Məhkəmə qərarları › İş №2(051)-796/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-796/2021

03.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-796/2021 03.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Musayeva Günel Şövkət qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası ərazi bütövlüyü uğurunda1993-cü ildə gedən döyüş əməliyyatları zamanı xəstəliyin yaranma faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmə iclasından kənar qaydada baxaraq, Müəyyən etdim: Ərizəçi Azərbaycan Respublikası ərazi bütövlüyü uğurunda1993-cü ildə gedən döyüş əməliyyatları zamanı xəstəliyin yaranma faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 14cü bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də hər hansı təhsil müəsssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi Ərizəçi Azərbaycan Respublikası ərazi bütövlüyü uğurunda1993-cü ildə gedən döyüş əməliyyatları zamanı xəstəliyin yaranma faktının müəyyən edilməsi barədə işə məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 261, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərar aldı: Ərizəçi Azərbaycan Respublikası ərazi bütövlüyü uğurunda 1993-cü ildə gedən döyüş əməliyyatları zamanı xəstəliyin yaranma faktının müəyyən edilməsi barədə iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar