Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-819/2020 22.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «girov qoyduğu Mingəçevir şəhər Nizami küçəsi 8, mənzil 4-dəki evinin geri qaytarılması şərti ilə qiymətləndirilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri Nizami küçəsi 8 saylı evin, 4 saylı mənzili real bazar qiymətini müəyyənləşdirmək üçün ekspert qiymətləndirilmə keçirilməklə mənzilin bazar qiymətinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2016-cı il fevral ayının 2-də pula ehtiyacı olduğu üçün X1 ilə qarşılıqlı razılıq əsasənda Mingəçevir şəhəri Nizami küçəsi 8 saylı evin, 4 saylı mənzilini girov qoymaqla ondan 5000 manat borc pul almışdır. Aralarında olan razılaşmaya əsasən hər ay 400 manat pul verməli olmuşdur. Bir il yarım aylıq 400 manat ödədikdən sonra A.Həsənova ona pula ehtiyacı olmasını və 5000 manat pulun ona təcili qaytarılmasını, əks halda mənzili satacağını bildirmişdir. Bu səbəbdən də ev alqısatqısı ilə məşğul olan Tural adlı şəxsə evini girov qoyub ona pul verə biləcək bir şəxs tapmasını xahiş etmişdir. Cavabdeh adlı şəxs evin qiymətləndirilmədən real bazar qiymətindən aşağı yəni 21000 manat müqabilində evi onu aldadaraq adına keçirmişdir. Ələkbər ona 21000 manatın əvəzində ev qaytarılan zaman ona 25000 manat verəcəyini bildirmişdir. Cavabdeh ondan xəbərsiz bütün xərcləri onun üzərinə qoymaqla evi öz adına sənədləşdirmişdir. Bir müddət sonra Cavabdeh evi 30000 manata satmasını eşitmiş və aralarında narazılıq yaranmışdır. Bundan sonra cavabdeh onun mənzildən çıxarılması o isə 25000 manat verməklə alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə iddia qaldırmışdır. Hazırda onun hüquqları pozulmuş və ev öz bazar qiymətindən dəfələrlə aşağı qiymətə qiymətləndililmişdir. Ona görə də Mingəçevir şəhəri Nizami küçəsi 8 saylı evin, 4 saylı mənzili real bazar qiymətini müəyyənləşdirmək üçün ekspert qiymətləndirilmə keçirilməklə mənzilin bazar qiymətinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh məhkəmə iclasında iddia tələbi ilə qəbul etməyərək izahatında gösrətmişdir ki, Mingəçevir şəhəri Nizami küçəsi 8 saylı evin, 4 saylı mənzilini onun mülkiyyətindədir. İddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən mənzili rəsmi qaydada almış və mənzil daşınmaz əmlakın dövlət qeydiyyatından onun adına sənədləşmişdir. Mənzil alqı satqısında tərəflərin qarşılıqlı razılaşması və iradə ifadəsi ilə həl olunur. Sözügedən mənzildən Nabat Mehdiyavanın çıxarılması ilə bağlı məhkəmə qətnaməsi çıxmış və qətnamə qanuni qüvvəsini almaqla icra olunma mərhələsindədir. İddiaçı belə iddialar qaldırmaqla yalnız müddət uzadır. Sözügedən iddianın heç bir hüquqi əsası yoxdur. Ona görə də iddianın rədd olunmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Nizami Gəncəvi küçəsi 8 saylı evin, 4 saylı mənzili Cavabdeh adına mülkiyyət hüququ əsasında xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Mİngəçevir Şəhər Məhkəməsinin 8(051)-67 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən borclu İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2860/2018 №li xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin olunmaması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri bazar qiymətinin müəyyən olunması ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mənzil və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2860/2018 №-li xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq İddiaçı Mingəçevir şəhəri Nizami küçəsi 8 №-li evin 4 №-li mənzilindən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra mərhələsindədir. İddiaçı bir neçə dəfə qətnamənin icrasına möhlət verilməsi ilə bağlı müraciət etmiş və iki dəfə qətnaməyə möhlət verilsə də sonuncu dəfə qərarın icra olunmasına möhlət verilməsi barədə iddiaçının ərizəsi rədd edilmişdir. Bundan əlavə sözügedən mənzillə bağlı məhkəmə qətnaməsi mövcuddur ki, bu da məhkəmə üçün preyudisiarlıq təşkil edir. Tərəflər müqavilə bağlayarkən öz iradə ifadəsini göstərmiş və qarşılıqlı razılıq əsasında mənzil öz aralarında qiymətləndirilmiş və alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı hazırda belə iddialar qaldırmaqla müddət uzatmaq istəyir. Bu isə cavabdehin hüquqlarının pozulmasına və məhkəmə qətnamələrinin icra olunmasının yuvanmasına gətirib çıxarır. İddiaçı tərəfindən sözügedən iddianın təmin olunması üçün heç bir əsaslı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ət e t d i : İddiaçı Cavabdeh qarşı «girov qoyduğu Mingəçevir şəhər Nizami küçəsi 8 saylı evin, 4 saylı mənzilinin geri qaytarılması şərti ilə qiymətləndirilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-819/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-819/2020
22.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver