Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-778/2022 28.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək mərhum həyat yoldaşı X1 adına qeydə alınmış miras əmlak olan və onun tərəfindən faktiki sahiblik və idarə edilən Mingəçevir şəhəri, AzDres qəsəbəsi, “ Nur” şadlıq sarayının arxasındakı ərazidə olan 300 kv.m torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və ona vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizəçi tərəfindən təqdim edilmiş ərizədə mərhum arvadından miras qalmış torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və ona vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edilmişdir. Mirasın qəbul edilməsi faktı hüquqi əhəmiyyətli fakt olmaqla xüsusi icraat qaydasında baxılan iddia olsa da, ərizəçiyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi məhkəmənin səlahiyyətinə aid deyil. Belə ki, vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi notariat orqanlarının səlahiyyətinə aiddir və hansısa orqanın üzərinə müəyyən hərəkətlərin edilməsi ilə əlaqədar vəzifələrin qoyulması inzibati icraat qaydasında həll edilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 2-ci hissəsinin 3-cü bəndinə əsasən notarius vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsində görə məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi geri qaytarılır. Məhkəmə MPM-in 149, 151, 152, 306.1, 310-cu maddələrini əlaqəli şəkildə nəzərdən keçirərək bu qənaətə gəlir ki, bu Məcəllənin 30-40-6-cı fəsillərində ayrı qayda nəzərdə tutulmamışdırsa, iddia icraatı qaydasında verilən iddialar üzrə iddia ərizəsinin geri qaytarılması əsasları, xüsusi icraat qaydasında verilən ərizələrə münasibətdə də nəzərə alınmalı, eyni zamanda ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkün hesab edilməlidir. Göründüyü kimi ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə həm mirasın qəbul edilməsi faktı, həm də vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi xahiş edilməklə, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblər pozulmaqla verildikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Ərizəçi mərhum həyat yoldaşı X1 adına qeydə alınmış miras əmlak olan və onun tərəfindən faktiki sahiblik və idarə edilən Mingəçevir şəhəri, AzDres qəsəbəsi, “ Nur” şadlıq sarayının arxasındakı ərazidə olan 300 kv.m torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və ona vərəsəlik şəhadətnaməsi verilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-778/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-778/2022
28.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver