Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-777/2022 01.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «mirasın qəbul etmə faktının» müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhər avtonəqliyyat kombinantının “Gülşən” kollektiv bağçılıq təsərüfatında yerləşən 0,06 ha torpaq sahəsinin onun yəni, Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkldə onun adına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışına hazırlanması zamanı Ərizəçi bildirmişdir ki, Mingəçevir şəhər avtonəqliyyat kombinatının “Gülşən” kollektiv bağçılıq təsərrüfatında yerləşən 0.6 ha torpaq sahəsi mərhum atası X5 adına verilmişdir. X15 24 sentyabr 1992-ci ildə rəhmətə getmişdir. Onlar ailədə 4 qardaş və 1 bacı olmaqla 5 uşaq olmuşlar. X1 14 yanvar 2017-ci ildə, qardaşı X8 30 aprel 2014-cü ildə və digər qardaşı X10 isə 14 sentyabr 2019-cu ildə rəhmətə getmişlər. Bundan sonra o, bacısı X6 və qardaşı X7 ilə aralarında razılığa gələrək notariat kontoruna müraciət etmiş və atasından miras qalmış əmlakı özü qəbul etmək istədi. Ancaq notariat kontorundan mənə mirasın qəbul edilməsi faktının müəyyən olunmasından ötrü məhkəməyə müraciət etməyim tövsiyyə olundu. Hazırda qeyd olunan torpaq sahəsindən özü istifadə edirə. Atasından miras qalmış əmlakı başqa yolla əldə edə bilmir. Odur ki, Mingəçevir şəhər avtonəqliyyat kombinantının “Gülşən” kollektiv bağçılıq təsərüfatında yerləşən 0,06 ha torpaq sahəsinin onun yəni, Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun adına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması iclasında iş materiallarını nəzərdən keçirib, ərizəçini dinləyib, hal-hazırkı işin məhkəmədə baxılmalı olmaması müəyyən etmişdir. Belə ki, məhkəmə hesab edir ki, hal-hazırkı əmlak miras kütləsinə daxil deyildir. Çünki mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. İş materiallarından da görünür ki, X4 miras qalmış daşınmız əmlak mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmamışdır. Odur ki, məhkəmə hesab edir ki, X4 miras qalmış daşınmaz əmlak, həmin əmlakın üzərindlə onun mülkiyyət hüquqi üzrə hüquqları dövlət qeydiyyatına alındıqdaq sonra miras kütləsinə daxil edilə bilər. İş mateniallarnıda olan «Mingəçevir Baş ANM-nın “X2 üzvlərinin ümumi siyahısında Qarayev Vəlinin adı qeyd olunasada» qeyd olunan torpaq sahəsinin mülkiyyət hüquqlarının müəyyən edən sənəd kimi qəbul edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi məhkəmədən kənar həmin hüquqların əldə edilməsi imkanını itirməmişdir. Belə ki, ərizəçi atası X5 istifadəsinə verilmiş Mingəçevir şəhər avtonəqliyyat kombinatının “Gülşən” kollektiv bağçılıq təsərrüfatında yerləşən 0.6 ha torpaq sahəsinin məhrumun adına mülkiyyət hüqüqlarının dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iş məhkəmədə baxılmalı oldmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Ərizəçiyə aidiyyəti üzrə səlahiyyətli müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah olunmalıdıır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 262.3-ci maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1 263,264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Ərizəçi Mingəçevir şəhər avtonəqliyyat kombinantının “Gülşən” kollektiv bağçılıq təsərüfatında yerləşən 0,06 ha torpaq sahəsinin onun yəni, Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkldə onun adına verilməsi tələbinə dair mülki iş məhkəmədə baxılmalı olmaması əsasları ilə iş üzrə icraata xitam verilsin. Ərizəçi aidiyyəti üzrə səlahiyyətli müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-777/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-777/2022
01.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver