Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-81/2021 10.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi və mənzilə köçürülmə tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdir ki, Cavabdeh onun məhrum əri Şahabüddün Mustafayevin qardaşıdır. Əri və onun valideynləri vəfat etdikdən sonra Cavabdehlə aralarında miras əmlak bölgüsünə dair mübahisə yaranmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Mingəçevir şəhəri Nizami Gəncəvi küçəsi 5 №-li evin 13 №-li mənzilin və Aydın Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilin ½ hissəsinə onun, ½ hissəsinə cavabdehin miras payı müəyyənləşdirilmişdir. O, mülkiyyət hüquqlarını qeydə aldırıb Çıxarış almışdır. O, ayrı-ayrı ünvanlarda yerləşən iki otaqlı mənzillərdəki paylarının bərabərləşdirilməsi məqsədilə ümumi razılığa gəlməyi təklif etsə də cavabdeh heç cür razılaşmamışdır. Hazırda Cavabdeh yaşadığı Mingəçevir şəhəri A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilin ½ hissəsi də ona məxsusdur, o həmin mənzil payından istifadə etmək istəyir. Həmin mənzilə köçürülməsi və mənzilin çöl qapısının açarlarının ona verilməsi hüququ vardır. Ona görə də Mingəçevir şəhəri A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilinin 1 otağına onun köçürülməsi, mənzilin çöl qapısının açarlarının ona verilməsi, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilin və Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 5 №-li evin 13 №-li mənzilin naturada bölünməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki,onun valideynlərindən miras qalmış mənzillərə İddiaçı payının müəyyən edilməsi barədə məhkəmə qərarları ilə razı deyil, onları ədalətsiz hesab edir. Onun mərhum qardaşının arvadı olmuş iddiaçı tək yaşayır, uşaqları olmamışdır. Onun isə ailəsi və uşaqları vardır. Mübahisələndirilən mənzillərdən başqa digər yaşayış sahəsi yoxdur. İddianın təmin olunmamasımı xahiş edir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilinə X3 1/2 hissə, İddiaçı 1/2 hissədə pay olmaqla mülkiyyət hüququ qeydə alınmışdır. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 5 №-li evin 13 №li mənzilinə X3 1/2 hissə, İddiaçı 1/2 hissədə pay olmaqla mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş məhkəmə ekspertizasının 10/3003 №li xx xxxxxx 2020-ci il tarixli rəyində göstərilir ki, Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 5 №-li evin 13 №-li mənzilinin və A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilinin hər birinin ikidə bir hissədə olmaqla paylara uyğun naturada təcrid şəkildə bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 2.2 bəndinin və Məhkəmə X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbində Mingəçevir şəhəri A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilinə köçürülməsi, mənzilin çöl qapısının açarının ona verilməsini bildirmişdir. İş materialları ilə müəyyən edildi ki, A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilin ikidə bir hissəsi iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçıya mülkiyyət payı olan mənzilə köçüb yaşamağa , mənzildən istifadə etməyə maneə yaradır. Bununla da iddiaçının mülkiyyətçi kimi hüquqları pozulur. Ona görə də məhkəmə hesab edir ki, iddia A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilinə köçürülmə, mənzilə giriş qapısının (çöl qapısının) açarlarının verilməsi tələbinə dair hissədə təmin olunmalıdır. İddiaçı, həmçinin, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilin və Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 5 №-li evin 13 №-li mənzilin naturada bölünməsini tələb edir. İş üzrə keçirilmiş məhkəmə tikinti ekspertizasının rəyindən görünür ki, mənzillərin paylara müvafiq olaraq naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə ekepertizasının rəyini sübut kimi qəbul edərək belə nəticəyə gəlir ki, mübahisələndirilən mənzillərin paylara uyğun naturada bölünməsi texnki cəhətdən mümkün olmadığına görə iddia həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat iddiaçıdan alınıb dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı Rasim qızı Mingəçevir şəhəri A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilinə köçürülsün, mənzilə giriş qapısının (çöl qapısının) açarları iddiaçıya verilsin. İddia Mingəçevir şəhəri A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilin və Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 5 №-li evin 13 №-li mənzilin naturada bölünməsi tələbinə dair hissədə təmin olunmasın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat iddiaçı X2 alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-81/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-81/2021
10.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver