Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-778/2024 13.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi” tələbinə dair mülki işə baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu Seyidlər kənd ərazisində yerləşən Şəhid ailələri üçün tikilmiş binadan, 2 otaqlı mənzilə dair istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı tərəf xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. İş materiallarına əlavə ediliş sənədlər: Mingəçevir şəhər qeydiyyat şöbəsi tərərfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q- 953/69 nömrəli arayışdan görünür ki, X3 xx.xx.1992-ci ildə Mingəçevir Şəhərində doğulmuşdur. Bu barədə xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində 1315 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2 oğlu, anası- İddiaçıdır. Bərdə Regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 138519 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə, 304 nömrə ilə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş məlumata əsasən şəhid X1 həyat yoldaşı Güllü Rzayeva Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərancamının icrası çərçivəsində xx.xx.2021-ci il tarixində mənzillə təmin olunmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2366/2023 saylı məlumata əsasən Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərancamının icrası çərçivəsində mənzilin verilməsi həyata keçirildiyindən, cavabdeh orqanın sizi yenidən mənzillə təmin etməklə bağlı öhdəliyi yoxdur. Odur ki, sözügedən mənzildən istifadə edilməsi ilə bağlı Cavabdeh ilə aralarında mübahisə mövcuddursa bununla bağlı mənzilin yerləşdiyi yer üzrə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2366/2023 saylı qərardaddından görünür ki, İddiaçı cavabdeh ƏƏSMN tabeliyində sosial Xidmətlər Agetntliyinə qarşı “cavabdehin üzərinə mənzil verilməsi öhdəliyinin qoyulması” barədə ərizəsi mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanmasına dair ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. (170.2) Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.(170.3) “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 nömrəli Qərarının 2-ci bəndinə görə, məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin geri götürülməsi mülki prosesin sərbəstlik prinsipinə uyğundur, cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmir. Odur ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanmasına dair ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260 və 263-264-cü maddələrini rəhbər tutaraq Qəraraaldı: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-778/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-778/2024
13.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver