Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-818/2021 26.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi: Ərizəçi iştirakı ilə, «Mirasın qəbul edilməsi faktın müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin onun, yəni Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun adına verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında tələbini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi mərhum əri X4 mülkiyyətində olmuşdur. X13 21 oktyabr 2017-ci ildə rəhmətə getmiş və onun ərindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verilmişdir. X2 adında bir övladı vardır və o 30 sentyabr 2005-ci ildə doğulmuş və onun himayəsindədir. Əri rəhmətə gedəndən sonra onun vərəsələri o və qızı Sevər Yaqubovadır. Bundan sonra o notariat kontoruna müraciət etmiş və mərhum ərindən miras qalmış əmlakı özü tərəfindən qəbul etmək istəmişdim. Ancaq notariat kontorundan 03 mart 2021-ci il tarixli, 337 saylı cavab məktubunda ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda qeyd olunan torpaq sahəsindən özü istifadə edir. Əri Elsevərdən miras qalmış əmlakı başqa yolla əldə edə bilmir və bununla bağlı adına çıxarış ala bilmir. Ona görə də məhkəmədən ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin onun, yəni Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun adına verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi faktının müəyyən olunması tələbinə dair xahişi əsaslıdır və təmin olunmalıdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27 iyul 1966-cı ildə Fərman və Əminə adlı valideynlərdən dünyaya gəlmişdir. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 arasında 28.05.2004-cü il tarixdə Zərdab rayonu VVADQ Şöbəsində nikah bağlanmışdır. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin (şəkilsiz) surətindən görünür ki, 30.12.2005-ci il təvəllüdlü X1 Elsevərin oğludur. İşə əlavə olunmuş Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 21 oktyabr 2017-ci ildə mədənin bədxassəli yenitörəməsi səbəbindən vəfat etmişdir. İşə əlavə olunmuş DƏDRX-ın çıxarışından görünür ki, Mingəçevir şəhəri, Şəfa keçəsi 19-cu döngə, 37 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi X4 xüsusi tam mülkiyyətindədir. Qeydiyyat tarixi isə 18.02.2021-ci ildir. İşə əlavə olunmuş DƏDRX-ın 17 saylı Yevlax Ərazi İdarəsinin AA№586225 saylı torpaq sahəsinin planı və ölçüsü texniki sənədindən görünür ki, Mingəçevir şəhəri, Şəfa keçəsi 19-cu döngə, 37 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi üzərində hüquq sahibi X5r. Sənədin tərtib olunma tarixi 18.02.2021-ci ildir. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan xidmət” Mərkəzinin xüsusi Notariat Kontorunun xüsusi notariusu Elxan Hüseynov 03 mart 2021-ci il tarixli 337 saylı məktubundan görünür ki, “Sizin tərəfinizdən mirasın qəbul təsdiq edən hər hansı fakt təqdim edilməmişdir” və bu səbəbdən də məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Sadalanan xüsusatlar bir-birini tamamlayır və o nəticəyə gəlməyə əsas verir ki, Ərizəçi mərhum X4 arvadıdır. Yaqubov Elsevər vəfat etmiş və onun birinci növbə vərəsəsi isə həyat yoldaşı Ərizəçidır. Ona görədə Ərizəçi ərizə tələbi təmin olunmalı, X3 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsini miras əmlak kimi qəbul edilməsi faktı təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İddia tələbi əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun adına verilməsi hissəsində baxılmamış saxlanmalıdır. Belə ki məhkəmə qeyd edir ki, mirasın faktiki qəbul edilməsini müəyyən edən məhkəmə qətnaməsi həmin şəxsə notariat orqanı tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, vərəsəlik şəhadətnaməsinin verilməsinin məhkəmədən kənar imkanını ərizəçi itirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddia tələbi əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun adına verilməsi hissəsində baxılmamış saxlanmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizəçi mərhum əri X3 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilsin. İddia tələbi əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin bütöv şəkildə onun adına verilməsi hissəsində baxılmamış saxlansın. Miras əmlakın qəbul edilməsi faktı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-818/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-818/2021
26.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver