Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-823/2020 12.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdehlər Cavabdeh1 iştirakı ilə, iddiaçı: İddiaçı X4 cavabdehlər: Cavabdeh1, X3, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı «Kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuşəmlaka yönəldilməsi tələbinə dair » mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı X7 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx xxxxxxx 2014 –cü il tarixli 115.L.N.2004.231014,00001 saylı Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçıASC-nin xeyrinə 14700 manat əsas 7728,59 manat faiz 6801,15 manat cərimə olunmaqla,cəmi 29229,74 manat borcun tutulması, tutmanın Cavabdeh1 məxsus Mingəçevir şəhəri Heydər Əliyev prospekti ev 76/1 mənzil 29 və Cavabdeh2 məxsus Mingəçevir şəhəri Təbriz küçəsi ev 7 mənzil 13 yönəldilməsi, həmin evlərin açıq hərracda satılması və borcun qeyd olunan mənzillərin açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi, Cavabdeh1 məxsus Mingəçevir şəhəri Heydər Əliyev prospekti ev 76/1 mənzil 29 və Cavabdeh2 məxsus Mingəçevir şəhəri, Təbriz küçəsi ev 7 mənzil 13-ə yönəldikdə və onun satışından 1 ay sonra həmin mənzillərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və evlərin boşaldilması, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 62 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alinmasına dair xərcin cavabdehlərin tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehlər Cavabdeh2,Cavabdeh4,Cavabdeh5 məhkəmə icasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri haqqında da məlumat verməmişdir. Məhkəmə iclasına gəlmiş Cavabdeh1 isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmagı xahiş etməmiş iddiaçı məhkəməyə gəlmədikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iş baxılmamış saxlandığından dövlət rüsumu olan 30 (otuz) manat İddiaçı X2ytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı onun iştirakı olmadan işə baxılmasını tələb etməmişdir. İddia ərizəsi baxılmamış saxlanmaqla yanaşı tərəflərə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barəsində öz qərardadını ləğv edə bilər. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub qərara aldı: İddiaçı X7 nun cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı « Kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Ödənilmiş dövlət rüsumu olan 30 (otuz) manat İddiaçı X2ytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət vermək olar. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-823/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-823/2020
12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver