Məhkəmə qərarları › İş №2(051)-812/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-812/2021

17.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-812/2021 17.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X3 iştirakı ilə, miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X7 ərizəni müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi xx.xx.1960-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. Ərizəçinin anası Qəribova Güleyfə Zahid qızı 28.08.1938-ci ildə Oğuz rayonu Padar kəndində anadan olmuş və 12.02.2014-cü ildə Mingəçevir şəhərində vəfat etmişdir, vəfat edənə kimi özünəməxsus Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi, 6 №-li evin 55 №-li mənzilində yaşamışdır. Anasından miras qalmış mənzildə ərizəçi yaşayır. Həmin vaxtdan mənzilə ərizəçi sahiblik edir və faktiki olaraq miras əmlakı qəbul etmiş, bu gün də istifadəsindədir və sahiblik edir. Onlar ailədə iki uşaq olublar, ərizəçinin qardaşı uzun illər bundan əvvəl xarici ölkələrdən birinə getmiş və qayıtmamışdır. Sonra məlum olmuşdir ki, ərizəçinin qardaşı xaricdə vəfat edib, lakin ona ölüm şəhadətnaməsi alınmamışdır. Ərizəçi Mingəçevir şəhər Notariat kontoruna müraciət etmiş, lakin vərəsəlik şəhadətnaməsi veməkdən imtina edilmişdir. Ona görə də ərizəçinin anası X2 miras qalmış Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi, 6 №-li evin 55 №-li mənzilinin miras əmlak kimi ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Faktın müəyyən olunması ona vərəsəlik haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında şahid qismində dindirlmiş X6 ifadəsində göstərdi ki, 1984-cü ildən ərizəçinin anası Güleyfə Qəribova ilə qonşu olmuşdur. G.Qəribova tək yaşayırdı, ancaq qızı Tamella tez-tez onun yaşadığı evə gəlir, təmizlik işləri görür, anasına baxırdı. Eşitdiyinə görə Güleyfə Qəribovanın Vahid adlı bir oğlu var idi, xaicdə yaşayırdı. Ancaq o, həmin oğlanı görməmişdir. Lakin bir dəfə eşitdilər ki, Güleyfənin oğlu xaricdə ölübdür, hətta qonşular G.Qəribovaya baş sağlığı vermək üçün onun yanına getmişlər. G.Qəribovanın vəfatından sonra onun mənzilində ancaq Ərizəçi yaşayır. X1 məhkəmə iclasında şahid Qəzənfər İbrahimovanın ifadəsinə uyğun ifadə verərək 18-20 il olar ki, Güleyfə Qəribova ilə qonşuluqda yaşadığını, Güleyfə Qəribovanın vəfatından sonra ondan miras qalmış mənzildə qızı Ərizəçi yaşadığını bildirdi. İşdə olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi, 6 №-li evin 55 №-li mənzili tam mülkiyyət hüququ ilə X4 adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1960-cı il təvəllüdlü Ərizəçi anası X5r. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X14 qızı 25 fevral 2014-cü ildə ölmüşdür. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsindən verilmiş 12 iyun 2020-ci il tarixli arayışdan görünür ki, X4 vərəsələri oğlu X11, qızı Ərizəçi qızıdır. İşə əlavə olunmuş 07 №-li MİS tərəfindən verilmiş 25.07.2021-ci il tarixli 296 № li forma 2 arayışdan görünür ki, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi, 6 №-li evin 55 №-li mənzili X14 qızının mülkiyyətindədir, mənzildə Ərizəçi qızı qeydiyyatdadır. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin 28 iyul 2021-ci il tarixli 1317 №-li cavab məktubunda göstərilir ki, X2 qalmış miras əmlaka dair vərəsəlik işi açılmamışdır. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Mingəçevir şəhər, Ş.İ.Xətai küçəsi, 6 №-li evin 55 № li mənzili X14 qızının mülkiyyətindədir. Mülkiyyətçi X14 qızı 25 fevral 2014-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi qızı miras qoyan Güleyfə Qəribovanın qızıdır. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi anasından miras qalmış mənzildən istifadə edərək ona sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, mülkiyyət hüququnu təsdiq edən Qeydiyyat vəsiqəsinə əsasən X14 qızının məxsus olan və miras qalmış Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 6 №-li evin 55 № li mənzilinin miras əmlak kimi Ərizəçi qızı tərəfindən qəbul olunması faktının müəyyən edilməsi tələbinə dair ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: Ərizə təmin olunsun. X4 mülkiyyətində olan və miras qalmış Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi, 6 №-li evin 55 № li mənzilin Ərizəçi qızı tərəfindən miras əmlak kimi qəbul olunması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar