Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-820/2020 08.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı Ərizəçi və 3-cü şəxs x3 iştirakı ilə, iddiaçı: Ərizəçi cavabdeh: Mingəçevir Regional “Asan Xidmət” x22, 3-cü şəxs x4 qarşı, «Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, ötürülmüş müddətin bərpası və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ərizəçi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum atası x6 və anası x14 miras qalmış ünvan 1 ünvanda tikilmiş iki ədəd yaşayış evlərinin və tikinti altında olan 0,18 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Mingəçevir şəhər 2 saylı notariat kontorunun üzərinə qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada xəbər verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Ərizəçi məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun ata evidir. x35 28 iyun 1964-cü ildə, anası Raqif Salahova 04 fevral 2011-ci ildə vəfat etmişlər. Mərhum atasının sonuncu yaşayış yeri ünvan 3 olmuşdur. Qeyd olunan ünvanda mərhum atası Ə.S.Cəfərovun adına 28 mart 2019-cu il tarixli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kmitəsi yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 28.03.2019-cu il tarixdə Seriya RX № ******* saylı mülkiyyət sənədi olan çıxarış verilmiş vəçıxarışda 0,18 ha torpaq sahəsinin olması qeyd olunmuşdur. 2018-ci ilin yanvar ayında Mingəçevir şəhəri Təbriz küçəsi 18 saylı evi xüsusi mülkiyyət hüququ ilə və evin altındakı 0,18 ha torpaq sahəsini rəsmiləşdirmək üçün notariat kontoruna müraciət etmişdir. Notariat kontorundan ona miras əmlakla bağlı vərəsəlik işinin açılmadığını rəsmi qaydada bildirmişlər. Ona görə də mərhum atası x6 və anası x14 miras qalmış ünvan 1 ünvanda tikilmiş iki ədəd yaşayış evlərinin və tikinti altında olan 0,18 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Mingəçevir şəhər 2 saylı notariat kontorunun üzərinə qoyulması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında 3-cü şəxs qismində işə cəlb olunmuş x7 iddianı qəbul etdiyini, iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. İddia ərizəsinə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 30.08.1963-cü il təvəllüdlü x9, xx.xx.1960-cı il təvəllüdlü x15, 26.10.1956-cı il təvəllüdlü x17 və 13.02.1962-ci il təvəllüdlü x8 valideynləri x18 və x24r. İşə əlavə olunmuşölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, x19 19.01.2016-cı il tarixdə, x25 14.08.1992-ci ildə, x28 02.02.2011-ci ildə, x18 28.06.1964-cü ildə vəfat etmişlər. Mingəçevir Regional “Asan Xidmət” x27 tərəfindən verilmiş 05.02.2018-ci il tarixli, 71 nömrəli cavab məktubundan görünür ki, Ərizəçi mirasın bölüşdürülməsi üçün Mingəçevir şəhər məhkəməsinə müraciət etmək hüquqları izah olunmuşdur. İşə əlavə olunmuş ƏMDKY DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylıçıxarışdan görünür ki, Mingəçevir şəhəri Təbriz küçəsi 18 saylı evin 0,18 kv.metr torpaq sahəsinə 28.03.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ qeydə alınmışdır. İşə əlavə olunmuş x26 Şöbəsinin 30 yanvar 2018-ci il tarixli, 86 saylı məktubundan görünür ki, x2 yaşayış yeri ünvan 3 olmuşdur. İşə əlavə olunmuş x26 Şöbəsinin 30.05.2019-cu il tarixli, 05/76 saylı məktubundan görünür ki, x1 yaşayış yeri ünvan 3 olmuşdur. İşdə olan x26 Şöbəsinin 30.01.2018-ci il tarixli 86 nömrəli arayışdan görünür ki, x20 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 30.01.2018ci ilədək aparılmış və əri- x18 (ölüb), oğlu- x16 (ölüb), oğlu- x9 və qızı- x10 olması aşkar edilmişdir. İşdə olan x26 Şöbəsinin 30.05.2020-ci il tarixli 05/76-693/12 nömrəli arayışdan görünür ki, x12 barəsində Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 30.05.2019-cu ilədək aparılmış və arvadı- x28 (ölüb), oğlu- x16 (ölüb), oğlu- x9 və qızı- x10 olması aşkar edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnaməçıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mülki mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10-cu bölməsinin müddəaları tətbiq edilməklə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görəölmüşşəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüşşəxsin əmlakının qanunda göstərilmişşəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmədə müəyyən olunmuşdur ki, miras qoyan x18 vəsiyyətnamə qoymamışdır. Mülki Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görəölənin uşaqları qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr sayılırlar. Tərəflərin təqdim etdiyi sübutlarla müəyyən olunmuşdur ki, x13 1-ci dərəcəli vərəsələri Ərizəçi və x5r. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənəçatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin mirasın bölüşdürülməsinin anlayışını müəyyən edən 1274-cü maddəsində göstərilmişdir ki, miras onu qəbul edən vərəsələrin razılaşmasıüzrə onlardan hər birinə qanun və ya vəsiyyətnaməüzrə düşən paya uyğun bölüşdürülür. Mülki Məcəllənin 1246-cı maddəsinin tələbinə görə vərəsə vərəsəliyəçağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Mülki Məcəllənin 1243.2-ci maddəsində «mirası qəbul etmə»nin nədən ibarət olduğu izah edilərək göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən qanunvericilik normalarının sistemli təhlilindən göründüyü kimi, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan iddia tələbi araşdırılarkən müəyyən olunmuşdur ki, Ərizəçi və x7 miras qalmış mənzildə yaşamış və bununla da mirası qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsində yazılmışdır ki, bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmişəmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatasıəmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Məhkəmə hesab edir ki, iddiaçıların mirası qəbul etməsini gecikdirməsinin səbəbləri üzrlü sayılmalı və müddət uzadılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutub qət etdi: İddia tələbi təmin edilsin. 28 iyun 1964-cü ildə vəfat etmiş x6 və anası x14 miras qalmış, ünvan 1 ünvanda tikilmiş iki ədəd yaşayış evlərinin və tikintinin yerləşdiyi 0,18 ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş hesab olunsun. x6 miras qalmış, ünvan 1 ünvanda tikilmiş iki ədəd yaşayış evlərinin və tikintinin yerləşdiyi 0,18 ha torpaq sahəsinin qəbul edilməsi üçün müddəti gecikdirməsinin səbəbi üzrlü hesab olunmaqla uzadılsın. Qeyd olunan əmlakların miras kimi qəbul edilməsi barədə Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(051)-820/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-820/2020
08.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver