Məhkəmə qərarları › İş №2(051)-773/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-773/2022

14.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-773/2022 14.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi,Vəkil1, cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, nümayəndəsi,Vəkil2 iştirakı ilə, mənzildən məcburi qaydada mıxarılma tələbinə dair ilk iddia və mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhəri M.Füzuli küçəsində yerləşən 23 №-li evin 3 №-li mənzilindən məcburi qaydada çıxarılma tələbinə dair ilk iddia ilə, Cavabdeh İddiaçı qarşı həmin mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı-cavabeh İddiaçı nümayəndəsi,Vəkil1 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianın isə qəbul etməyərək izahatında bildirdi ki, Mingəçevir şəhəri Füzuli küçəsində yerləşən 23 №-li evin 3 №-li mənzili İddiaçı atası X6 müllkiyyətində olmuşdur. İddiaçının anası Tavad Hacıyeva 31 mart 1992-ci ildə, atası Osman Hacıyev 01 yanvar 1995-ci ildə vəfat etmişdir. Atasının varisi kimi miras əmlakı tək iddiaçı qəbul etmişdir. Mənzil hazırda iddiaçının mülkiyyətindədir. Bununla bağlı iddiaçıya mülkiyyət hüququnu təsdiq edən Çıxarış verilmişdir. Lakin iddiaçı mülkiyyətində olan həmin mənzildən istifadə edə bilmir. Ona görə ki, iddiaçının mülkiyyətində olan mənzildə uzun müddətdir ki, onunla heç bir bağlılığı olmayan Cavabdeh yaşayır. İddiaçı dəfələrlə mənzilinin boşaldılmasını, mənzildən çıxarılmasını tələb etsə də cavabdeh iddiaçıya məxsus mənzildən çıxmamışdır. Nəticədə də iddiaçının mülkiyyətçi kimi hüquqları pozulur. Ona görə də ilk iddianın təmin olunmasını, Cavabdeh iddiaçının mülkiyyətində olan Füzuli küçəsində yerləşən 23 №-li evin 3 №-li mənzilindən məcburi qaydada çıxaılması barədə, cavabdeh-iddiaçının qeyd edilən mənzilə hər hansı bir hüququ olmadığına, əsassız olduğuna görə qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh-iddiaçı Cavabdeh məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri ünvan 1 mənzili onun dayısı X6 mülkiyyətində olmuşdur. İddiaçı-cavabdeh İddiaçı də onun dayısının oğludur. 1992-ci ilin mart ayında dayısının arvadı Tavad Hacıyeva vəfat etdi. Həyat yoldaşının yasını verdikdən sonra dayısı Osman Hacıyev onların evinə gəldi və dedi ki, Solmaz tibb bacısıdır, gedib onun evində qalsın, həm Mingəçevir şəhərində işə düzələr, həm də ona baxar. Dayısının vəziyyətinə görə razılaşdılar. O, dayısının evinə Mingəçevir şəhəri M.ünvan 1 mənzilinə gəlib dayısının mənzilində yaşamağa başladı. O, həm dayısına qulluq edir, həm də mənzili təmizləyir, qoruyub-saxlayırdı. Həmin vaxt dayısı oğlu Telman Rusiyada idi. X17 gəldi, onlar 1992-ci ilin noyabr ayında el adəti ilə toy etdilər. İddiaçı-cavabdeh İddiaçı həmin vaxt bildirdi ki, Rusiyaya qayıtmaq üçün bileti var, qayıdanda nikahlarını rəsmiləşdirərlər. Dayısı ilə birlikdə yaşayır, birlikdə təsərrüfat idarə edirdilər. 1993-cü ildə dayısının təklifi ilə onun mülkiyyətində olan mənzilə qeydiyyata alınmışdır. 1995-ci ilin yanvar ayında dayısı Osman Hacıyev vəfat etdi. Telman atasının yasına gəlib, üç gündən sonra yenidən Rusiyaya qayıtdı. Ancaq o, dayısının mülkiyyətində olan mənzildə yaşamaqda davam etdi. Yaşadığı müddətdə 2 dəfə mənzili təmir etdirmiş, mənzili qoruyub saxlamışdır. Həm də dayısının qəbrnin üstünü götürdü. İddiaçı 30 ildən sonra, 2021-ci ilin iyun ayında Azərbaycana qayıtdı və ona xəbər göndərdi ki, mənzil hazırda onun mülkiyyətindədir, mənzildən çıxsın, satıb qayıtmaq istəyir. Lakin o, mənzildən çıxmadı. Hesab edir ki, İddiaçı iddiası əsassızdır. O, mənzilin mülkiyyətçisinin razılığı, təklifi ilə həmin mənzilə köçmüş, üç il mülkiyyətçi ilə bir ailə üzvü kimi yaşamış, birlikdə təsərrüfat idarə etmişlər. 30 ildir həmin mənzildə qeydiyyatdadır və həmin mənzildə yaşayır. Hesab edir ki, onun mübahisələndirilən mənzildən istifadə hüququ yaranmışdır. Ona görə də ilk iddia əsassız olduğuna görə rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi, Vəkil2 da məhkəmə iclasında ilk iddia əsassız olduğuna görə rədd olunmasını, qarşılıqlı iddia isə qanuni cəhətdən əsaslı olduğuna görə təmin olunmasını xahiş etdi. X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, İddiaçı dayısı, Cavabdeh isə anasının bibisi qızıdır. X25 1992-ci ildə vəfat etdi. Nənəsinin vəfatından sonra babası Osman Hacıyev tək qaldı. Babasının oğlu, yəni onun dayısı İddiaçı Rusiyada yaşayırdı, çox az hallarda Mingəçevirə gəlirdi. Babası xəstə idi, ayaqdan şikəst idi. Babası tək qaldığına görə bacısı qızı Solmazı evlərinə gətirdi ki, ona baxsın. Solmaz ağıllı, tərbiyəli, işgüzar bir qız olduğuna görə onunla Telmanı evləndirmək razılığına gəldilər. Telmanla Solmaz da evlənməyə razı oldular. El adəti ilə onların toyu oldu, ancaq rəsmi qaydada nikahları bağlanmadı. Ona görə ki, Telman tez Rusiyaya qayıtdı. Ailə qurduqdan sonra babası Solmazı öz mənzilinə qeydiyyata aldırdı. Onlar çox mehriban yaşayırdılar, Solmaz dayısına, yəni onun babasına çox yaxşı baxırdı. Babası 1995-ci ilin yanvar ayında vəfat etdi. Babasının ölümündən sonra da Solmaz mübahisəli mənzildə yaşamaqda davam etdi və hazırda da həmin mənzildə yaşayır. X8 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, İddiaçı onun dayısdır. X18 vəfatından sonra babası Osman Hacıyev tək qaldığına görə bacısı qızı Solmazı öz evinə gətirdi ki, ona baxsın. Babası xəstə idi, ayaqdan şikəst idi. Babasının təklifi ilə Telmanla Solmaz evləndilər, onların el adəti ilə toyları oldu. O da toyda iştirak etmişdir. Ancaq aralarında nikah bağlanmadı. Ona görə ki, dayısı Telman çox vaxt Rusiyada yaşayırdı və toydan az sonra Rusiyaya getdi ki, qayıtdıqdan sonra nikahlarını qeydə aldırar. Solmaz onun babasına yaxşı qulluq edirdi, babası Solmazdan çox razı idi, Solmazı öz mənzilinə qeydə də aldırmışdır. 1995-ci ilin yanvar ayında babası Osman Hacıyev vəfat etdi. Babasının ölümündən sonra da Solmaz babasından qalmış mənzildə yaşamış, hazırda da həmin mənzildə yaşayır. Solmaz 30 ilə yaxındı ki, həmin mənzildə yaşayır, yaşadığı müddətdə mənzili iki dəfə təmir etdirmişdir. O da tez-tez babasının mülkiyyətində olmuş mənzilə gedib-gəlir, Solmaz da onu yaxşı qarşılayır. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Cavabdeh onun əmisi Telmanın arvadıdır. X20 arasında rəsmi nikah qeydə alınmasa da onların el adəti ilə toyları olmuşdu. O, Solmaza həmişə gəlinbacı deyə müraciət edirdi. Babasının ölümündən sonra da o, babasının evinə gedibgəlirdi, bəzən də Solmazla birlikdə qalırdı. Əmisi Telman çox vaxt Rusiyada yaşasa da Solmazın da qayğısına qalırdı, onlara zəng edib Solmazı tək qoymamağı tapşırırdı. Əmisi Telman 2021-ci ilin yayında Mingəçevirə gəlmişdi, onunla birlikdə bir rus qadını da gəlmişdi. Əmisi özünün ata evində deyil, onların evində qalırdı. Əmisinin Solmaza olan münasibəti onları da narahat etdiyinə görə əmisindən ailəsini dağıtmamağını, öz evlərinə, Solmazın yanına getməyi xahiş etdilər.Ancaq əmisinin əsəbləri pozulmuşdur. Gah Solmazla ailə münasibətləini bərpa etdirmək istəyirdi, gah da hirslənib özündən çıxırdı. Elə bil ki, əmisini onunla gələn rus qadını idarə edirdi. Onlar bir neçə gün qaldıqdan sonra Rusiyaya qayıtdılar. İddaçı-cavabdehin vəsatəti ilə məhkəmə iclasında şahid kimi ifadə verən X7 ifadəsində bildirdi ki, Telmanın qardaşının arvadıdır. O, ailə qurduqdan sonra 3 il qayınatası ilə bir mənzildə yaşamışdır, sonra mənzil alıb köçmüşlər. Qayınatasının təklifi ilə Telmanla Solmaz evlənmiş, el adəti ilə toy etmişlər. Lakin onlar az bir müddət bir yerdə yaşamışlar. Telman Rusiyada yaşayırdı, eləcə də Solmazı həyat yoldaşı kimi istəmirdi. Telman bir neçə dəfə atasına zəng edərək Solmazı mənzildən çıxarmağı, onunla bir ailə kimi yaşamağı istəmədiyini bildirmişdir. Atası da cavabında Telmana demişdir ki, gəlib özün çıxararsan. X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, İddiaçı onun əmisidir. Eşitdiyinə görə əmisi Telman Rusiyada bir qadınla evlnmişdir. Solmazla ailə qurmaq istəməmişdir. Əmisi Rusiyada yaşayır, atasının yasını verəndən sonra da Rusiyaya qayıtmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia təmin olunmamalı, qarşılıqlı iddia təmin olunmalıdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X16, anası X5r. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X12 31 mart 1992-ci ildə, X16 01 yanvar 1995-ci ildə ölmüşdür. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-2093/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X6 mülkiyyətində olan və miras qalmış Mingəçevir şəhəri M.ünvan 1 mənzili İddiaçı tərəfindən miras əmlak kimi qəbul olunması faktının müəyyən edilməsi qət edilmişdir. İşə əlavə olunmuş 12 fevral 2021-ci il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1995-ci ildə vəfat etmiş X6 vərəsəsi Rusiya Federasiyasında qeydiyyatda olan oğlu İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak Mingəçevir şəhəri Məhəmməd ünvan 1 mənzilindən ibarətdir. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Məhəmməd ünvan 1 mənzili xx.xx.2022-ci il tarixdən İddiaçı tam mülkiyyətindədir. İşdə olan 5 saylı MİS-dən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilir ki, Cavabdeh xx.xx.1993-cü ildə M.ünvan 1 mənzilinə 3 aylıq müddətə müvəqqəti qeydiyyata alınmışdır. İşə tərəflərin 1992-ci ilin noyabr ayında el adəti ilə təşkil edilmiş toy məclisinin video görüntüləri olan disk əlavə olunmuşdur. İşə əlavə olunmuş Mingəçevir şəhər Polis şöbəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilir ki, Mingəçevir şəhər polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən xx.xx.2005-ci il tarixdə Cavabdeh AE 02598180 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş, Mingəçevir şəhəri ünvan 1 mənzilinə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikasının DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilir ki, xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh xx.xx.1993-cü il tarixdən Mingəçevir şəhəri ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə iclasında X6 mülkiyyətində olmuş Mingəçevir şəhəri M.ünvan 1 mənzilə dair ev kitabına baxış keçirilən zaman cavabdeh-iddiaçı X1 1993-cü ildən həmin mənzilə qeydiyyata alınması müəyyən edildi. Mənzildə Hacıyev Osman, onun arvadı Hacıyeva Tavad və Cavabdeh qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materialları ilə müəyyən edildi ki, Mingəçevir şəhəri M.ünvan 1 mənzili X6 mülkiyyətində olmuşdur. Mülkiyyətçi Osman Hacıyev ilk iddia üzrə İddiaçı atası,qarşılıqalı iddia üzrə iddiaçı Cavabdeh dayısıdır. Məhkəmə iclasında, həmçinin, müəyyən edildi ki, mülkiyyətçi Osman Hacıyev 1992-ci ildə bacısı qızını,hazırkı iş üzrə cavabdeh-iddiaçını özünəməxsus mənzilə köçürmüş, 1993cü ildə öz mənzilinə qeydiyyata saldırmış, 1995-ci ilə kimi birlikdə yaşamış, təsərrüfatı birlikdə idarə etmişlər. Cavabdeh-iddiaçı Cavabdeh ilə iddiaçı-cavabdeh İddiaçı 1992-ci ildə el adəti ilə toy etmişlər, faktiki ailə münasibətlərində olmuşlar. El adəti ilə toy etdikdən az sonra iddiaçı-cavabdeh İddiaçı Rusiya Federasiyasına qayıtmışdır. Mülkiyyətçi Osman Hacıyev 1995-ci ilin yanvar ayında vəfat etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh dayısının ölümündən sonra da həmin mənzildə yaşamaqada davam etmiş, mənzili qoruyub saxlamış, hazrda da mübahisəli mənzildə yaşayır. Cavabdeh-iddiaçı Cavabdeh 30 ildir daimi olaraq mübahisəli mənzildə yaşayır. Mənzilə xx.xx.2022ci ildə iddiaçı-cavabdeh İddiaçı mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2001-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında hüquq münasibətləri yaranan zaman, yəni 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilir ki, yaşayış evinin mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərməmişsə, evdə yaşayış sahəsində onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İş materiallarından göründüyü kimi mübahisəli mənzil iddiaçı-cavabdeh İddiaçı mülkiyyətinə keçməmişdən bir neçə il qabaq əvvəlki mülkiyyətçi Osman Hacıyev cavabdeh-iddiaçı Cavabdeh həmin mənzilə köçürmüş, Cavabdeh mülkiyyətçi ilə bir neçə il həmin mənzildə yaşamış, təsərrüfatı birgə idarə etmişlər. Mənzil iddiaçı-cavabdehin mülkiyyətinə keçməmişdən əvvəl Cavabdeh mənzildə istifadə hüququ əldə etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdeh-iddiaçı Cavabdeh Mingəçevir şəhəri M.ünvan 1 mənzilindən məcburi qaydada çıxarlması tələbinə dair ilk iddia əsassız olduğuna görə təmin olunmamalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, mülkiyyətçinin təklifi ilə mənziə köçüb, onunla birlikdə ümumi təsərrüfat aparmış, 30 il həmin mənzildə yaşayan cavabdeh-iddiaçı Cavabdeh mənzilə istifadə hüququ əldə etmişdir. Ona görə də cavabdeh-iddiaçı Cavabdeh Mingəçevir şəhəri M.ünvan 1 mənzilinə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhəri M.ünvan 1 mənzilindən məcburi qaydada çıxarılması tələbinə dair ilk iddia təmin olunmasın. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh Mingəçevir şəhəri M.ünvan 1 mənzilinə istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar