Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-810/2022 27.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qızına qarşı əmlakın çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus olan əşyaların, 2 ədəd şüşəli qorkanın, onun içərisindəki qabların, 1 ədəd künc divanının, 6 ədəd stulun, 1 ədəd güzgülü termonun, pərdənin, 1 ədəd 1 metr uzunluğundsa xalçanın onun mülkiyyətində olan Mingəçevir şəhəri N.B.Vəzirov küçəsi 16 saylı evin 22 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafi edərək izahatında göstərmişdir ki, Mingəçevir şəhəri N.B.Vəzirov küçəsi 16 saylı evin 22 saylı mənzili onun mülkiyyətindədir. Mənzili o, 14 iyun 2005-ci ildə alqı-satqı yolu ilə əldə etmiş və 05 iyul 2005-ci ildə mülkiyyət hüquqları qeydə alınmışdır. Mənzildə X4la 24 may 2018-ci ildə nikaha girmiş Cavabdeh məxsus cehiz əmlaklarının bir qismi vardır. Belə ki, oğlu ilə ailə quran Cavabdeh birgə evlilikdən 25 dekabr 2018-ci il təvəllüdlü İddiaçı, 27 mart 2020-ci il təvəllüdlü Kənan Əhmədov və 15 may 2021-ci il təvəllüdlü Mələk Əhmədova adlı uşaqları olsa da onların ailə münasibətləri alınmadığından faktiki olaraq ayrılmışlar. X4 Rusiya Federasiyası vətəndaşıdır və orada yaşayır. Cavabdeh isə onunla əri Şəiq Əhmədovla birgə yaşaya bilmədiyindən özünə məxsus geyim əşyalarını cehiz əşyalarını bir çoxunu qızıl zinət əşyalarını yığaraq mənzili tər etmişdir. Hazırda onun mənzilində Cavabdeh məxsus 2 ədəd şüşəli qorkanın, onun içərisindəki qabların, 1 ədəd künc divanının, 6 ədəd stulun, 1 ədəd güzgülü termonun, pərdənin, 1 ədəd 1 metr uzunluğunda xalça qalmışdır. Cavabdeh onun mənzilini tərk etmiş və onu mənzilinə buraxmayacaq. İddiaçı mənzilində cavabdehə məxsus əşyaların qalmasını istəmir. Ona görə də Cavabdeh məxsus olan əşyaların, 2 ədəd şüşəli qorkanın, onun içərisindəki qabların, 1 ədəd künc divanının, 6 ədəd stulun, 1 ədəd güzgülü termonun, pərdənin, 1 ədəd 1 metr uzunluğundsa xalçanın onun mülkiyyətində olan Mingəçevir şəhəri N.B.Vəzirov küçəsi 16 saylı evin 22 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin cavabdeh məhkəməyə teleqram göndərərək göstərmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini eyni zamanda iddia tələbini qəbul etmədiyin, həmçinin göstərmişdir ki, üç az yaşlı uşaqları ilə sözü gedən N.B.Vəzirov küçəsi ev 16 mənzil 22 ünvanda pasport qeydiyyatındadır. Hazırda nikahları vardır. Cehizləri və o gəlin olaraq köçdüyü evdə qalmışdır. Beş ildir bu evdə yaşayır. Buradan çıxıb getməyə başqa yeri yoxdur. Onu qaynanası məcbur olaraq bu evdən çıxarmışdır. Yoldaşı Rusiyadadır. Özü çıxılmaz vəziyyətdə yaşayır. Üç az yaşlı evladı ilə bu evdə yaşamaq istəyir. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəməyə təqdim olunmuş Dövlət Tikinti və Arxetektura Komitəsinin Baş X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 02493 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən 3 otaqlı yaşayış evi X2 adına 05 iyul 2005-ci ildə qeydə alınmışdır. Məhkəmə, təqdim olunmuş sübutları müqayisəli şəkildə təhlil edib, tərəflər arasında olan münasibətlərə tətbiq olunmalı hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinin mənasına görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. İşin faktiki hallarından göründüyü kimi, ünvan 1 ünvanda yerləşən 3 otaqlı yaşayış evi İddiaçı mülkiyyətindədir. Cavabdeh isə iddiaçıya məxsus evdə hər hansı hüququ olması müəyyən olunmamışdır. Göstərilən evdə cavabdehə aid əşyaların olması iddiaçının mülkiyyət hüquqlarını və həmin mənzilə tam formada sərəncam vermək və istifadə evmək hüquqlarını məhdudlaşdırır. Cavabdein əmlarının iddiaçıya məxsus evdə uzun müddət saxlanması və həmin əşyalara qulluq edilməməsi onların yararsız hala düşməsinə gətirib çıxara bilər. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh məxsus əşyalar iddiaçıya məxsus evdən çıxsrılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 10 manat iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh məxsus əşyalar, 2 ədəd şüşəli qorka, onun içərisindəki qablar, 1 ədəd künc divanı, 6 ədəd stul, 1 ədəd güzgülü termo, pərdə, 1 ədəd 1 metr uzunluğundsa xalça İddiaçı xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri N.B.Vəzirov küçəsi 16 saylı evin 22 saylı mənzilindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə(Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-810/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-810/2022
27.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver