Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-741/2021 12.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq Müəyyən etdim: İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İddia tələbi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı iddia ərizəsində cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və X5 olduğunu qeyd etmiş və cavabdehlərin onun xüsusi mülkiyyətində olan sözügedən mənzildən istifadə hüququna xitam verilməsi qeyd olunmuşdur. İş materiallarından müəyyən olunur ki, əslində iddiaçının irəli sürdüyü tələbdə məqsədi sözügedən mənzildən orada yaşamayan cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməklə pasport qeydiyyatından çıxarılmasıdır. Belə ki, iddiaçı sözügedən tələblə bağlı aidiyyatı inzibati orqana (Polis Şöbəsinə) müraciət etməlidir. Əgər iddiaçının cavabdehlərin onun mənzilindən pasport qeydiyyatından çıxarılması tələbindən inzibati orqan imtina edərsə, belə olan halda iddiaçı inzibati orqanın hərəkətlərindən və ya hərəkətsizliyindən həmin inzibati orqanın yuxarı inzibati orqanına və yaxud məhkəmə qaydasında aidiyyəti üzrə Şəki İnzibati- Məhkəməsinə şikayət verə bilər. Şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalı və iddiaçıya cavabdehin onun mənzilindən pasport qeydiyyatından çıxarılması tələbi ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etməli olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra mətində MPM) 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcllənin 153.3-cü maddəsinə əsasən, işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olması qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və X3 mənzildən istifadə hüququna xitam verilməsi tələbi ilə Mingəçevir şəhər Polis Şöbəsinə və Şəki İnzibati məhkəməsinə müraciət etməli olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-741/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-741/2021
12.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver