Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-761/2022 25.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Mingəçevir Regional «Asan Xidmət» X1rşı Doğum faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Mingəçevir Regional «Asan Xidmət» X1rşı Doğum faktının müəyyən edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, göstərilən iş Mingəçevir şəhər Məhkəməsində baxılmalı deyil və ərizəni qəbul etməkdən imtina edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən belə nəticəyə gəlir ki, Ərizəçi Doğum faktının müəyyən edilməsi tələbinə xüsusi icraat qaydasında Mingəçevir şəhər Məhkəməsində baxılmalı deyil. Belə ki, doğum haqqında tibbi şəhadətnamədən də görünür ki, Natiq adlı uşağın doğum faktı müəyyən edilmiş və onun doğum faktını təsdiq edən sənəd alınmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə o zaman doğum faktını müəyyən edə bilərdi ki, ərizəçi doğum faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməsin. İşin faktiki halından isə görünür ki, ərizəçi uşağın doğum faktını təsdiq edən doğum haqqında tibbi şəhadətnamə ala bilmişdir. Ərizəçinin doğum haqqında şəhadətnamə tələbinə isə Mingəçevir Regional “Asan Xidmət” X5 tərəfindən imtina edilmişdir. Mingəçevir Regional «Asan Xidmət» X2 imtina aldığından göstərilən iddia müəyyən öhdəliklərin qoyulması ilə bağlı olduğu üçün tələb iddia icraatı formasında İnzibati məhkəməyə verilməlidir. Lakin ərizəçi yuxarıda göstərilən hallara riayət etmədən məhkəməyə müraciət etmişdir. Ona görə də ərizə Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən mülki mühakimə qaydasında baxılmalı olmadığı üçün ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) 1-ci maddəsinə uyğun olaraq bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.4-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqandır. Sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələrinin qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlər təbiətinə və məzmununa görə inzibati-prosessual xarakter daşıdığından, inzibati məhkəmələrdə mübahisələndirilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizəçi Coşkun X6 Regional «Asan Xidmət» X3 hərəkətlərindən səlahiyyətli məhkəməyə - İnzibati Məhkəməyə müraciət etməsi izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Mingəçevir Regional «Asan Xidmət» X1rşı Doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsini qəbul etməkdən imtina edilsin. Ərizəçi Coşkun X6 Regional «Asan Xidmət» X3 hərəkətlərindən səlahiyyətli məhkəməyə - İnzibati Məhkəməyə müraciət etməsi izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-761/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-761/2022
25.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver