Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-747/2022 16.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı nümayəndəsi, Vəkil və Cavabdeh Qürbət qızının iştirakı ilə, İddiaçı Cavabdeh Qürbət qızına qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh Qürbət qızına qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək mənzilə istifadə hüququnun tanınmaqla mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı Rühəngiz Hüseynova Cavabdeh Qürbət qızının oğlu X5 ilə 14 aprel 2008-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, iddiaçı Mingəçevir şəhəri H.Əliyev prospekti 33 №-li evin 18 №-li mənzilinə cehiz əşyalarını yerləşdirməklə köçüb yaşamışdır, hal-hazıradək cehiz əşyaları da həmin mənzildədir. İddiaçı Rühəngiz Hüseynovanın Kamil Hüseynovla birgə nikahlarından uşaqları olmamışdır. İddiaçının əri Kamil Hüseynov 2021-ci ildə vəfat etmişdir. İddiaçı Mingəçevir şəhəri H.Əliyev prospekti 33 №-li evin 18 №-li mənzilində qeydiyyatdadır. İddiaçı 2008-ci ildə mübahisəli mənzilə köçəndə həmin mənzil dövlət mənzil fonduna aid olmuşdur. Mingəçevir şəhəri H.Əliyev prospekti 33 №-li evin 18 №-li mənzili 2013-cü ildə özəlləşdirilmişdir, Cavabdeh Qürbət qızının adına Çıxarış verilmişdir. İddiaçının uşağı olmamasına baxmayaraq mərhum əri Kamil Hüseynovla 14 ilə yaxın müddətdə mehriban yaşamışlar. Lakin ərinin vəfatından sonra Cavabdeh iddiaçıya qarşı münasibəti pisləşmiş, ona həmin mənzildə yaşamağa imkan verməmişdir. Ona görə də iddianın təmin olunmasını, Mingəçevir şəhəri H.Əliyev prospekti 33 №-li evin 18 №-li mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Qürbət qızı məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı 2008-ci ildə onun oğlu Kamillə ailə qurmuş, onların yaşadıqları mənzilə köçmüş, cehiz əşyalarını da həmin mənzilə gətirmişdir. Lakin iddiaçı ilə heç bir vaxt münasibətləri normal olmamışdır. İddiaçı onu saymamış, ona hörmət etməmiş, aralarında daim mübahisə olmuşdur. Oğlunun ölümündən sonra münasibətləri daha da pisləşmişdir. Bir mənzildə yaşamaqları mümkün deyil. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 30 ildən çoxdur ki, iddiaçının əri, cavabdehin oğlu Kamillə yaxın dost olmuşlar. Bir-birlərinin evlərinə gedib-gəlirdilər. Kamil 2008-ci ildə İddiaçı ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, həmin vaxt İddiaçı Kamilgil yaşadıqları Mingəçevir şəhəri H.Əliyev prospekti 33 №-li evin 18 №-li mənzilnə köçmüşdür. Həmin vaxtdan İddiaçı qeyd edilən mənzildə yaşayır. X6 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ruhəngizin qardaşı arvadıdır. Ruhəngiz 2008-ci ildə cavabdehin oğlu Kamillə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, Kamilin və anasının yaşadığı H.Əliyev prospekti 33 №-li evin 18 №-li mənzilinə köçmüş, cehiz əşyalarını da həmin mənzilə aparmışdır. Həmin vaxtdan da gəlin köçdüyü mənzildə yaşayır. Məhkəmə tərəfləri və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Ишя ялавя едилмиш никащ щаггында şəhadətnamənin surətindən эюрцнцр ки, X5 ilə X2 arasında 14 aprel 2008-ci ildə Mingəçevir şəhər Nikah evində 104 № ilə nikah гейдя алынмışdır. Никащ баьландыгдан сонра гадын Hüseynova сойадыны гябул етмишдир. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 09 sentyabr 2021-cı il ildə vəfat etmişdir. İşdə olan 223 №-li 28 oktyabr 1969-cu il tarixli orderdən görünür ki, Mingəçevir şəhəri H.Əliyev(keçmiş Lenin) prospekti 33 №-li evin 18 №-li mənzili Hüseynov Allahverdinin adına qeyd edilməklə mənzil onun, arvadı Gilə Verdiyeva, qızı Sədaqət Hüseynova və oğlanları Fidaris Hüseynov, Kamil Hüseynovun istifadəsinə verilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li Çıxarışdan görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 33 №-li evin 18 №-li mənzili 23 aprel 2013-cü ildə mülkiyyət hüququ ilə Cavabdeh Qürbət qızının adına qeydiyyata alınmışdır. İşdə olan X3, X5, X1 notarial qaydada təsdiq edilmiş 04 aprel 2022-ci il tarixli ərizələrindən görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 33 №-li evin 18 №-li mənzilin Cavabdeh Qüdrət qızının adına özəlləşdirilməsinə və mülkiyyət hüququnun verilməsinə razıdırlar. İşə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* № li arayışından görünür ki, İddiaçı, cavabdeh Hüseynova X8 şəhəri H.Əliyev prospekti 33 № li evin 18 № li mənzilində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən мящкямя йалныз тяряфлярин тягдим етдикляри сцбутлары арашдырмалы вя онлардан истифадя етмялидир. Məhkəmə tədqiqi zamanı və iş materialları ilə müəyyən edildi ki, İddiaçı Cavabdeh Qürbət qızının oğlu Hüseynov Kamil ilə 14 aprel 2008-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş və həmin vaxt cavabdehin yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti küçəsi 33 №-li evin 18 №-li mənzilinə köçərək cavabdehlə birlikdə yaşamşdır. Mənzil dövlət fondu mənzili olmuşdur və mənzil 2013-cü ildə özəlləşdirilərək Cavabdeh mülkiyyətinə verilmişdir. İddiaçının cavabdehlə ailə münasibətləri pozulmuşdur. Cavabdeh iddiaçının mənzilə köçüb yaşamağına icazə vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı mübahisəli mənzilə 2008ci ilin aprel ayında köçmüşdür, tərəflər arasında hüquq münasibətləri həmin vaxtdan yaranmışdı. Bu halda iddia tələbi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Həmin Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilirdi ki, yaşayış evinin mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərməmişsə, evdə yaşayış sahəsində onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə işin hallarını 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələri əsasında təhlil edib hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, iddiaçının Mingəçevir şəhəri H.Əliyev prospekti küçəsi 33 №-li evin, 18 №-li mənzilə istifadə hüququ tanınmalı və sözügedən mənzilə köçürlməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən мящкямя йалныз тяряфлярин тягдим етдикляри сцбутлары арашдырмалы вя онлардан истифадя етмялидир. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən vəAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia təmin edilsin. İddiaçı Mingəçevir şəhəri H.Əliyev prospekti 33 №li evin, 18 №li mənzilinə istifadə hüququ tanınsın və o, mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-747/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-747/2022
16.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver