Məhkəmə qərarları › İş №2(051)-797/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-797/2021

27.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-797/2021 27.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi , Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi mülkiyyət hüququnun tanınması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinə ərizə vermişdir. Ərizəçi məhkəmə iclası zamanı məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, hazırda ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etmir. Odur ki, ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, ərizəçinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmaqla həmin mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materiallarından görünür ki, ərizəçi ərizəsinin qaytarılmasını tələb edir, işə baxılmasına təkid etmir. Maraqlı şəxs isə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Tərəflərin bu hərəkətlərində qanuna zidd hal yoxdur və bu hər hansı üçüncü şəxsin mənafeyinə qarşı yönəlməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi, ərizəçinin ərizəsinə əsasən Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsində nəzərdə tutulan əsasla baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar