Məhkəmə qərarları › İş №2(051)-746/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-746/2024

02.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-746/2024 02.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X3 Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri, Naxçıvan küçəsi 42 saylı binanın 15-ci mənzilini açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyəttin mülkiyyətçiləri olan onlar iddiaçıların və cavabdehin arasında paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf iddia ərizəsi belə əsaslandırılmışdır ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsi 42 saylı binanın 15-ci mənzilinin ümumi sahəsi 63,80 kvm-dir və 3 otaqdan ibarətdir. Mənzilin 11,3 kvm yaşayış sahəsi olan bir otağı İddiaçı4, yaşayış sahəsi 34,3 kvm olan 2 otağı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumi birgə əmlakıdır. İddiaçı1 iddiası əsasında Mingəçevir şəhər Məhkəməsi yaşayış sahəsinə payların müəyyən edilməsi tələbinə dair mülki işə baxaraq həmin mənzilin bölgüsünü aparmış və mənzilin iki otaqdan ibarət 34,3 kvm olan yaşayış sahəsinə hər birinə ¼ hissədə paylar müəyyən edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli 2(051)-222/2023 saylı qətnamə çıxarılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Payları naturada bölünmədən birgə yaşamaları mümkün olmadığından yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi məsələsinin həlli üçün məhkəmə müraciət etmişlər. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-1152/2023 saylı qətnaməsi ilə yaşayış sahəsinin naturada bölünməsi mümkün olmadığından iddiaları təmin edilməmişdir. Həmin məsələnin tənzimlənməsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı da vardır. Qanunvericliklə müəyyən edilmiş bütün qaydalara riayət olunmuşdur. Yəni ümumi paylı mülkiyyətdə payları müəyyən edilmiş, naturada bölgü mümkün olmamışdır. Cavabdehlə heç cür razılığa gələ bilmir və birgə yaşamaları mümkün deyildir. Odur ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsi 42 saylı binanın 15-ci mənzilini açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyəttin mülkiyyətçiləri olan onlar iddiaçıların və cavabdehin arasında paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi və iddiaçı tərəfin vəkili Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı2 məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı4 məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, o həmin evdən çıxmayacaqdır. Onun başqa yerdə yaşamağa yeri olmadığından həmin evdən çıxa bilməz. 100000 manat belə verilsə, çıxmayacaqdır. Konstitusiyaya əsasən o, məhrum edilə bilməz. Yeznəsi Sumqayıtdan gəlib oturub onun evində. Saxta hərrac çıxır və o bundan narazıdır. Yeznəsi ona deyir ki, onun evini satacaqdır. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 63.80 kv.m olan mənzildə İddiaçı4 yaşayış sahəsi 11.3 kv.m olan 1 otaq (tam); 18.2 kv.m köməkçi sahə (ümumi birgə), İddiaçı1 yaşayış sahəsi 34.3 kv.m olan 2 otaq və 18.2 kv.m köməkçi sahə (ümumi birgə), İddiaçı3 yaşayış sahəsi 34.3 kv.m olan 2 otaq və 18.2 kv.m köməkçi sahə (ümumi birgə), İddiaçı2 yaşayış sahəsi 34.3 kv.m olan 2 otaq və 18.2 kv.m köməkçi sahə (ümumi birgə), Cavabdeh yaşayış sahəsi 34.3 kv.m olan 2 otaq və 18.2 kv.m köməkçi sahə (ümumi birgə) olmaqla payları vardır. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-222/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin olunmuş və Mingəçevir şəhəri Naxçıvan küçəsi 42 №=li evin 15 №-li mənzilinin 34,3 kv.m yaşayış sahəsində dörddə bir hissədə İddiaçı1, dörddə bir hissədə İddiaçı2, dörddə bir hissədə Cavabdeh, dörddə bir hissədə İddiaçı3 payları müəyyən edilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1152/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia rədd edilmiş və iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X2 qarşı paylı mülkiyyətdə olan payların naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsində qeyd edilmişdir ki, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarından da göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Həmin Qərarın nəticəsinin 2-ci hissəsindən isə görünür ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Buna görə də məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-221-ci maddələrindən və həmin maddələrin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarından da göründüyü kimi iddiaçılar qanunla nəzərdə tutulmuş bütün etaplardan keçmişdir. Yəni onların mülkiyyət üzərində olan payları müəyyən ayrılmış və mənzilin naturada bölünməsi ilə əlaqədar məhkəmədə mərhələlərdən keçmişdir. Ona görə də iddiaçıların iddiası təmin olunaraq, Mingəçevir şəhəri, Naxçıvan küçəsi 42 saylı binanın 15-ci mənzili (yeni qaydalarla: AZ 4508, ünvan 1) açıq hərracda satılmalı və mənzilin satılması nəticəsində əldə edilmiş pul məbləği ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. İş üzrə əmlakın ilkin qiymətinə dair məhkəmə ekspertiza rəyi verilsə də, məhkəmə mübahisəli mənzilə ilkin satış qiymətini müəyyən etməyi lüzum bilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi təmin edilsin. Mingəçevir şəhəri, Naxçıvan küçəsi 42 saylı binanın 15-ci mənzili (yeni qaydalarla: AZ 4508, ünvan 1) açıq hərracda satılsın. Mənzilin satılması nəticəsində əldə edilmiş pul məbləği ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar