Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-812/2022 04.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi nümayəndəsi və vəkili Vəkil Hacı oğlunun iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil Hacı oğlu ərizəni müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi 1959-cu ildə Şəki şəhərində anadan olmuşdur. Ərizəçinin atası X4, anası isə X7r. Ərizəçi ailəsi ilə birlikdə köçüb Mingəçevir şəhərinə gəlmişlər. Ailədə iki qardaş olublar. Ərizəçinin atası X4 22 noyabr 2011-ci ildə, qardaşı X17 07 dekabr 2018-ci ildə, anası X10 isə 22 iyun 2021-ci ildə vəfat etmişlər. X15 Mingəçevir şəhəri N.Nərimanov küçəsi 13 saylı evin 28 saylı mənzili miras qalmışdır. Mədinə İlyasova sağlığında bütün daşınar və daşınmaz əmlakını ərizəçinin qardaşı oğlu X11 vəsiyyət etmişdir. Elnur Həsənov mirası qəbul etməkdən imtina etmişdir. X5 Ərizəçi başqa qanun üzrə vərəsəsi yoxdur. Mədinə İlyasova vəfat etdikdən sonra onun dəfn və yas mərasimini Ərizəçi təşkil edib. Bundan sonra ərizəçi mirasın qəbul edilməsi ilə bağlı Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə müraciət etmiş, lakin notariat kontorundan ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu faktı başqa qaydada müəyyən etmək mümkün deyil. Ərizənin təmin olunmasını, mərhumə X2 miras qalmış Mingəçevir şəhəri N.Nərimanov küçəsi 13 saylı evin 28 saylı mənzilin ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Mingəçevir Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, ərizəçinin ahası Mədinə ilə 18 il olar qonşuluq edib. Mədinənin ölümündən sonra ondan miras qalmış mənzilə ərizəçi İlyas İlyasov həmin mənzilə gedib-gəlirdi. X18 Hüseyn qızı məhkəmə iclasında ifadəsində göstərdi ki, ərizəçinin anası Mədinə ilə qonşu olub. Mədinənin ölümündən sonra miras qalmış mənzildə ərizəçi İlyas yaşayır. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini, şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 13 №-li evin 28 №-li mənzili 03.06.2015-ci ildə mülkiyyət hüququ ilə X3 adına qeydə alınmışdır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 oğlu 25 noyabr 2011-ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 08 dekabr 2018ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 23 iyun 2021-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş X9 notarial qaydada təstiq edilmiş ərizəsində 22 iyun 2021-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakdan heç bir iddiası olmaması, həmin əmlakdan pay istəməməsi göstərilmişdir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusun Ərizəçi 07 fevral 2022-ci il tarixli cavab məktubundan görünür ki, onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunumşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsindən verilmiş 22 fevral 2022-ci il tarixli 05/Q- 99/15 №-li arayışdan görünür ki, X5 vərəsələri əri X4, oğlanları X13, Ərizəçidur. Şirəli İlyasov və Mayis İlyasov ölmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin uşaqları, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbəli vərəsələr sayılırlar. Mülki Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında, müəyyən edildi ki, Ərizəçi X2 miras qalmış Mingəçevir şəhər N.Nərimanov küçəsi 13 №-li evin 28 №-li mənzilinə sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişlər. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, X2 miras qalmış Mingəçevir şəhər N.Nərimanov küçəsi 13 №-li evin 28 №-li mənzilinə Ərizəçi sahiblik etməklə mirası faktiki olaraq qəbul etmişdir. Ona görə də ərizə təmin olunmalı, X2 miras qalmış Mingəçevir şəhər N.Nərimanov küçəsi 13 №-li evin 28 №-li mənzilinə vərəsə Ərizəçi tərəfindən sahiblik etməklə qəbul etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. X2 miras qalmış Mingəçevir şəhər N.Nərimanov küçəsi 13 №-li evin 28 №-li mənzilin vərəsə Ərizəçi tərəfindən qəbul olunması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-812/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-812/2022
04.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver