Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-803/2021 03.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi nümayəndəsi, vəkili X7 iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli 28.12.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən mərhum anası X11 mülkiyyətində olan Mingəçevir şəhərində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət miras əmlakı faktiki qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçinin nümayəndəsi, vəkil X19 əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxsin anası, X23 30 yanvar 2018-ci il tarixdə essensial hipertoniya xəstəliyindən, atası X15 isə 05 fevral 2003-cü il tarixdə kəskin ürək-ağ ciyər çatışmazlığından Mingəçevir şəhərində vəfat etmişlər. Mərhum anası Maniya Əliyevadan 0,06 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsinə dair mərhum anasının adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəli 28.12.2019-cu il tarixli çıxarış verilmişdir. Həyətyanı torpaq sahəsindən anasının sağlığında və onun ölümündən sonra faktiki olaraq istifadə etmiş və miras əmlakı faktiki olaraq qəbul etmişdir. Belə ki, o, miras torpaq sahəsini dəmir çəpərə almış və orada müxtəlif meyvə ağacları əkmişdir. Hazırda miras əmlaka dair öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Bununla bağlı Mingəçevir Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisində fəaliyyət göstərən xüsusi notarius X20 müraciət etmiş, lakin qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi ilə bağlı ərizə vermədiyi üçün həmin orqan bundan imtina etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Təmsil etdiyi şəxs ailədə üç uşaq olmuşlar. Bacısı Məlikova (Əliyeva) X14 rayonu Xanabad kəndində qeydiyyatda olmaqla yaşayır. X29 notariat ofisinə 01.02.2021-ci il tarixdə ərizə verərək bildirmişdir ki, o, anaları Maniya Əliyevadan miras qalmış əmlakı qəbul etməmiş, etməyəcək, miras əmlakdan pay istəmir, gələcəkdə də bu barədə iddia qaldırmayacaq və digər varislərə (varisə) bütövlükdə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razıdır. X2 isə 04.08.2018-ci il tarixdə vəfat etmişdir. Onun qanunüzrə birinci növbəli vərəsələri də miras əmlakdan pay almaq istəmədikllərinə dair notarius tərəfindən təsdiq edilmiş ərizə təqdim etmişlər. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ona miras əmlak olan torpaq sahəsinin üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün lazımdır və o, həmin sənədi başqa qaydada ala bilmir. Bu səbəbdən təmsil etdiyi şəxs məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Odur ki, məhkəmədən ərizənin təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZ №047991 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X15, anası X23 olmaqla, xx.xx.1961-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. İşdə olan AZ №549635 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 atası X15, anası X23 olmaqla, 16.05.1964-cü il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02.03.2021-ci il tarixli arayışdan görünür ki, X15 ilə X23 arasında 17.04.1959-cu il tarixdə Mingəçevir şəhər qeydiyyat şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 105 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ № 123909 nömrəli ölüm haqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X15 05.02.2003-cü il tarixdə ölmüşdür. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 906331 nömrəli ölüm haqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X23 30.01.2018-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 28.12.2019-cu il tarixdə verilmiş ********** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərində yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində **********82 nömrə ilə X11 adına qeydiyyata alınmışdır. İşdə olan X8 tərəfindən verilmiş 01.02.2021-ci il tarixli ərizəsindən görünür ki, o, 30.01.2018-ci il tarixdə vəfat etmiş anası X11 ölümündən sonra qalmış miras əmlakı qəbul etməmiş, etməyəcək, miras əmlakdan pay istəmir, gələcəkdə də bu barədə iddia qaldırmayacaq və digər varislərə (varisə) bütövlükdə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razıdır. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28.04.2021-ci il tarixli 05/Q-336/15 nömrəli arayışdan görünür ki, 01.07.1939-cu il tarixdə Yevlax rayonu Xanabad kəndində anadan olmuş X23 barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 28.04.2021-ci ilədək həmin şəxsə dair yoxlama aparılmış və vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlarda əri X5 ölməsi, oğlu, X6 ölməsi və qızları Ərizəçi və X4 sağ olması aşkar edilmişdir. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28.04.2021-ci il tarixli 05/Q-336/15 nömrəli məktubdan görünür ki, X11 adına Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən 02.02.2018-ci il tarixli 84 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 33 saylı evin,22 saylı mənzil qeyd olunmuşdur. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 938173 nömrəli ölüm haqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X16 04.08.2018-ci il tarixdə ölmüşdür. İşdə olan Mingəçevir şəhəri MKT İstehsalat Birliyi tərəfindən verilmiş 15.04.2021-ci il tarixli aktdan görünür ki, Samux (Hərbi hissə ətrafı) küçəsindəki 28.12.2019-cu il qeydiyyat tarixli, Dövlət Reyestrindən Çıxarışa əsasən mərhumə X17 məxsus 0,06 ha torpaq sahəsi onun sağlığında və 30.01.2018-ci il tarixdə ölümündən sonra qızı Ərizəçi tərəfindən faktiki olaraq istifadə edilir. Torpaq sahəsi setka ilə hasara alınıb və həmin sahədə müxtəlif meyvə ağacları var. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16.05.2021-ci il tarixli 05/Q-360/15 nömrəli arayışdan görünür ki, 02.01.1960-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş X16 barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 16.05.2021-ci ilədək həmin şəxsə dair yoxlama aparılmış və vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlarda arvadı X9, oğulları X21, X18 və qızı X13 sağ olmaları aşkar edilmişdir. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16.05.2021-ci il tarixli 05/Q-360/15 nömrəli məktubdan görünür ki, X6 adına Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən 09.08.2018-ci il tarixli 178 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 33 saylı evin, 22 saylı mənzil qeyd olunmuşdur. İşdə olan X22 tərəfindən verilmiş 08.05.2021-ci il tarixli ərizəsindən görünür ki, o, 30.01.2018-ci il tarixdə vəfat etmiş qaynanası X11 ölümündən sonra qalmış miras əmlakı qəbul etməmiş, etməyəcək, miras əmlakdan pay istəmir, gələcəkdə də bu barədə iddia qaldırmayacaq və digər varislərə (varisə) bütövlükdə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razıdır. İşdə olan X24 və X26 tərəfindən verilmiş 08.05.2021-ci il tarixli ərizələrdən görünür ki, onlar, 30.01.2018-ci il tarixdə vəfat etmiş nənələri X11 ölümündən sonra qalmış miras əmlakı qəbul etməmişlər, etməyəcəklər, miras əmlakdan pay istəmirlər, gələcəkdə də bu barədə iddia qaldırmayacaqlar və digər varislərə (varisə) bütövlükdə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razıdırlar. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 01.02.2021-ci il tarixli 145 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən ərizəçinin izahatı, şahidlərin ifadəsi və digər iş materialları ilə müəyyən edilir ki, 30.01.2018-ci il tarixdə vəfat etmiş mərhum X10 miras qalmış torpaq sahəsi ərizəçi tərəfindən faktiki qəbul edilmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, mərhum X10 qalan mirasın ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən qanunvericilik normalarının sistemli təhlilindən göründüyü kimi, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, mirası qəbul etmiş olsun. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan ərizə araşdırılarkən müəyyən olunmuşdur ki, ərizəçi miras qalmış torpaq sahəsindən istifadə edir və bununla da mirası faktiki qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır Beləliklə, məhkəmə işin faktiki hallarından çıxış edib və maddi hüquq normalarını rəhbər tutaraq bu nəticəyə gəlir ki, mirasın ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edildiyindən ərizə təmin edilməli, X10 miras qalmış Mingəçevir şəhərində yerləşən 0,06 ha torpaq sahəsi Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. 30.01.2018-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmiş mərhum X10 miras qalmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 28.12.2019-cu il tarixdə verilmiş **********82 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın əsasında tam mülkiyyət hüququ ilə ona məxsus olan, Mingəçevir şəhərində yerləşən 0,06 ha yaşayış məntəqələrinə aid torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-803/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-803/2021
03.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver