Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-777/2021 26.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Ərizəçi: Ərizəçi etibarnamə üzrə nümayəndəsi X14 iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Mirası faktik qəbul etdiklərinə görə onları qanun üzrə vərəsə kimi tanınması və qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsasladırmışdır ki, O-Ərizəçi əri-X12 ilə xx.xx.1991-ci ildə rəsmi nigaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nigahdan 3 övladı vardır. xx.xx.1992-ci il təvəllüdlü X13, xx.xx.1994-cü il təvəllüdlü X7 və xx.xx.1996-cı il təvəllüdlü X9 vardır. Onlar onun himayəsində yaşayırlar. Övladlarının hamısı yetkinlik yaşına çatmışdır. Onun əri X12 cavabdeh- X15 qarşı “pul tələbinə dair” Bərdə rayon Məhkəməsində iddia qaldırmış və xx xxxxxx 2016cı il tarixdə məhkəmə işə baxmış, iddia təmin edilmiş, cavabdeh X10 5.000 (beş min) AZN manat pulun ondan tutularaq, əri iddiaçı Ədalət Hüseynova verilməsi barədə qətnamə qəbul etmişdir. O və əri 1993-cü ildən Ağdam rayonundan Mingəçevir şəhərinə pənah gətirmiş və hazırda Mingəçevir şəhər Yen Həyat qəsəbəsi C-1 saylı evdə yaşayırlar. xx xxxxxx 2016-cı il tarixdə iş-2(21)-5109\2016 saylı icra vərəqəsi açılmışdır. Həmin icra vərəqəsinə əsasən, borclu X10 5030 (beş min otuz) AZN manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq, tələbkar X12 vəfat etdiyinə görə, Bərdə rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Sahil İspəndiyarov xx.xx.2020-ci il tarixdə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. X16 Xidmət Mərkəzinin Notariat ofisi həyat yoldaşı X12 xx.xx.2018-ci il tarixdə vəfat etdiyinə görə və onların tərəfindən vaxtında ərizə verilmədiyi üçün onlara qanun üzrə vərəsəliyə görə qanun üzrə vərəsəlik şəhadətnaməsi vermir və imtina məktubu vermişdir. Ona görə də əri Ədalət Hüseynovun qanun üzrə vərəsəsi odur və həmin 5030 (beş min otuz) AZN manat pul ona verilməlidir. Mirası faktik qəbul etdiklərinə görə onları qanun üzrə vərəsə kimi tanınması və qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi X20 məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək, tələbini azaldaraq Mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi nümayəndəsi X20 verdiyi izahatında məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X12 xx.xx.1991-ci ildə rəsmi nigah bağlamışlar. İşdə olan Bərdə rayon Məhkəməsinin xx xxxxxx 2016-cı ildə İcra Vərəqəsindən görünür ki, Cavabdeh Vüqar Əyyub oğlundan 5000 (beş min) manat və dölət rüsumu əvəzinin alınaraq iddiaçı X8 verilməsi qət edilmişdir. İşdə olan X1, X4, X2 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlar miras qalan əmlakdan pay istəmir və gələcəkdə bu barədə iddia qaldırmayacaqlar. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2018–ci il tarixdə vəfat etmişdir. İşdə olan notariat əməliyyatının aparılmasından imtina edilməsinə dair xx.xx.2020–ci il tarixli qərardan görünür ki, xx.xx.2018–ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlakı qəbul etmək üçün Ərizəçi Notariat Kontoruna müraciət etmiş, lakin ərizəçi mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığı üçün notariat əməliyyatının aparılmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən ərizəçinin izahatı və digər iş materialları ilə müəyyən edilir ki, xx.xx.2018–ci il tarixdə vəfat etmiş mərhum X12 ərizəçinin əri olmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, mərhum X12 ndan qalan mirasın ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.2–ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3–cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi mərhum X3 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Həmçinin, mərhum X5 vərəsələri olan X11, X13, X9 mərhum Ədalət Hüseynovdan qalmış mirasdan pay istəmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2–ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi mirasın qəbul etmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-777/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-777/2021
26.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver