Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-748/2022 18.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1, Cavabdeh2 və X8 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X19 qızına qarşı «Mingəçevir şəhəri, H.Əliyev prospektində Qaçqın və Məcburi köçkünlər üçün salınmış 504 mənzilli yaşayış qəsəbəsi 10 №-li evin 27 №-li mənzilinə köçürülmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun və uşaqları X3, X4 və X5 cavabdehlərin yaşadıqları Mingəçevir şəhəri, H.Əliyev prospektində Qaçqın və Məcburi köçkünlər üçün salınmış 504 mənzilli yaşayış qəsəbəsi 10 №-li evin 27 №-li mənzilinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Ağdam rayonun Mollalar kəndində daimi qeydiyyatdadır. 17 dekabr 2011-ci ildə Cavabdeh2 ilə ailə qurmuşlar. Birgə nigahlarından 23.07.2012-ci il tarixdə Aytac, 19.02.2014-cü il tarixdə Fəxri və 17.06.2019-cu il tarixdə Səidə adlı üç uşaqları anadan olmuşdur. Cavabdeh2 ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri 16 saylı məktəbdə məskunlaşıb yaşamışlar və onlar ailə qurduqdan sonra o da onlarla birlikdə məktəbdə yaşamışlar. Mingəçevir şəhəri H.Əliyev prospektində məcburi köçkünlər üçün tikilmiş evlərdən 10 №-li evin 27 №-li mənzili 2013-cü ildə onların istifadələrinə verilmiş və həmin mənzildə yaşamağa başlamışlar. Son vaxtlar Cavabdeh2lə münasibətləri pozulmuş və onu evdən qovmuşlar. O da uşaqlarıyla birlikdə valideynlərinin evinə gedərək orada yaşamışlar. Mingəçevir şəhər Məhkəməsinin 23.04.2021-ci il tarixli 2(051)-663\2021 saylı qətnaməsinə əsasən nigahları pozulmuşdur. Bildirir ki, hazırda cavabdehlərin yaşadıqları mənzil xüsusi təyinatlı yaşayış sahəsidir. Həmin mənzil məcburi köçkün kimi verirlərkən o və qızı Aytac Fizulizadə də nəzərə alınmış və bağlanmış kirayə müqaviləsində ailə üzvü kimi onların da adları göstərilmişdir. Yəni onun həmin mənzildə yaşamağa və istifadə etməyə tam hüququ vardır. Ona görə də mənzilə köçürülməyi barədə iddia qaldırmalı olur. Məhkəmədən onun və uşaqları X3, X4 və X5 cavabdehlərin yaşadıqları Mingəçevir şəhəri, H.Əliyev prospektində Qaçqın və Məcburi köçkünlər üçün salınmış 504 mənzilli yaşayış qəsəbəsi 10 №-li evin 27 №-li mənzilinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, hazırda İddiaçı Mingəçevir şəhəri, H.Əliyev prospektində Qaçqın və Məcburi köçkünlər üçün salınmış 504 mənzilli yaşayış qəsəbəsi 10 №-li evin 27 №-li mənzilinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Onlar iddiaçının tələbi ilə razıdırlar və iddiaçının övladları ilə birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospektində Qaçqın və Məcburi köçkünlər üçün salınmış 504 mənzilli yaşayış qəsəbəsi 10 №-li evin 27 №-li mənzilinə köçürülməsinə etiraz etmirlər. Cavabdeh2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, hazırda İddiaçı Mingəçevir şəhəri, H.Əliyev prospektində Qaçqın və Məcburi köçkünlər üçün salınmış 504 mənzilli yaşayış qəsəbəsi 10 №-li evin 27 №-li mənzilinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Onlar iddiaçının tələbi ilə razıdırlar və iddiaçının övladları ilə birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospektində Qaçqın və Məcburi köçkünlər üçün salınmış 504 mənzilli yaşayış qəsəbəsi 10 №-li evin 27 №-li mənzilinə köçürülməsinə etiraz etmirlər. Cavabdeh X19 qızı məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, hazırda İddiaçı Mingəçevir şəhəri, H.Əliyev prospektində Qaçqın və Məcburi köçkünlər üçün salınmış 504 mənzilli yaşayış qəsəbəsi 10 №-li evin 27 №-li mənzilinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Onlar iddiaçının tələbi ilə razıdırlar və iddiaçının övladları ilə birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospektində Qaçqın və Məcburi köçkünlər üçün salınmış 504 mənzilli yaşayış qəsəbəsi 10 №-li evin 27 №-li mənzilinə köçürülməsinə etiraz etmirlər. İşə əlavə olunmuş 477 №-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Mingəçevir şəhəri 10 nömrəli evdə 27 nömrəli mənzildə yerləşən, ümumi sahəsi 84,67 kv.metrdən yaşayış sahəsi kirayəyə verilmişdir. Kirayəçinin ailə üzvləri: Cavabdeh3 arvadı, Cavabdeh2 oğlu və X7 gəlini, X9 nəvəsi müəyyən edilmişdir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, İddiaçı himayəsində 23.07.2012-ci il təvəllüdlü X10, X11 və 17.06.2019-cu il təvəllüdlü X12 adlı uşaqları vardır. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-663/2021 saylı, 23.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X7 ilə Cavabdeh2 arasında 17 dekabr 2011-ci tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində bağlanmış 477 №-li nikah qeydi pozulmuş, Tərəflərin birgə nikahından doğulmuş 23.07.2012-ci il təvəllüdlü X10, X11 və 17.06.2019-cu il təvəllüdlü X5 anaları – X1 yanında qalmaları müəyyən edilmişdir. İşə əlavə olunmuş AZ-İ 362362 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 və X7 arasında olan nikah 23.04.2021-ci il tarixdə pozulmuşdur. Qadına Rəhimova soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan hallar kimi müəyyən etmişdir ki, Mingəçevir şəhəri, H.Əliyev prospektində Qaçqın və Məcburi köçkünlər üçün salınmış 504 mənzilli yaşayış qəsəbəsi 10 №-li evin 27 №-li mənzilindən istifadə üzrə hüquq münasibəti uzun müddətdir yaranmışdır. Hazırda tərəflər arasında göstərilən mənzillə bağlı mübahisə və ixtilaf vardır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. 25.12.2001-ci il tarixdə Azərbayçan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya edilmiş və Azərbaycan Respublikasının ərazisində 15.04.2002-ci il tarixdə qüvvəyə minmiş, «İnsan Hüquqlarının və X2 Haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdirlər. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Akimovanın Azərbayçan Respublikasına qarşı işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli Qərarında göstərmişdir ki, «İnsan Hüquqlarının və X2 Haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin mahiyyəti 3 hissədən ibarətdir: 1) əmlakdan dinc qaydada istifadə etmək hüququ; 2) müəyyən müstəsna hallarda əmlakdan məhrum etmə hallarının mövcudluğu; 3) üzv dövlətlər əmlak hüququnun müdafiəsi ücün tədbirlər görməlidir. Məhkəmə işin hallarını və müvafiq qanunvericilik aktlarını təhlil edib hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Mingəçevir şəhəri, H.Əliyev prospektində Qaçqın və Məcburi köçkünlər üçün salınmış 504 mənzilli yaşayış qəsəbəsi 10 №-li evin 27 №-li mənzilinə köçürülməlidir. Çünki iddiaçı cavabdehlərlə birlikdə mənzilin birgə istifadəçisidir. Belə ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin məzmunundan da görünür ki, Rəhimova (Fizuliyeva) Türkan Kərim qızı kirarəyiçinin ailə üzvləri qismində kirayə müqaviləsinə daxil edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının mənzilin istifadəçisi kimi cavabdehlər ilə eyni hüquqlara malik olduğundan onun həmin mənzilə köçürülməsi tələbi əsaslıdır. Belə ki, İşə əlavə olunmuş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X19 qızı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, hazırda İddiaçı Mingəçevir şəhəri, H.Əliyev prospektində Qaçqın və Məcburi köçkünlər üçün salınmış 504 mənzilli yaşayış qəsəbəsi 10 №li evin 27 №-li mənzilinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Onlar iddiaçının tələbi ilə razıdırlar və iddiaçının övladları ilə birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospektində Qaçqın və Məcburi köçkünlər üçün salınmış 504 mənzilli yaşayış qəsəbəsi 10 №-li evin 27 №-li mənzilinə köçürülməsinə etiraz etmirlər. MPM-in 220.4-cü maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ət etdi: İddia tələbi təmin edilsin. İddiaçı və uşaqları X3, X4 və X5 cavabdehlərin yaşadıqları Mingəçevir şəhəri, H.Əliyev prospektində Qaçqın və Məcburi köçkünlər üçün salınmış 504 mənzilli yaşayış qəsəbəsi 10 №-li evin 27 №-li mənzilinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-748/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-748/2022
18.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver