Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-799/2021 29.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər “X1 Mərkəzi” MMC-yə, Cavabdeh2nə və “xxxx” ASC-yə qarşı hərracın nəticələrinə dair yekun protokolun ləğv edilməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər “X1 Mərkəzi” MMC-yə, Cavabdeh2nə və “xxxx” ASC-yə qarşı hərracın nəticələrinə dair yekun protokolun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsi məhkəməyə qeyri-prosessual formada verilmiş, iddiaçılar iddia ərizəsinin giriş hissəsində Cavabdeh2 cavabdeh qismində qeyd etsələr də, həmin orqana qarşı hansı tələbin yönəldiyini dəqiq göstərməmişdir. Beləki, MPM-in 51.1.-ci maddəsinə əsasən, iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. Bu halda iddia tələbinin yönəldiyi şəxslər birgə cavabdeh hesab olunurlar. Cavabdehlərdən hər biri iddiaçıya münasibətdə prosesdə müstəqil çıxış etdiyi üçün qanunvericilik tələb edir ki, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ayrı-ayrılıqda iddia ərizəsində göstərilməlidir. Hazırkı iddia ərizəsində isə cavabdeh qismində göstərilən Cavabdeh2nə qarşı yönəlmiş tələb iddia ərizəsində öz əksini tapmamışdır. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçının cavabdehlərə qarşı yönəlmiş tələbi onların iddiaçı qarşısında birgə məsuliyyət daşımasından irəli gəlməmişdir. Ona görə də iddia tələbi Cavabdeh2nə qarşı yönəlməmişdir. Bu da onu deməyə əsas verir ki, Cavabdeh2 iddia tələbinə cavab verməli şəxs, yəni cavabdeh deyildir. Azərbaycan Respublikası MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı formal qaydada Cavabdeh2 cavabdeh qismində göstərməklə iddianın Mingəçevir Şəhər Məhkəməsinə aidiyyəti olmasına dair formal əsas yaratmışdır. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, tələb qeyri-müəyyən şəkildə məhkəməyə verilmişdir ki, bununla iddiaçılar, iddia ərizəsinin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Göründüyü kimi qeyd olunan maddə, iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməsini iddiaçıya aid etmişdir, yəni iddia ərizəsinin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinə dair qanunla nəzərdə tutulmuş qaydalara əməl edilməsi iddiaçının vəzifəsi kimi təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsaəsn iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər “X1 Mərkəzi” MMC, Cavabdeh2 və “xxxx” ASC-yə qarşı hərracın nəticələrinə dair yekun protokolun ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçılara izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-799/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-799/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver