Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-787/2021 18.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Musayeva Günel Şövkət qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə nümayəndəsi X14 və Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı «mənzildən çıxarma və mənzilin boşaldılması» tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh Mingəçevir şəhəri 504 mənzilli yeni yaşayış kompleksindəki 2 №-li binada yerləşən 21 №-li mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti etibarnamə üzrə nümayəndəsi X14 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir.Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı göstərilməyən şəxslər qeyri qanuni yolla yaşayır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 15 avqust 2013-cü il “57” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Ağdam rayonundan məcburi köçkün X2 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 504 mənzili yeni yaşayış qəsəbəsindəki 2 №-li binada 21 №-li 1 otaqlı mənzil ilə təmin edilmişdir. 07 dekabr 2020-ci il tarixdə X11 vəfat etmişdir. Xüsusi təyinatlı müqavilənin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil İstismar Departamentinin Mingəçevir şəhəri üzrə Mənzil Kommunal istismar Sahəsi təqdim edilməli olduğu halda, Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 21 №-li evdə Cavabdeh qeyri qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən 21 №-li mənzilin zəbt edilməsi və Cavabdeh mənzildə qeyri qanuni yaşaması müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə ona dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin cavabdeh şəxs mənzilin təhvil verilməsindən imtina etmişdir. Ona görə də Cavabdeh və ona məxsus əşyaların Mingəçevir şəhəri 504 mənzilli yeni yaşayış kompleksindəki 2 saylı binada yerləşən 21 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Mingəçevir şəhəri 504 mənzilli yeni yaşayış kompleksindəki 2 №-li binada yerləşən 21 №-li mənzildə uzun illərdir yaşamışdır. Sözügedən mənzil onun anasının istifadəsinə verilmişdir. Bir müddət ailə qurması ilə əlaqədar başqa mənzildə yaşasa da sonradan anasının istifadəsinə verilmiş mənzilə köçmüş, anası ilə birlikdə yaşamışdır. Anası vəfat etdikdən sonra da sözügedən mənzildə o, yaşayır. Onun başqa yaşayış yeri yoxdur. Ona görə də iddianın rədd olunmasını xahiş edir. X6 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Cavabdeh və anası X7 uzun illərdir tanıyır. Cavabdeh anası ilə əvvəllər Az.Dres qəsəbəsində qaçqınlar üçün salınmış fin evlərində yaşamışdır. Sonradan anasının istifadəsinə verilmiş Mingəçevir şəhəri 504 mənzilli yeni yaşayış kompleksindəki 2 №-li binada yerləşən 21 №-li mənzilə köçmüşlər. Anasının vəfatından sonra da Cavabdeh sözügedən mənzildə yaşayır. X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Cavabdeh və anası X11 ilə 1995-ci ildən Az.Dres qəsəbəsində qaçqınlar üçün salınmış fin evlərində qonşu olmuşlar. Cavabdeh anası ilə birlikdə yaşayırdı. X19 vəfat etdikdən sonra da Gülnar övladı ilə birlikdə Mingəçevir şəhəri 504 mənzilli yeni yaşayış kompleksindəki 2 №-li binada yerləşən 21 №-li mənzildə yaşayır. X9 məhkəmə iclasında digər şahidlərin ifadələrinə uyğun ifadə verərək Cavabdeh ilə 2016-cı ildən bir binada yaşadığını, Gülnarın əvvəllər X19 ilə birlikdə yaşadığını və Aybəniz Hüseynovanın vəfatından sonra Gülnarın həmin mənzildə övladı ilə birlikdə yaşamasını bildirdi. İşə əlavə olunmuş 15 avqust 2013-cü ildə bağlanmış 57 saylı kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru X23 və X5 arasında bağlanan müqavilə şərtlərinə görə Mingəçevir şəhəri 504 mənzilli yeni yaşayış kompleksindəki 2 №-li binada yerləşən 1 otaqlı 21 №-li mənzil X1 verilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 07.12.2020-ci ildə Mİngəçevir şəhərində ölmüşdür. İşə əlavə olunmuş Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Mingəçevir şəhər 1 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisinin 55 №-li, 22.12.2020-ci il tarixli məktubundan görünür ki, Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 504 mənzilli qəsəbədə bina 2, mənzil 21, 1 otaqlı ünvanında tənha yaşayan Ağdam rayonu Kosalar kəndindən məcburi köçkün X11 07.12.2020-ci il tarixdə vəfat etdiyi üçün mənzil boşalmışdır. Mənzildə əvvəllər X11 ilə birlikdə qeydiyyatsız yaşayan Ağdam rayonu Kosalar kəndindən məcburi köçkün Cavabdeh mənzilin açarını Mingəçevir şəhər 1 saylı Mənzil-Kommunal İstismar Sahəsinə təhvil verməkdən imtina edir. İşdə olan 28 dekabr 2020-ci il tarixli aktda göstərilir ki, Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 504 mənzilli qəsəbədə 2 №-li binanın 21 №-li mənzilində yaşayan məcburi köçkün X11 07.12.2020-ci il tarixdə vəfat etdiyi üçün mənzil boşalmışdır. Mənzildə Ağdam rayon Kosalı kəndindən məcburi köçkün Cavabdeh qeydiyyatsız yaşayır, mənzilin açarlarını təhvil verməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan hallar kimi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə X11 arasında 15.08.2013-cü ildə müqavilə bağlanmış və Mingəçevir şəhəri 504 mənzilli yeni yaşayış kompleksindəki 2 №-li binada yerləşən 21 №-li mənzil X1 verilmişdir. Aybəniz Hüseynova 07.12.2020-ci ildə vəfat etmişdir. X4 Hüseynova 2013-cü ilə kimi anası ilə birlikdə yaşasa da həmin vaxtdan ailə qurması ilə əlaqədar mənzildə yaşamamış və bu səbəbdən də 15.08.2013-cü il tarixli kirayə müqaviləsində ailə üzvü kimi adı qeyd edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən çıxarılma və mənzilin boşaldılması ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mənzil və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuşdur. Mənzil Məcəlləsinin 8-ci maddəsinə əsasən mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Məcburi köçkünlərə yaşayış sahəsi Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən xüsusi təyinatlı yaşayış sahələri kirayə müqaviləsi əsasında verilir. Mənzil Məcəlləsinin 107-ci maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 3-cü hissəsində “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ”nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qovmaqla və digər vasitələrlə evləri özqəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məhkəmə iş materiallarını və qanunun müvafiq maddələrini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə X11 arasında müqavilə bağlanmış və sözügedən mübahisəli mənzil ancaq Aybəniz Hüseynovanın istifadəsinə verilmişdir. A.Hüseynova 2020-ci ildə vəfat etmişdir. Mənzildə A.Hüseynovanın qızı Cavabdeh yaşadığı məlum olmuşdur. A.Hüseynova ilə müqavilə bağlanarkən Cavabdeh ailə quraraq başqa yerdə yaşadığına görə ailə üzvü kimi onun adı qeyd edilməmiş və qeyd edilən mənzilə ona istifadə hüququ verillməmişdir. Ona görə də Cavabdeh sözügedən mənzildən istifadə etmək üçün qanuni əsası yoxdur. Odur ki, iddia tələbi təmin edilməli və cavabdeh Hüseynova X10 şəhəri 504 mənzilli yeni yaşayış kompleksindəki 2 №-li binada yerləşən 21 №-li mənzildən çıxarılmalı və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Mingəçevir şəhəri üzrə MKİS-ə təhvil verilməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət e t d i : İddia təmin edilsin. Cavabdeh Hüseynova X10 şəhəri 504 mənzilli yeni yaşayış kompleksindəki 2 №-li binada yerləşən 21 №-li mənzildən çıxarılsın və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Mingəçevir şəhəri üzrə MKİS-ə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-787/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-787/2021
18.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver