olmadığı üçün Mehman adlı uşağın doğum haqqında şəhadətnaməsində ərizəçinin ərinin soyadı Hüseynov qeyd edilməmişdir. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara qiymət verərək, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki,ərizə təmin olunmalıdır. X4 13 yanvar 2022-ci il təvəllüdlü X6 atalığın etiraf olunması faktı müəyyən olunmuş hesab edilməli, doğum haqqında şəhadətnamədə uşağın soyadı atasının soyadı kimi qeyd edilməli, ata qrafasında Hüseynov İmamverdi Mehman oğlu yazılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307-311, 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. X4 13 yanvar 2022-ci il təvəllüdlü X8 münasibətdə atalığın etiraf olunması faktı müəyyən edilsin. Qətnamə doğum haqqında şəhadətnamədə uşağın soyadı Hüseynov, ata qrafasında X9 qeyd olunması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar