Məhkəmə qərarları › İş №2(051)-739/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-739/2021

22.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-739/2021 22.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Ərizəçi, vəkili X15 Maraqlı şəxslər X2 və Maraqlı şəxs3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxslər Mingəçevir regional “ASAN Xidmət” X13, Maraqlı şəxs2, Maraqlı şəxs3, X5, Maraqlı şəxs5 qarşı «miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, X3 miras qalan **-BD-*** qeydiyyat nişanlı VAZ 21061 açıq qəhvəyi rəngli minik avtomobilinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir regional “ASAN xidmət” X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərmişdir ki, X16 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Biz həmin tarixdə AZ-983017 saylı ölüm haqqında şəhadətnamə almışlar. Bütün əmlaklar onun adına olmuşdur, **-BD-*** qeydiyyat nişanlı VAZ 21061 açıq qəhvəyi rəngli minik avtomobili istisna olaraq, mərhum ərinin adına olmuşdur. Onlar qanuna müəyyən edilmiş qaydada Mingəçevir regional “Asan Xidmət” xx.xx.2019-cu il tarixdə əmlak qəbul edilməsi ilə bağlı müraciət etmişlər. Hətta qızı Pərvanə Aslanova mirasdan onun xeyrinə imtina olunmasına dair notariat qaydada təsdiq olunmuş ərizə də vermişdir. Onlar notariat ofisində Pərvanə adlı əməkdaşla (***-***-**-**) mob nömrə ilə danışmışlar və o, onlara lazım olan sənədlərin siyahısını təqdim etdi. Qeyd olunan sənədləri ölüm haqda tibbi şəhadətnamənin surətini, xx.xx.2019-cu il tarixli Mingəçevir şəhər Qeydiyyat şöbəsindən 03/76-841/12 saylı və həmin şöbənin xx.xx.2019-cu il tarixli 05.76-841/12 saylı sənədi təqdim etdilər, lakin hər dəfə onları hansısa sənədin çatışmadığını qeyd edərək sənəd dalınca göndərmişdir. Beləliklə də biraz axırıncı dəfə Mingəçevir şəhər Qeydiyyat şöbəsinin 05/Q-97/15 xx.xx.2020-ci il tarixli məktubunu Notariat ofiisnə təqdim edəndə, digər tanımadığı əməkdaş bildirdi ki, məhkəməyə getməlisiz, vaxtı ötürmüsüz. Onlar, yəni Ərizəçi və övladları xx.xx.2019-cu il tarixdən əmlakın qəbul edilməsi ilə bağlı ofisə müraciət etsək də, bizi dayanmadan ora bura göndərmişlər və bununla da ofisin günahı üzündən onlar vaxı ötürmüşlər. Yazdıqlarını notariatda apardııqları sənədlərin surətləri ilə təsdiq edə bilərlər. Mingəçevir regional Asan Xidmət mərkəzinə bununla bağlı müraciət etmişlə ki, əri öləndən 16 gün sonra müraciət edərək imtina etdikləri üçün ona vərəsəlik şəhadətnaməsi verilsin. X6ra məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Bu faktı başqa yolla müəyyən etmək mümkün deyil, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşlar. Ona görə də, X3 miras qalan **-BD-*** qeydiyyat nişanlı VAZ 21061 açıq qəhvəyi rəngli minik avtomobilinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X10 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, mirası qəbul etmir, miras qalan əmlakdada pay istəmir. Mirasın anası tərəfndən qəbul edilməsinə etiraz etmir. Maraqlı şəxs3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, mirası qəbul etmir, miras qalan əmlakdanda pay istəmir. Mirasın anası tərəfindən qəbul edilməsinə etiraz etmir. Məhkəmə ərizəçinin və maqlı şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. Məhkəməyə təqdim olunmuş X1 Şəhadətnaməsinin surətindən görünür ki, **-BD-*** dövlət qeydiyyat nişanlı, XTA210610M2630757 Ban №-li, 1991-ci ildə istehsal edilmiş, Sedan tipli, açıq qəhvəyi rəngli “VAZ 21061” markalı minik avtomobili X11 məxsusdur. İşdə olan Samux rayon Burunqovaq kənd icra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1990cı il tarixdə ölmüşdür. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 2003-cü ildən ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin xx xxxx 2020-ci il tarixli, 05/Q- 97/15 nömrəli arayşından görünür ki, Azərbaycan respublikasının vətəndaşı xx.xx.1952-ci il tarixdə Xanlar rayonu Burunqovaq kəndində anadan olmuş X16 barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2020-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: Arvadı Ərizəçi (xx.xx.1957), qızı Maraqlı şəxs2 (xx.xx.1978), oğlu Maraqlı şəxs3 (xx.xx.1980), qızı X5 (xx.xx.1982) və qızı Maraqlı şəxs5 (xx.xx.1984) qeyd olunmuşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin xx xxxx 2020-ci il tarixli, 05/Q- 97/15 saylı məktubundan görünür ki, mərhum X7 adına Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 61 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “Mingəçevir şəhər Ş.İ.Xətai küçəsi, ev 6-A, mənzil 39” qeyd olunmuşdur. İşə əlavə olunmuş Maraqlı şəxs4, X10 və X8 tərəfindən məhkəməyə göndərilmiş ərizələrdən görünür ki, onlar anaları Ərizəçi tərəfindən X3 miras qalan **-BD-*** qeydiyyat nişanlı VAZ 21061 açıq qəhvəyi rəngli minik avtomobilinin onun tərəfindən miras kimi qəbul edilməsinə etiraz etmirlər. İşdə olan Mingəçevir regional “ASAN Xidmət” X9 xx.xx.2020-ci il tarixli məktubunda görünür ki, “Miras açıldıqdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir” və bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi mərhum əri X12r. İsmayıl Bəkirov vəfat etmiş və onun birinci növbə vərəsəsi arvadı Ərizəçidır. Ona görədə Ərizəçi ərizə tələbi təmin olunmalı və X3 miras qalmış miras qalan **-BD-*** qeydiyyat nişanlı VAZ 21061 açıq qəhvəyi rəngli minik avtomobilinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X3 miras qalan **-BD-*** qeydiyyat nişanlı VAZ 21061 açıq qəhvəyi rəngli minik avtomobilinin onun tərəfindən miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar