Məhkəmə qərarları › İş №2(051)-761/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-761/2023

16.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-761/2023 16.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi və tələbin dəqiləşdirilməsi barədə əlavə iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin əməyin mühafizəsi, Texniki Təhlükəsizlik və Yanğından Mühafizə xidmətinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli 287/S saylı əmrin 1.2-ci bəndinin və xx.xx.2022-ci il tarixli 401/S saylı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Azərbaycan İES MMC-nin ona qarşı hərəkəti qanunsuzdur. Belə ki, ştatları ixtisar edərkən ona heç bir iş yeri təklif edilməmişdir. Halbuki, ixtisar olunan şöbənin digər işçilərinə digər iş yerləri təklif edilib və yerləşdirilib. 2022- ci ilin iyul ayında müəssisənin direktoru T.Ə. Hüseynov onu yanına çağırıb işdən öz xoşu ilə çıxmaq haqqında ərizə yazmağı təklif etmiş, o, bundan imtina etmişdir. Bununla da onların aralarında münaqişə yaranmışdır. İşəgötürən əmək məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxarma, ixtisar ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini hər bir halda əsaslandırmalıdır. Onun tələbinə cavab olaraq direktorun icazə vermədiyini bildirmişlər. Məlumdur ki, ölkədə enerjiyə tələbat azalmayıb hətta artıb. Azərbaycan Avropaya enerji ixrac edir. Hazırkı vaxtda "xxxx" MMC -nin ərazisində iki böyük eneryi bloku tikilir. İstehsal gücü 30-40 faiz artırılır. Belə bir zamanda müəssisə rəhbəri T.Ə.Hüseynovun təcürbəli işçiləri işdən uzaqlaşdırması, lazımı sahələri ixtisar etməsi xoş niyyətdən xəbər vermir. İxtisar edilən zaman işçinin iş stajı təcrübəsi, onun bacarığı, savadı, nəzərə alınmalıdır. Bu müəssisədə işlədiyi 31 il müddətində bir dəfə də olsun töhmət və ya başqa cəza təbiri almamış, hətta mükafatlandırılmış, ən başlıcası isə o, birinci Qarabağ müharibəsi veterandır. Bunların heç biri işəgötürən tərəfindən nəzərə alınmayıbdır. Əksinə, onun pensiyaçı olduğu qeyd edilmişdir. Halbuki, Əmək Məcəlləsinin 10-1 maddəsi ilə dövlət büdcəsindən maliyələşən müəssisələrin yaş həddi tənzimlənir. Həmin maddənin 1 bəndində bu yaş həddi 65 yaş müəyyən olunmuşdur. Adından göründüyü kimi "xxxx" MMC“ məhdud məsuliyyətli kommersiya qurumudur. Yəni özü qazanır və dövlətdən maliyyələşmir. "xxxx" MMC“ öz ehtirazında Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu ilə xx.xx.2021 tarixli 04 saylı “Yanğından mühafizənin təşkili” haqqında müqavilə bağladığını göstərir, lakin bu qurumun adını göstərmir. Bu qurum əlavə olunan müqavilədə göstərildiyi kimi, Bakı şəhərində yerləşən FHN-nin Neftayırma Müəssisələri üzrə X1. Müqavilənin 3.1-ci bəndinə əsasən "xxxx" MMC bu qurumun 90 nəfər üzvünə aylıq 90142,5 manat, illik 1 081 710 manat pul ödəyir. Özü də hər ayın 20 -dən gec olmamaqla, lakin öz mühəndisinə ayda 600 manat ödəmək istəmir. Bundan əlavə öz müəssisəsinin yanğından mühafizə üzrə qurpunu ləğv edir. Avtomatik yanğınsöndürmə üzrə yegənə mütəxəssisini 65 yaşında işdən çıxarır. Adı çəkilən xx.xx.2021 tarixli 04 saylı Bakıda yerləşən qurumla bağlanan müqavilədə işçilərin sayı 90 nəfər göstərilib. Etiraza əlavə olunan işçilərin siyahısında işçilərin sayı 94 nəfər göstərilib. Hər hansı FHN-nin qurumu ilə bağlanan müqavilə müəssisənin daxili yanğın təhlükəsizliyini əvəz etmir. Bu qurumlar hərbiləşdirilmiş yanğınsöndürmə hissələridir. Tabeçiliyi birbaşa Nazirliyin müvafiq qurumuna aiddir. Bu yanğın söndürmə hissələri ən yaxşı halda stansiyadan qıraqda, ona yaxın ərazidə yerləşir. Məqsəd yanğın zamanı hadisə yerinə tez bir zamanda çatmaqdır. Çünki starateji əhəmiyyətli obyektlərdə yanğın söndürülməsində dəqiqələr önəmli rol oynayır. "xxxx" MMC-də tonlarla zəhərli maddələr, 250 atmosfer təzyiqdə, 550 dərəcə selsidə işçi buxar hərəkət edir. Bütün bunlar böyük təhlükə mənbəyidir. Rəhbərlik "xxxx" MMC də yanğından mühafizə üzrə mühəndisə istehsal zərurətinin aradan qalxmasından bəhs edir. Müəssisənin yarandığı 40 il müddətində Yanğından mühafizə mühəndisi, inspektoru mövcud olub. Bu ştatda işləyənlər şöbə şəkilində yox, birbaşa baş mühəndisə, direktora tabe olublar. Etirazda ƏM-nin 11 maddəsinə istinad edilib. İddia edilir ki, işəgötürənin struktur bölmələri ləğv etmək hüququ vardır, əslində isə Əmək məcəlləsinin 11 maddəsilə bu başa düşülmür, ya da təhrif olunur. "xxxx" MMC-in rəhbərliyi yanğından mühafizə xidmətini ləğv edəndə, heç bir dövlət hüquqi normativ aktlarına istinad etməyib. Yarandığı tarixdə 40 il müddətində fəaliyyət göstərən yanğından mühafizə sistemini bir qələmlə ləğv edib. "xxxx" MMC müqavilə bağlayaraq yanğın təhlükəsizliyini etibar etdiyi qurumun əsas vəzifəsi, strateji müəssisələri bir çox təhlükələrdən, o cümlədən yanğın təhlükəsizliyindən mühafizə etməkdir. "xxxx" MMC-nin direktorunun 401/s saylı əmək müqavilsınə xitam verilməsi haqqında əmri qanunsuzdur. Burada Əmək Məcəlləsinin 71-ci maddəsinin 3 bəndi pozulub. Belə ki, işəgötürən Əmək Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Burada əsas kimi göstərilən 287/S saylı 20 iyul 2022-ci il tarixli Əməyin Mühafizəsi, Texniki Təhlükəsizlik və Yanğından Mühafizə xidmətinin ləğv olunması haqqında əmr, xüsusi ilə də əmrin 1.2 bəndi Əmək Məcəlləsinə və mövcud qanunvericiliyi pozmaqla verilmişdir. "xxxx" MMC-nin 27 iyul 2022-ci il tarixdə Həmkarlar Təşkilatına ştatların ixtisar edilməsinə razılıq alınması üçün müraciət etmişdir. Ştatların və işçilərin ixtisar edilməsi haqqında 287/s saylı əmr isə 20 iyul 2022-ci il tarixdə verilmişdir. Göründüyü kimi əmr veriləndən 7 gün sonra yada düşüb ki, buna həmkarların razılığı da lazımdır. 27 iyulda Həmkarlar Təşkilatına razılıq almaq üçün müraciət ediblər. Nəhayət, həmkarlar təşkilatı 04 avqust 2022-ci il tarixə məkubla razılığını bildirib, İdarə aparatında ƏM.TT.və Yanğın Mühafizə xidmətindən Aqil Mahmudov və İddiaçı əmək müqaviləsinə xitam verilməsinə razılaşmışlar. Hesab edir ki, işəgötürənin qeyd olunan əmri qanusuzdur. Bundan başqa cavabdeh tərəf məhkəməyə təqdim etdiyi etirazında və əlavə ərizəsində onun iddia müddətini ötürməsinə istinad etmişdir. Cavabdehin qeyd olunan ərizəsinə münasibətdə qeyd edir ki, o, xx.xx.2022-ci il tarixdə mediasiya şurasına müraciət etdiyi üçün məhkəmədə iddia qaldırmamış, xx.xx.2023-cü il tarixdə isə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı aldıqdan sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, qanunla nəzərdə tutulmuş iddia müddətini ötürməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı qəbul etmədi və təmsil etdiyi hüquqi şəxsin adından göstərdi ki, İddiaçı şəxsi işində olan sənədlərə əsasən müəyyən olunur ki, iddia ərizəsində iddia tələbini əsaslandırmaq üçün istinad etdiyi hallar əsassız və qanunsuzdur. Belə ki, İddiaçı ərizəsində Əmək müqaviləsinə Azərbaycan İES” MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 401/S saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən, həmin məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən xitam verilməsinin qanunsuz olmasını əsaslandırarkən, ona heç bir iş təklifi edilməməsini göstərmişdir. İddiaçı şəxsi işində olan JB seriyalı 036844 nömrəli diplomun surətinə əsasən müəyyən olunur ki, o, 1980-ci ildə Azərbaycan Dövlət Unversitetinin Kimya fakültəsini bitirmişdir. Dövlət İmtahan komissiyasının 19 iyun 1980-ci il tarixli qərarı ilə “Kimya müəllimi” ixtisasına yiyələnmişdir, ixtisar olunarkən 65 yaşı tamamlanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubuna əsasən müəyyən olunur ki, İddiaçı güzşətli şərtlərlə yaşa görə əmək pensiyaçısıdır. Eyni zamanda "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən müəyyən olunur ki, İddiaçı ixtisar olunduğu dövrdə “kimya müəllimi” ixtisasına və əvvəllər işlədiyi vəzifələrə uyğun vakant yer olmadığı üçün iş təklif etmək mümkün olmamışdır. "xxxx" MMC-də Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsini, istehsalın səmərəliliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin müəyyən edilməsi məqsədi ilə struktur rəhbərlərinin təkliflərini əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq müzakirə edib obyektiv, habelə əsaslanmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılması haqqında "xxxx" MMC-nin direktoru tərəfindən xx.xx.2022-ci il tarixli 105/Ş nömrəli Əmr verilmişdir. Həmin komissiyanın 15 iyul 2022-ci il tarixli 17 nömrəli iclas protokoluna əsasən müəyyən olunur ki, qeyd olunan iclasda strukturu kurasiya edən baş mühəndisin təqdimatı müzakirə olunaraq "xxxx" MMC ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 04 nömrəli “Yanğından mühafizənin təşkili haqqında” müqavilə əsasında stansiyanın yanğından mühafizə vəziyyətinə tam nəzarət etdiyindən, yəni "xxxx" MMC- nin mühafizə olunan obyektlərində hərbiləşdirilmiş yanğından mühafizənin şəxsi heyəti tərəfindən yanğına qarşı profilaktik tədbirlərin həyata keçirilməsi, xidmət olunan fasiləsiz postların, sahə və sektorların dislokasiyasının, dəyişdirilməsinin və əlavə postların və fasiləsiz, yəni 24 saat ərzində dozoriarın-gözətçilərin qoyulmasını təmin etməyi öz öhdəsinə götürmüşdür. "xxxx" MMC isə yanğından mühafizə xidmətini həyata keçirən 90 nəfər şəxsi heyətə maliyyə xərclərinin verilməsini müqavilənin 1 nömrəli əlavəsinə uyğun təmin etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda qeyd olunan müqavilənin şərtlərinin yerinə yetirilməsi ilə əlaqədar 68 nömrəli X2 Mühəndis-İnspektor heyətinin mühafizə olunan obyektə təhkim olunmaları haqqında xx.xx.2022-ci il tarixdə verilmiş 023 nömrəli əmrə əsasən müəyyən olunur ki, "xxxx" MMC-nİn mühafizə olunan obyektləri Mühəndis-İnspektor heyətinin təhkim olunduğu mühafizə olunan obyektdə xidmət aparmaları üçün şərti olaraq qruplaşdırılaraq, yəni "xxxx" MMC-nin bütün mühafizə obyektlərini əhatə edən 7 xidmət sahəsi yaradılmışdır ki, onların da hər birinə ixtisaslı mütəxəssis olan Mühəndis-İnspektor təhkim edilmişdir. Komissiyanın xx.xx.2022-ci il tarixli 17 nömrəli protokoluna əsasən müəyyən olunur ki, komissiya yuxarıda göstərilənlərə əsasən "xxxx" MMC-nin ƏM, TT və YM xidmətinin “Yanğın təhlükəsizliyi üzrə aparıcı mühəndis” ştatına istehsalat zərurətinin aradan qalxması, həmçinin idarəetmə formasını optimaiiaşdırmaq məqsədi ilə ƏM, TT və YM xidmətinin ləğv edilərək Texniki İstehsalat şöbəsinə birləşdirilməsi və ƏM, TT və YM Xidmət üzrə xidmət rəisi (ödəmə dərəcəsi 13) bir ştat vahidi və həmin ştatda çalışan X9, ƏM, TT və YM xidməti üzrə yanğın təhlükəsizliyi üzrə aparıcı mühəndis (ödəmə dərəcəsi 10) 1 ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisar edilməsi qərara almışdır. ƏM, TT və YM xidmətinin digər 3 mühəndisi isə ƏM və TT qrupu kimi müəssisənin Texniki istehsalat şöbəsinə birləşdirilmişdir. Eyni zamanda Texniki təhlükəsizlik üzrə aparıcı mühəndis X3 öz istəyi ilə xx.xx.2022-ci il tarixdə stansiyanın Mərkəzi təmir sexinə aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. X9 isə öz istəyi ilə mühəndis-elektrik kimi öz ixtisasına uyğun olaraq xx.xx.2022-ci il tarixdə Texniki İstehsalat şöbəsinin ƏM və TT qrupunun aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. Sənədlər araşdırılarkən iddiaçıya qarşı təmsil etdiyi hüquqi şəxsin qərəzli münasibətdə olmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Ona görə də, "xxxx" MMC-nin direktoru tərəfindən komissiyanın xx.xx.2022-ci il tarixli 17 nömrəli iclas protokolunda qəbul edilmiş qərara əsasən "xxxx" MMC-nin İdarə aparatının ƏM, TT və YM Xidmətinin ləğv edilməsi, qrup şəklində Texniki İstehsalat şöbəsinə birlədirilməsi, İqtisadiyyat və Əməyin Təşkili şöbəsinin ləğv edilməsi və bölmə şəklində Mühasibatlıq şöbəsinə birləşdirilməsi, Texniki İstehsalat şöbəsində, mühasibatlıq şöbəsində və Ümumi şöbədə ştat vahidlərinin və işçilərin ixtisar edilməsi haqqında xx.xx.2022-ci il tarixli 287/Ş nömrəli əmr verilmiş, həmin əmrin 1.2 bəndinə əsasən aparıcı mühəndis 01 ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisar edilmişdir. İddiaçı 10 ildən çox əmək stajı olduğu nəzərə alınaraq Əmək müqaviləsi ləğv edilməzdən 09 (doqquz) təqvim həftəsi əvvəl ona xx.xx.2022-ci il tarixli 100/01-07-173 qeydiyyat nömrəli xəbərdarlıq verilmişdir. Həmin xəbərdarlıqda Nəzərovun çalışdığı ştatın ixtisara düşdüyü üçün onunla bağlanmış Əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam veriləcəyi göstərilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində Nəzərovun əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaratmaq məqsədi ilə 01 iş günü əmək funksiyasının icrasından azad edilmişdir. Həmçinin, iddiaçının ixtisasına uyğun boş iş yeri olmadığı üçün başqa işə keçirilməsinin mümkün olmadığı bildirilmişdir. "Azərbaycan İES” MMC-nin Həmkarlar ittifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli 43 nömrəli protokoluna əsasən müəyyən olunur ki, idarə aparatının ƏM, TT və YM Xidmətinin Yanğın Təhlükəsizliyi üzrə aparıcı mühəndis ştatına və həmin ştatda çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ixtisar olunmasına razılıq verilmişdir. Odur ki, İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə 401/s nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, 71-ci maddənin 1-ci hissəsinin tələblərinə riayət olunmaqla xitam verilmişdir. Hal-hazırda "xxxx" MMC-də Yanğın Təhlükəsizliyi üzrə aparıcı mühəndis ştatı mövcud deyildir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 13-9/100/04-42 nömrəli arayışına əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə son haqq-hesab və işdənçıxma müavinəti olaraq 1634,24 (bir min altı yüz otux dörd) manat məbləğində pul ödənilmişdir. Eyni zamanda İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər siyahısına daxil deyildir. "xxxx" MMC tərəfindən verilmiş 13-9/100/01-04/1-49 nömrəli xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən olunur ki, İdarə aparatı ƏM, TT və YMX- də 1 vahid “Yanğın Təhlükəsizliyi üzrə aparıcı mühəndis” ştatı mövcud olmuşdur və həmin ştatda, ancaq İddiaçı tək işləmişdir. Ona görə də İddiaçı “müharibə veteranı” olması faktı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulduğu kimi iş üzrə üstünlük hüququ kimi qiymətləndirilə bilməz. Beləliklə, sənədlərə əsasən müəyyən olunur ki, İddiaçı Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71 -ci maddəsinin 1 -ci hissəsinin tələblərinə riayət etməklə xx.xx.2022-ci il tarixli 401/Ş saylı əmr ilə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi qanuni və əsaslıdır. Bununla belə iddiaçı iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı işə bərpa tələbinə dair iddia müddətinin axımı xx.xx.2022-ci il tarixdən başlayıb xx.xx.2022-ci il tarixədə bitməli idi. Lakin iddiaçı xx.xx.2022-ci il tarixdə mediasiya şurasına müraciət etdiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün qalan 02 gün müddətin axımı dayanmışdır. Mediasiya sessiyasında iştirak edilməməsi barədə iddiaçıya xx.xx.2023-cü il tarixdə arayış verilmişdir. Belə olan halda iddiaçının işə bərpa tələbinə dair iddia müddətinin axımı xx.xx.2023-cü il tarixdən növbəti gün başlayıb, 02 gün sonra xx.xx.2023-cü il tarixdə başa çatmışdır. İddiaçı tərəfindən isə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edilmişdir. Bununla da iddiaçı AR ƏM-nin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 01 təqvim ayı müdddəti ötürmüşdür. Bu da iddianın rədd edilməsi üçün əsasdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, əvvəllər İddiaçı ilə bir yerdə işləmişlər. İşlədiyi dövrdə iddiaçı ilə müəssisənin direktoru arasında heç bir münaqişə olmamışdır. Məhkəmə iclası zamanı cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, "xxxx" MMC-də Baş Mühəndis vəzifəsində işləyir. O, uzun müddət iddiaçı ilə bir yerdə işləmişdir. "xxxx" MMC-də Reabilitasiya proqramı çərçivəsində aparılan yenidənqurma işləri ilə əlaqədar müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsini, istehsalın səmərəliliyini və idarəetmənin optimallaşdırılmasını təmin etməyən ştat vahidlərinin və ixtisar olunacaq işçilərin müəyyən edilməsi məqsədi ilə struktur rəhbərlərinin təkliflərini əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq müzakirə edib obyektiv, habelə əsaslanmış qərar qəbul edilməsi üçün mütəxəssislərdən ibarət komissiya yaradılması haqqında "xxxx" MMC-nin direktoru tərəfindən xx.xx.2022- ci il tarixli 105/Ş nömrəli Əmr verilmişdir. Həmin komissiyanın 15 iyul 2022-ci il tarixli 17 nömrəli iclas protokoluna əsasən müəyyən olunur ki, qeyd olunan iclasda strukturu kurasiya edən baş mühəndisin təqdimatı müzakirə olunaraq "xxxx" MMC ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 04 nömrəli “Yanğından mühafizənin təşkili haqqında” müqavilə əsasında stansiyanın yanğından mühafizə vəziyyətinə tam nəzarət etdiyindən, yəni "xxxx" MMC-nin mühafizə olunan obyektlərində hərbiləşdirilmiş yanğından mühafizənin şəxsi heyəti tərəfindən yanğına qarşı profilaktik tədbirlərin həyata keçirilməsi, xidmət olunan fasiləsiz postların, sahə və sektorların dislokasiyasının, dəyişdirilməsinin və əlavə postların və fasiləsiz yəni 24 saat ərzində dozoriarın - gözətçilərin qoyulmasını təmin etməyi öz öhdəsinə götürmüşdür. "xxxx" MMC isə yanğından mühafizə xidmətini həyata keçirən 90 nəfər şəxsi heyətə maliyyə xərclərinin verilməsini müqavilənin 1 nömrəli əlavəsinə uyğun təmin etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda qeyd olunan müqavilənin şərtlərinin yerinə yetirilməsi ilə əlaqədar 68 nömrəli X2 Mühəndis-İnspektor heyətinin mühafizə olunan obyektə təhkim olunmaları haqqında xx.xx.2022-ci il tarixdə verilmiş 023 nömrəli əmrə əsasən müəyyən olunur ki, "xxxx" MMC-nİn mühafizə olunan obyektləri Mühəndis- İnspektor heyətinin təhkim olunduğu mühafizə olunan obyektdə xidmət aparmaları üçün şərti olaraq qruplaşdırılaraq, yəni "xxxx" MMC-nin bütün mühafizə obyektlərini əhatə edən 7 xidmət sahəsi yaradılmışdır ki, onların da hər birinə ixtisaslı mütəxəssis olan Mühəndis- İnspektor təhkim edilmişdir. Komissiyanın xx.xx.2022-ci il tarixli 17 nömrəli protokoluna əsasən müəyyən olunur ki, komissiya yuxarıda göstərilənlərə əsasən "xxxx" MMC-nin ƏM, TT və YM xidmətinin “Yanğın təhlükəsizliyi üzrə aparıcı mühəndis” ştatına istehsalat zərurətinin aradan qalxması, həmçinin idarəetmə formasını optimaiiaşdırmaq məqsədi ilə ƏM, TT və YM xidmətinin ləğv edilərək Texniki İstehsalat şöbəsinə birləşdirilməsi və ƏM, TT və YM Xidmət üzrə xidmət rəisi (ödəmə dərəcəsi 13) bir ştat vahidi və həmin ştatda çalışan X9, ƏM, TT və YM xidməti üzrə yanğın təhlükəsizliyi üzrə aparıcı mühəndis (ödəmə dərəcəsi 10) 1 ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisar edilməsi qərara almışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 şahid X4 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları tam təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, habelə şahid ifadələrinə və işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan "xxxx" MMC-nin direktorunun 401/Ş saylı xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İşdə olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə “Azərbaycan DRES”-in qazan-turbin avadanlıqlarının daşınması üzrə 4-cü dərəcəli maşinist vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci il tarixli əmrlə həmin müəsissədə ətraf mühitin mühafizəsi şöbəsində mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1996-cı il tarixdə həmin şöbədə tutduğu vəzifədə 2-ci kateqoriya verilmiş, xx.xx.2002-ci il tarixdə AR Əm-nin 70-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.xx.xx.2002-ci il tarixdə “Azərbaycan DRES”-də etibarlılıq, əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinə 01 il müddətinə mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdə müqavilənin müddəti xx.xx.2003-cü il tarixədək uzadılmış, xx.xx.2004-cü il tarixdə əmək müqaviləsinin müddəti bitdiyi üçün AR ƏM-nin 73-cü maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2004-cü il tarixdə o əvvəlki işi olan təhlükəsizlik texnikası, texniki istismar və əməyin mühafizəsi şöbəsinə mühəndis vəzifəsinə işə bərpa edilmiş, xx.xx.2019-cu il tarixdə həmin şöbədə aparıcı mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan İES-da əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə xidmətində yanğın təhlükəsizliyi üzrə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan "xxxx" MMC-nin direktorunun 105/Ş №-li xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, obyektivliyi təmin etmək üçün sex və sahələrdə istehsalat zərurəti olmayan ştat vahidlərinin və həmin ştatlarda çalışan ixtisara düşəcək işçilərin müəyyən edilməsi barədə əsaslandırılmış qərar qəbul edilməsi üçün ixtisaslı və səlahiyyətli mütəxəssislərdən ibarət komissiya yaradılmışdır. Komissiyanın xx.xx.2022-ci il tarixli 17 nömrəli protokolundan görünür ki, komissiya yuxarıda göstərilənlərə əsasən "xxxx" MMC-nin ƏM, TT və YM xidmətinin “Yanğın təhlükəsizliyi üzrə aparıcı mühəndis” ştatına istehsalat zərurətinin aradan qalxması, həmçinin idarəetmə formasını optimaiiaşdırmaq məqsədi ilə ƏM, TT və YM xidmətinin ləğv edilərək Texniki İstehsalat şöbəsinə birləşdirilməsi və ƏM, TT və YM Xidmət üzrə xidmət rəisi (ödəmə dərəcəsi 13) bir ştat vahidi və həmin ştatda çalışan X9, ƏM, TT və YM xidməti üzrə yanğın təhlükəsizliyi üzrə aparıcı mühəndis (ödəmə dərəcəsi 10) 1 ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisar edilməsi qərara almışdır. ƏM, TT və YM xidmətinin digər 3 mühəndisi isə ƏM və TT qrupu kimi müəssisənin Texniki istehsalat şöbəsinə birləşdirilmişdir. İşdə olan "xxxx" MMC-nin direktoru tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 287/Ş nömrəli əmrdən görünür ki, komissiyanın xx.xx.2022-ci il tarixli 17 nömrəli iclas protokolunda qəbul edilmiş qərarı əsasında "xxxx" MMC-nin İdarə aparatının ƏM, TT və YM Xidmətinin ləğv edilməsi, qrup şəklində Texniki İstehsalat şöbəsinə birləşdirilməsi, İqtisadiyyat və Əməyin Təşkili şöbəsinin ləğv edilməsi və bölmə şəklində Mühasibatlıq şöbəsinə birləşdirilməsi, Texniki İstehsalat şöbəsində, mühasibatlıq şöbəsində və Ümumi şöbədə ştat vahidlərinin və işçilərin ixtisar edilmişdir. həmin əmrin 1.2 bəndinə əsasən aparıcı mühəndis 01 ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisar edilmişdir. İddiaçı 10 ildən çox əmək stajı olduğu nəzərə alınaraq Əmək müqaviləsi ləğv edilməzdən 09 (doqquz) təqvim həftəsi əvvəl ona xx.xx.2022-ci il tarixli 100/01-07-173 qeydiyyat nömrəli xəbərdarlıq verilmişdir. İşdə olan "xxxx" MMC-də X5 tətbiqi ilə əlaqədar ştat vahidlərinin müəyyən edilməsi məqsədi ilə yaradılmış komissiyanın 17 №-li xx.xx.2022-ci il tarixli iclas protokolundan görünür ki, qeyd olunan iclasda strukturu kurasiya edən baş mühəndisin təqdimatı müzakirə olunaraq "xxxx" MMC ilə Azərbaycan Respublikası Föqəladə Hallar Nazirliyinin müvafiq qrumu ilə xx.xx.2021-ci il tarixdə bağlanmış 04 nömrəli “Yanğından mühafizənin təşkili haqqında” müqavilə əsasında stansiyanın yanğından mühafizə vəziyyətinə tam nəzarət edildiyindən, yəni "xxxx" MMC- nin mühafizə olunan obyektlərində hərbiləşdirilmiş yanğından mühafizənin şəxsi heyəti tərəfindən yanğına qarşı profilaktik tədbirlərin həyata keçirilməsi, xidmət olunan fasiləsiz postların, sahə və sektorların dislokasiyasının, dəyişdirilməsinin və əlavə postların və fasiləsiz, yəni 24 saat ərzində dozoriarın gözətçilərin qoyulmasını təmin etməyi öz öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC-nin əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə xidmətinin tərkibində yalnız bir ştat vahidi yanğın təhlükəsizliyi üzrə aparıcı mühəndis ştatı mövcud olmuşdur. Həmin ştatda da İddiaçı işləmişdir. İşdə olan "xxxx" MMC-nin direktoru tərəfindən İddiaçı Məmaf oğluna göndərilmiş 20 iyul 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, tutduğu ştat ixtisara düşdüyünə görə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi, xx.xx.1991-ci il tarixdən müəssisədə işlədiyi, yəni on ildən çox əmək stajı olduğu üçün ona orta aylıq əmək haqqı saxlanmaqla hər iş həftəsində 01 gün əmək funksiyasının icrasından azad edilməsi və ona orta əmək aylıq əmək haqqının azı iki misli miqdarında işdənçıxma müavinəti ödənilməsi, İxtisasına uyğun iş yeri olmadığına görə başqa işə keçirilməsinin mümkün olmadığı ilə bağlı iddiaçıya azı doqquz təqvim həftəsi əvvəl rəsmi xəbərdar edilmişdir. İşdə olan JB seriyalı 036844 nömrəli diplomun surətindən görünür ki, o, 1980-ci ildə Dövlət İmtahan komissiyasının 19 iyun 1980-ci il tarixli qərarı ilə Azərbaycan Dövlət Unversitetinin Kimya fakültəsini “Kimya müəllimi” ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ixtisar olunduğu dövrdə “kimya müəllimi” ixtisasına və əvvəllər işlədiyi vəzifələrə uyğun vakant yer olmadığı üçün iş təklif etmək mümkün olmamışdır. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı 401/Ş №-li xx.xx.2022-ci il tarixli əmrə əsasən əmək haqqı, son haqq-hesab və işdənçıxma müavinəti həmin tarixdə 1634,24 manat məbləğində hesablanmış ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 287/Ş saylı əmrin surətindən görünür ki, həmin əmrin 1.2 bəndinə əsasən aparıcı mühəndis 01 ştat vahidi və həmin ştatda çalışan İddiaçı ixtisar edilmişdir. İşdə olan "Azərbaycan İES” MMC-nin Həmkarlar ittifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli 43 nömrəli protokolundan görünür ki, idarə aparatının ƏM, TT və YM Xidmətinin Yanğın Təhlükəsizliyi üzrə aparıcı mühəndis ştatına və həmin ştatda çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ixtisar olunmasına razılıq verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC-də hal-hazırda “yanğın təhlükəsizliyi üzrə aparıcı mühəndis” ştatı mövcud deyildir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilk dəfə xx.xx.1991-ci ildə “Azərbaycan DRES”-in qazan-turbin avadanlıqlarının daşınması üzrə 4-cü dərəcəli maşinist vəzifəsinə işə qəbul edilmiş, ondan sonra iddiaçı orada müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan İES-da hazırkı əmək mübahisəsinin yaranmasına səbəb olan, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə xidmətində yanğın təhlükəsizliyi üzrə mühəndis vəzifəsinə keçirilmişdir. "xxxx" MMC-nin direktorunun əmri ilə obyektivliyi təmin etmək üçün sex və sahələrdə istehsalat zərurəti olmayan ştat vahidlərinin və həmin ştatlarda çalışan ixtisara düşəcək işçilərin müəyyən edilməsi barədə əsaslandırılmış qərar qəbul edilməsi üçün ixtisaslı və səlahiyyətli mütəxəssislərdən ibarət komissiya yaradılmış, həmin komissiyanın qərarı və müəssisə Həmkarlar ittifaqı komitəsinin razılığı əsasında, xəbərdarlıq müddəti gözlənilməklə, xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və 71- ci maddənin 1 -ci hissəsinin tələblərinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, tərəflərin dəvət etdikləri və məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrinin iş üçün əhəmiyyəti olan hallara aid olubolmamsının müəyyən edilməsi üçün həmin şahid ifadələrinə iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu halında qiymət verilməlidir. Belə ki, iddiaçı tərəfin dəvət etdiyi şahid ifadəsində işin mübahisə edilən hallarına aydınlıq gətirməmiş, yalnız tərəflər arasınada mövcud münasibəti göstərməklə işin mübahisə edilməyən hallarına dair ifadə vermişdir. Ona görə də məhkəmə həmin şahidin ifadəsini iş üçün əhəmiyyəti olan hallara aid olmadığı üçün sübut növü kimi qəbul etmir və işin həlli zamanı nəzərə almır. Bununla belə məhkəmə cavabdeh tərəfin dəvət etdiyi şahidlərin ifadələrinə də qiymət verməyi zəruri hesab edir. Doğrudur, həmin şahidlər hazırda cavabdeh tərəfin rəhbərlik etdiyi müəssisədə müxtəlif vəzifədə işlədiklərinə görə xidməti asılılıq münasibətlərinin təsiri altında ifadə vermişlər. Ona baxmayaraq, məhkəmə həmin şahidlərin ifadələrinin doğruluğunu tamamilə şübhə altına almır. Belə ki, həmin şahidlər "xxxx" MMC-də X5 tətbiqi ilə əlaqədar ştat vahidlərinin müəyyən edilməsi məqsədi ilə yaradılmış komissiyanın üzvləri olmuşlar və 17 №-li xx.xx.2022-ci il tarixli iclasda iştirak etmişlər. Məhkəmə iclası zamanı da şahidlər həmin iclasda müzakirə edilmiş və protokolda qeyd edilmiş məsələlərlə bağlı ifadə vermişlər. Şahid ifadələri ilə qeyd olunan rəsmi sənədlər arasında ziddiyyət olmamışdır. Ona görə də məhkəmə cavabdeh tərəfin təqdim etdiyi şahid ifadələrini sübut növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndində göstərilir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Həmin Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. İşə götürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsaslarındandır. Həmin Məcəlləsinin 71-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin Məcəllənin 2-ci bəndinə əsasən İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda, şəhid ailəsinin üzvü olan, müharibə iştirakçısı olan, əsgər və zabit arvadı (əri) olan, öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan və xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxsin və qaçqın statusu olan, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin işdə saxlanmasına üstünlük verir. Həmin Məcəllənin 79-cu maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin, həmçinin işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə və həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan maddi hüquq normalarına əsasən hesab edir ki, iddiaçının əmək müqaviləsi işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatı ixtisar edilməsi əsası ilə ləğv edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilməmişdən əvvəl işəgötürən qanunvericilik ilə müəyyən edilmiş qaydada və müddətdə iddiaçını rəsmi qaydada xəbərdar etmiş, həmkarlar istifaqı təşkilatının razılığını almış, ididaçıya əmək haqqı saxlanılmaqla iş axtarmaq imkanı yaradılması məqsədi ilə işəgötürən tərəfindən bir iş günü əmək funksiyasının icrasından azad etmiş, həmçinin iddiaçıya işdənçıxarma müavinəti verilmişdir. Eləcə də, işçilərin ixtisarı zamanı iddiaçının işdə saxlanmağa üstünlüyünün olmasının nəzərə alınması və ona ixtisasına uyğun iş təklif edilməsi mümkün olmamışdır. Bundan başqa iddiaçı əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər kateqoriyasına aid olmamış, həmçinin onun əmək müqaviləsinin ləğv edilməsi zamanı qanunla qadağan olunan hallara istinad edilməmişdir. Göründüyü kimi tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının subyektiv hüququ cavabdeh tərəfindən pozulmamışdır. Bununla yanaşı, məhkəmə iddiaçının müharibə veteranı olmasına istinad edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunması ilə bağlı dəlillərini əsaslı hesab etmir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda müharibə iştirakçılarının işdə saxlanmasına üstünlük verir. Göründüyü kimi əmək müqaviləsi işçilərin sayı və ştatların ixtisarı əsası ilə ləğv edilərkən, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda müharibə iştirakçılarına üstünlük verilməsini nəzərdə tutmuşdur. Lakin iş materiallarında olan sənədlərdəndə göründüyü kimi "xxxx" MMC-nin əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə xidmətinin tərkibində yalnız bir ştat vahidi yanğın təhlükəsizliyi üzrə aparıcı mühəndis ştatı mövcud olmuşdur. Həmin ştatda da İddiaçı tək işləmişdir. Belə olan halda ona üstünlük verilməsi üçün ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olan digər bir işçi olmadığı üçün iddiaçının istinat etdiyi dəlillər əsaslı sayıla bilməz. Məhkəmə, həmçinin iddiaçının işəgötürən tərəfindən ona baş işin təklif edilməməsi ilə bağlı dəlillərini də əsaslı hesab etmir. Belə ki, işdə olan sənədlələ təsdiq edilir ki, iddiaçı”kimya müəllimi” ixtisasına sahib olduğuna görə ona ixtisasına uyğun iş təklif olunması mümkün olmamışdır. Bununla yanaşı məhkəmə, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı istinad etdiyi dəlillərə münasibətdə qeyd edir ki, hazırkı tələb üzrə iddia müddətinin tətbiq edilməsi üçün qanunda nəzərdə tutulmuş kifayət qədər əsaslar yoxdur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, işin müəyyən olunmuş hallarına görə xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və 71- ci maddənin 1 -ci hissəsinin tələblərinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçı əmək qanunvericiliyi ilə fərdi əmək mübahisəsinin həll edilməsi üçün müəyyən edilmiş 1 təqvim ayının bitməsinə 2 gün qalmış, yəni xx.xx.2022-ci il tarixdə cavabdehlə arasındakı mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə Mingəçevir 01 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etmədiyindən, Mediasiya haqqında Qanunun 29.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə iddiaçıya “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Mediasiya haqqında AR Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixdə mediasiya şurasına müraciət etdiyindən iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün müəyyən edilmiş 01 təqvim ayının bitməsi üçün qalmış 02 gün müddətin axımı dayanmışdır. İddiaçıya xx.xx.2023-cü il tarixdə “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verildiyindən həmin vaxtdan iddia müddətinin axımı bərpa edilmişdir. Belə olan halda İddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etməli olduğu son gün xx.xx.2023cü il olmuşdur. Həmin tarix isə qeyri iş gününə təsadüf etdiyindən ən yaxın iş günü olan xx.xx.2023-cü il müddətin bitdiyi gün olmuşdur. AR Əmək Məcəlləsinin 8-ci maddəsinin 4-cü hissəsinə əsasən əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. İddiaçı tərəfindən də elə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, lakin Elektron Məhkəmə İnformasiya Sistemində olan bəzi texniki problemlərə görə həmin iddia ərizəsi xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçirilmişdir. Belə ki, iş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin dəftərxana müdiri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində bəzi texniki problemlər olduğuna görə həmin tarixdə iddia ərizəsini qeydiyyatdan keçirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə mediasiya şurasına müraciət etdiyindən həmin tarixdən iddia müddətinin axımı kəsilmiş və xx.xx.2023-cü il tarixdən iddia müddəti yenidən başlanmışdır. İddiaçı isə məhkəməyə 2023-cü ilin fevral ayının 06-da müraciət etmişdir. Ona görə də hazırkı tələb üzrə iddia müddəti tətbiq edilməməlidir. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, cavabdeh "xxxx" MMC-nin direktoru tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 401/Ş saylı əmri qanuni və əsaslı olduğundan, iddiaçının əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC-nin arasında başlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilərkən, iddiaçının subyektiv hüququ pozulmadığına, digər tələblər üzrə iddia qaldırarkən isə iddiaçı subyektiv hüquqa malik olmadığına görə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "xxxx" MMC-nin əməyin mühafizəsi, Texniki Təhlükəsizlik və Yanğından Mühafizə xidmətinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli 287/S saylı əmrin 1.2 bəndinin və xx.xx.2022-ci il tarixli 401/S saylı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar